"Sevgi planeti"nin şairi - Əbülfət Mədətoğlu...
Barat VÜSAL
Seçim özünündü...
Sən dizini qatla, otur.
Mən diz çöküm
Sevginin önündə!
... Gəl ürəkdə yaradaq,
Planet özümüzə.
Mən
"Uçan xalça"nı görmüşəm.
Uçan
boşqabı da!
Planetlər içində bir
planet də varmış:
"Sevgi planeti".
Mən onu da gördüm.
Şair Əbülfət Mədətoğlunun
şeir kitablarını
oxuya-oxuya. Eşqini bayraq etmək istəyir bu adam.
... İnsan ürəksiz yaşaya bilməz. Əbülfət ürəkdə planet yaratmaq istəyir.
Və yəqin ki, o belə bir planet yaratsaydı, adını da özü qoyardı: "Sevgi planeti".
Nağıllarımızda "Sim-sim" adlı bir qapı
da var. Əbülfətin
"Sevgi planeti"nin qapısını
da ancaq bircə şərtlə açmaq olar: "Sim-sim!" (Açıl,
görüm! - deməklə...)
Bütün planetlər kimi onun da planeti
sirlərlə doludur. Onun şeirlərini oxuduqca yadıma "Adamların planeti"ni yaratmış
fransız yazıçısı
Antuan de-Sent Ekzuperinin
"Balaca şahzadə"
əsəri düşdü.
O da həmin şahzadə kimi bütün hərəkətləriylə
(bütün şeirləriylə)
çox qəribə
və maraqlı görünür. Elə bil,
şahzadə ulduzlarla
oyun oynadığı
kimi Əbülfət
də sözlərlə
gizlənpaç oynayır.
Hərdən də bu şairin səsi "Tapdınmı, yox, tapmadım" deyən anadillərin səsinə,
harayına, iniltisinə
qarışır.
C.Rumi deyirdi ki, şəfamız içimizə
nəzər sala bilməyimizdə, içimizə səyahət etməyimizdədi.
Əbülfətin istəyi də ap-aydındı. O, istəyir ki, biz də "Sevgi planeti"nin sakinləri
olaq. "Adam balası kimi bir-birimizə içimizi danışaq".
Quranda deyilir ki, ən böyük
günah ümidsizlikdir. "Sevgi
planeti"nin şairi
də ümidsizliyin
əleyhinədir. Sevgisi olduğuna
görə. İman sahibi
olduğu üçün.
Odur ki, deyir:
Bütün olacaqları
Olmuşlartək çözürəm.
Tək ümidə
güvənib.
Bu dünyaya dözürəm.
Əbülfətin "Sevgi planeti" öz səsi (səsləri) olan planetdir. Öz səsi var bu şairin. O, başqalarının da öz səsinin olmasını istəyir. (Sevgidən, dünyadan,
insandan muğayat olurmuş kimi!)
Səsini
düşün,
Səsini
qoru!
Onunla varsan.
Bil
Və tərk et
Özün kimilərdən
ibarət xoru!
"Sevgi planeti"nin
şairi doğru buyurur. Bu planetə
öz səsi olan bilən adamlar yaraşır.
Bu planetə hər adam ayaq
basa bilməz. Öz səsi olanlardan başqa!
Ə.Mədətoğlunun özünəməxsusluğunu olsun ki, görənlərlə
yanaşı görməyənlər
də var.
Hardan görsünlər
ki?
Axı, o da əslində, bizim Yer adlı planetdə
yox, "Sevgi planeti"ndə yaşayır.
lll
Əbülfət Mədətoğlu köhnə
zamanlardan qalmış
dərvişləri xatırladır. Belə dərvişlər
dünyaya tək-tək
gəlirlər. Onları təkləyirlər,
perik-perik salırlar.
Bəzən təkləməsələr də,
özləri təklənirlər,
təklənməyə məcbur
olurlar. "Özgə-yad" planetdə-yerdə
özü bu haqda belə deyir:
...Gör necə təklənmişəm,
Elçim-ölüm ağlayır!
...Olmuşam çilik-çilik,
Özüm-özümdən düşüb.
Əbülfətin yaratdığı "Sevgi planeti"nin
adamları çox danışa bilmirlər. (Axı sevənlər
dilsiz olurlar.) Bircə söz bilirlər: "Sevirəm"
sözünü!
Yanılıb hamının gözündən,
Qapını bağlayıb,
Pərdəni çəkək...
Dörd
divar arasında
Bir tala kədər
əkək...
Suyu-
Qanımız.
Günəşi-
Nəfəsimiz...
Göyərsin,
Boy atsın,
Lap buludlara çatsın.
Biri maraq
oyatsın-
kədərimiz
və ona
sarılmış sevirəm!
- pıçıldıyan
səsimiz...
Əbülfət Dar ağacına çəkilmək,
Dar ağacında olmaq
istəyir. Yarsız (sevglisiz) qaldığı
vaxtlarda (hətta anında!) söyləyir:
Məni
asın sorğusuz,
Yarsız ölən anımdan.
