Şövkət Məmmədova konsert-tamaşa ilə anıldı

 

Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin təşkilatçılığı ilə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində professional vokal sənətinin görkəmli nümayəndələrindən olan, ilk qadın opera müğənnisi, ictimai xadim, xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa təqdim edilib.

 

Tədbirdə Şövkət Məmmədovanın səs yazısı səsləndirilib, ekranda onun həyat yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.

 

Tədbirin aparıcısı qonaqları salamlayaraq, xalq artisti haqqında ətraflı məlumat verib. Bildirib ki, Şövkət Məmmədova 1897-1981-ci illərdə yaşamış Azərbaycan qadın müğənnisi-lirik koloratur soprano səsli, Azərbaycan ifaçılıq sənətinin tarixi simalarından olub.

 

Tədbirdə məktəbin şagirdləri Ş.Məmmədovanın həyatını əks etdirən səhnələrlə çıxış ediblər. Proqramda C.Hacıyevin "Zarafat", A.Laranın "Qranada", O.Kazımovun "Xəyal", L.Dallanının "Karuso", A.Zeynallının "Ölkəm" digər əsərlər səsləndirilib.

 

XƏDİCƏ

525-ci qəzet  2017.-27 dekabr .- S.7.