Kiyevdə azərbaycanlı rəssamın
sərgisi açıldı
Ukraynanın paytaxtı Kiyev şəhərində azərbaycanlı
rəssam Rasim Seyidovun sərgisinin açılış mərasimi
keçirilib.
Ukrayna Azərbaycanlılarının Birləşmiş
Konqresinin rəhbəri,
Dünya Diasporlar Assambleyasının həmsədri
Rövşən Tağıyev
çıxış edərək
bildirib ki, onun əsərləri Ukrayna muzeylərinin ekspozisiyalarına, Azərbaycanda,
Rusiyada, ABŞ-da, Böyük Britaniyada və digər ölkələrdə şəxsi
kolleksiyalara daxil edilib. Onun sərgiləri həmişə
böyük maraqla qarşılanıb. R.Tağıyev bildirib ki, soydaşımızın
yaradıcılığı Azərbaycan və Ukrayna xalqları arasında möhkəm dostluq körpüsüdür.
Sərgidə çıxış edənlər
bildiriblər ki, rəssamın parlaq, özünəməxsus rəsmləri
insanın daxili aləmi ilə Şərq ilə Qərb arasında sərhədlərin silindiyi
qloballaşmış dünyada
xarici məkanın vəhdətini ifadə edir.
Xədicə
RƏHMAN
525-ci qəzet.-2017.-26 dekabr.-S.7.