Xalq artisti Sona
Hacıyevanın 110 illiyi
qeyd olundu
Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli
teatr və kino aktrisası, Xalq artisti Sona
Hacıyevanın 110 illiyinə
həsr olunmuş xatirə tədbiri keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşan tədbirdə görkəmli
sənətkarın səhnə
və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları çıxış edərək
Azərbaycanın ilk peşəkar
qadın aktrisalarından
olan Sona Hacıyevanın sənət
yolundan danışıblar. Bildiriblər
ki, uzun illər teatr səhnəsində yaddaqalan
obrazlar yaradan Sona Hacıyeva 1907-ci il iyunun
25-də Şəkidə anadan
olub. Onun anası Əzizə
Məmmədova da o dövrün görkəmli
aktrisalarından idi.
İlk dəfə 13 yaşında Sultan Məcid
Qənizadənin "Axşam
səbri xeyir olar" tamaşasındakı
Çimnaz obrazı ilə səhnəyə çıxan Sona xanımın qabiliyyəti,
istedadı o dövrün
görkəmli aktyorlarından
olan Mirzəağa Əliyev və Hacıağa Abbasovun diqqətini cəlb edir.
Qeyd edilib ki, Sona Hacıyevanın
Azərbaycan Dövlət
Dram Teatrının səhnəsində
ilk rolu 1923-cü ildə
oynadığı Əbdürrəhim
bəy Haqverdiyevin
"Pəri-Cadu" əsərindəki
Səlimə rolu olub. Sonralar aktrisa uzun illər bu teatrda
çalışaraq müasir
və klassik dramaturqların əsərlərinin
tamaşalarında müxtəlif
obrazlar yaradıb.
Sona xanım Opera və Balet Teatrında da çıxış edərkən yaratdığı
Leyli, Əsli, Asya, Şahsənəm obrazları maraqla qarşılanır, Azərbaycan
qadının ağır
taleyini, üzləşdiyi
çətinlikləri güclü
və emosional şəkildə tamaşaçılara
çatdırırdı.
Tədbirdə Xalq artisti, "Şərəf nişanı"
ordenli Sona Hacıyevanın yaradıcılığı
ən müxtəlif istiqamətlərdən xatırlanıb.
XƏDİCƏ
525-ci qəzet 2017.- 27 dekabr.- S.7.