Əziz oxucu, inanmırsan bəlkə belə şeyə, belə eşqə, sevgiyə, eləmi? Onda gəl şairin özünə qulaq asaq:
Ürəyim sevgi kitabı,
Amma üstə
bir şəkil var.
Bu kitabın hər səhifəsi
Sənin
adınla başlar,
Oxumasan,
inanmazsan!
...Ürəyim sevgi kitabı,
Bağbanam öz əkdiyimə.
Burax bir yana
inadı,
Mənim
nələr çəkdiyimə
Yoluxmasan,
inanmazsan!
Bir də hardan inananasan ki?
...qınayırıq zamanı,
Qınayarıq fələyi.
Girova çevirərək
Düşüncəni, ürəyi!..
lll
"Sevim planeti"nin
sakinləri çoxdu.
İnsanla yanaşı məhəbbətdi,
dağdı, daşdı,
izdi, yoldu, Sözdü bu "sakinlər".
Əbülfət Söz naminə
(sözə olan Sevgisi
naminə!) Namaz qılanlardandır. Sözün səcdəsində dayananlardandı.
Söz dalınca gedənlərdəndi:
Gedim sözün dalınca
Nökər kimi, şah kimi.
Səcdəsində dayanım,
Sözün də Allah kimi!
Əbülfət dərdi də sevgiylə çəkir, sevə-sevə çəkir. Deyir ki, hər adam dərd çəkə bilməz
və çəkməyə
ixtiyarı yoxdur.
Dərdi
də pullu edin,
Bacaran alıb
çəksin.
Çəkdikləri dərdlərin
Dərdinə qalıb çəksin.
Şair
düz deyir!
Sevgisinə gülənlərə ən gözəl cavab, məncə, bu misralardı:
Gülüb sevinmə, dedin
ki,
Arıyam, şirə çəkirəm.
Bilmədin ki, ürəyimdə
Hər gün kirkirə çəkirəm!
"Dünyaya sığındığım
tanrı, güvəndiyim
isə sevməyi bacaran oxuculardı. Bu kitabda nə varsa hamısını sevənlərə yazdım,
sevgidən yazdım, sevə-sevə yazdım.
Əgər sevirsənsə,
sevgiyə önəm
verirsənsə, ən
azı sevənləri
anlayırsansa, onda oxu bu şeirləri!
...Mənim günümdə
olmaq, mənim duyğularımla həmahəng
duyğulara könül
vermək istəyirsənsə
qoşul mənə"...
Oxucuya ünvanlanmış
müəllifin bu mənalı sözləri
çox düşündürücüdür. Dünyaya sevərək
baxmayanlar üçün
bir dərsdir.
Sevənə gülmək olmaz.
Sevəni duymaq, anlamaq, sevmək gərəkdir. Şair şeirlərindən
birində bir künc axtardığını
bildirir. Həmin küncdən
bir şəkil asmaq istəyir. Yəni ki, sevən adamın şəklini.
Bu şair də
belə Məcnundur.
Dünyada şəkil asmağa
bir künc, yer tapa bilmir.
Necə ki, Məcnunla Leyli də adamlar
arasında özlərinə
bir yer tapa
bilməmişdilər.
Şəkillərini "böyüdüb" bir küncdən asa bilməmişdilər.
Qaldım
ortalıqda, fikrim qarışıq,
Nə qapım
döyülür, nə
də pəncərəm.
...Hər gün sevəcəyəm Məcnundan
betər,
Hər an cəhd edəcəm,
sənə tək gələm.
lll
Əbülfət Mədətoğlunun şeirlərini oxuyanlar dünyada daha bir planetin də,
"Sevgi planeti"nin də olduğunu hiss edəcəklər.
Və bu planetin sakini
olmaq istəyəcəklər...
Və bu planetin sakinləri yəqin ki, getdikcə artacaqlar.
Hər şeyin öz kodu olduğu kimi "Sev gi planeti"nin də öz kodu var. Bu kodu əldə edənlər Ə. Mədətoğlunu axtarıb tapacaqlar kitab şəklində, söz şəklində, Sevgi şəklində!
Təkcə sözüylə yox, özüylə də söhbət edəcəklər. Bir təklifim var: Gəlin bu şairin şeirlərini oxuyaq. Sevgi məktubu kimi. Sevgi ismarıcı kimi. Ürəyimiz olsun, ürəyimizdə sevgimiz. Ürəklər, sevgilər (sevgi planeti!) olduğunu duyaq, anlayaq, sevək, sevilək, "Sevgi planeti"nə uçaq!
Bacarsan
bu
təklifdən
xilas olmaq üçün
ovut ürəyini...
İndi
dözümün,
gücün
çatsa
və
ürəyin ovunsa,
onda...
üzülmə,
sevin ki,
ovutmusan
mənim də ürəyimi!
Məzarda...
P.S. o adam
ölməyəcək!
Orda da sevəcək.
Orda da hamını,
bütün insanları
sevməyə, sevilməyə,
Əbədiyyət məkanına
-"sevgi planeti"nə
səsləyəcək!
525-ci qəzet 2017.- 28 dekabr.- S.7.