Yunus Oğuz "Atabəy Eldəniz"i təqdim etdi

 

Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) "Olaylar" İnformasiya Agentliyinin eyniadlı qəzetin təsisçisi, nasir publisist Yunus Oğuzun "Atabəy Eldəniz" adlı tarixi romanının təqdimatı keçirilib.

 

Tədbirdə millət vəkilləri, ictimaiyyət mədəniyyət nümayəndələri, yazıçılar, oxucular jurnalistlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan AYB katibi Rəşad Məcid Yunus Oğuz yaradıcılığı təqdim olunan kitab haqqında fikirlərini dilə gətirib: "Yunus Oğuz 10 ildən artıqdır ki, ardıcıl olaraq nəsr yaradıcılığı ilə məşğuldur. Onun yazıb, ərsəyə gətirdiyi kitablar çox sayda oxucunun diqqətini cəlb edib, marağa səbəb olub. Ölkəmizin tanınmış elm adamları onun yaradıcılığı haqqında yüksək fikirlər söyləyib, məqalələr yazıblar. Onun bu gün bizə təqdim etdiyi roman müəllifin bu sahədəki fəaliyyətinin növbəti bəhrəsidir".

 

Millət vəkili, akademik Nizami Cəfərov Yunus Oğuzun yazdığı romanları bəyəndiyini diqqətə çatdırıb, "Atabəy Eldəniz" romanı ilə bağlı çıxış edib: "Yunus Oğuz uzun illərdir ki, yazıb-yaratdığı romanları ilə mədəniyyətimizi zənginləşdirir. O, tariximizi yaxşı bildiyi üçün XVI-XVII-XVII əsrlərdə baş verən hadisələri kitablarında geniş şəkildə qələmə alır. Bu gün bizə təqdim etdiyi "Atabəy Eldəniz" adlı tarixi romanı çox mürəkkəb bir kitabdır. Yunus Oğuz bu romanı olduqca düzgün səliqəli yazıb. Xüsusi qeyd etməliyəm ki, yazıçı bu kitabda Naxçıvanla bağlı önəmli hadisələrə toxunub. "Atabəy Eldəniz" adlı roman tariximizi dərindən dərk etmək üçün faydalı bir əsərdir. Yunus kitabı yazarkən bədii effektivliyə görə tarixi dəyişdirmir. Bu, Yunus Oğuzun üslubudur. Onsuz da tarix estetikdir, onun süni estetikaya ehtiyacı yoxdur. Yazıçı burada hadisələrin tarixini fəlsəfi nəzərdən izah edir. Düşünürəm ki, gənclər, xüsusən gənc siyasətçilər tarixçilər bu romanı mütləq oxumalıdırlar".

 

Xalq şairi Sabir Rüstəmxanlı Yunus Oğuzun tarixi əsərlərindən bəhs edib. Qeyd edib ki, müəllifin tarixə, tarixi əsərə yanaşma tərzi başqadır. Onun silsilə romanları yalnız Azərbaycanın deyil, ümumi türkün tarixinin öyrənilməsində çox əhəmiyyətlidir. Natiq deyib ki, Yunus Oğuz tarixi bu gündə, bu günü tarixdə görməyi bacarır.

 

"Mən onun kitablarının ən yaxşı oxucularından olmaqla bərabər, həm düşünürəm ki, ən yaxşı təbliğatçılarından biriyəm" - deyən millət vəkili Qənirə Paşayeva diqqəti müəllifin tarixi əsərlərinin təbliğatı məsələsinə yönləndirib. Deyib ki, bu cür kitabların orta məktəblərdə yayılması, şagirdlərə oxutdurulması vacib amildir. Millət vəkili Yunus Oğuzun yaradıcılığının iki cəhətdən əhəmiyyətini ayrıca vurğulayıb: "Yunus bəyin ən önəmli xidmətlərindən biri gənclərin tarixi əsərlərə marağının az olduğu bir dönəmdə onların diqqətini bu cür romanlara çəkməsi, tariximizi axıcı oxunaqlı dillə onlara çatdırmasıdır. Eyni zamanda, onun əsərlərində tarixə düzgün yanaşma var".

 

Millət vəkili, yazıçı Aqil Abbas qeyd edib ki, Yunus Oğuz tarixi hadisələri romana çevirməyin üsulunu çox gözəl bilir: "Azərbaycan ədəbiyyatında müxtəlif yazıçılar bir ya iki tarixi əsər yazaraq, bununla da kifayətləniblər. Yunus Oğuz isə bu sahədə çox ciddi işlər görüb. Bu əsərlər orta məktəblərdə sinifdənkənar oxu kimi keçilməlidir. Tarix rəqəmlər deyil, hadisələrdir. Romanlar da məhz bu hadisələri qələmə alır".

 

Romanın məziyyətlərindən söz açan yazıçı kitabın redaktoru Elçin Hüseynbəyli deyib ki, oxucu bu roman vasitəsilə bəlli bir dövr haqqında əhatəli bilgiyə sahib ola biləcək.

 

Oqtay Rza, Akif Aşırlı, İlqar İlkin başqa söz adamları da Yunus Oğuz yaradıcılığı barədə fikirlərini bölüşüb, onun yeni romanının da maraqla qarşılanacağına əminlik ifadə ediblər.

 

Sonda söz alan müəllif "Atabəy Eldəniz" kitabına göstərilən diqqətə görə, başda AYB rəhbərliyi olmaqla, tədbir iştirakçılarına çıxışçılara təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2017.- 27 dekabr.-  S.7.