Mən niyə şair ola
bilmədim...
İstədim bu yazını
belə başlayam ki, bir vaxtlar
mən də şeir yazırdım. Ancaq gördüm belə düz alınmır, adama deyərlər bəs nə oldu, indi
niyə yazmırsan?
Bunu başqa
sənətin, peşənin
adamı deyə bilər. Misal üçün,
dülgər deyər,
bir vaxtlar qapı, pəncərə
düzəldərdim, bənna
deyər divar hörüb ev
tikərdim, nalbənd
deyər at nallayardım,
bunun üçün
isə gərəkdir
ki, bir allah
bəndəsi dülgərə
deyə: - Mənə
qapı, pəncərə
düzəlt; bənnaya
deyə: - Mənə
ev tik; nalbəndə
deyə: - Zəhmət
olmasa, mənim bu atımı nalla... və Şair və ilaxır... Amma şeir yazmağı Allahın bəndəsi demir, Allah özü deyir. Allahın dediyi sözü isə yazmamaq əvvala günahdı, ikincisi də Allah ki, bir bəndəsinin
beyninəmi, qəlbinəmi,
ruhunamı bir fikri “yüklədi” onu dilinin, yaxud
barmağının ucunda
sözə çevirməyən
adama Allahın qəzəbi tutar, onu sevdiyi insanların
siyahısından çıxardar.
İnsafən deyim ki, bu siyahıya
adımın salınmamasında
mənim özümün
də Allahıma az köməyim
dəyməyib. Nə vaxt
nə deyib, yazmışam, gecə deyib, gecə yazmışam, gündüz
deyib, gündüz yazmışam, ancaq xoşbəxtlikdən yazdıqlarımı
üzə çıxardıb
onun siyahısında yer olmağa can atmamışam, utanmışam.
Çünki Allahın
siyahısındakı sevib-seçdiyi
bəndələrdən Nazim
Hikmətlə, Rəsul
Rza ilə, Mayakovski ilə, Əli Kərimlə tanışlığım
çox erkən yaşlarımdan başlayıb
və onların yazdıqları mənim ruhumda, dilimdə, hətta barmaqlarımın
ucunda elə bir dad yaratmışdı
ki, bu dadı
başqa sözün dadına, illah da ki, öz
yazdıqlarımın dadına
dəyişə bilmirdim.
Günlərin bir günü Allahın siyahısında
özümü görmədiyimə,
yazdıqlarımı üzə
çıxartmadığıma nə qədər sevindiyimi məndən qabaq Allahım özü gördü: Ramiz Müskanlı adlı cavan bir oğlanın nazik üzlü, balaca bir kitabı
çıxdı və
mən o kitabı alıb Filarmoniyanın bağında oxudum, qayıdıb bir də oxudum və min dəfə, milyon dəfə yaradanıma şükür
elədim ki, nə yaxşı yazdıqlarıma şeir deyib üzə çıxartmamışam.
Bilirəm, indi bu sətirləri oxuyub fikirləşəcəksiniz ki,
o boyda SÖZ ALLAHLARININ yazdıqlarını
oxuyub yenə yazmısan, yazmağı özünə qadağan
eləməmisən, cavan
bir oğlanın balaca bir kitabı
isə...
Doğru fikirləşirsiniz. Məsələ
burasındadır ki, adlarını çəkdiyim
söz Allahlarından
Rəsul Rza ilə Əli Kərim dipdiri gözümün qabağında
olsalar da, Allahın onların vasitəsilə bizlərə
göndərdiyi sözləri-şeirləri
təptəzə - Allahın
nəfəsini hiss eləyə-eləyə
oxusam da, bəzən öz səsləri ilə eşitsəm də, nə sirr idisə,
Allahın sözündən
çıxa bilmirdim...
o deyirdi, mən də yazırdım...
Bu cavan oğlanın bu balaca kitabı
isə məni Allahıma qarşı üsyana qaldırdı, nə dedi eşitmədim,
eşitdiklərimi yazmadım,
yazdıqlarımı isə
üzə çıxartmadım...
bir sözlə, adımın Yaradanımızın
sevib-seçib ŞAİR elədiyi
insanların siyahısına
düşməsindən imtina
elədim. Hələ
üstəlik bir az incidim
də o BÖYÜK YARADANDAN. Dedim, yaşdaşıq, bir şəhərdə yaşayırıq, eyni küçələrdə gəzib
dolanırıq, eyni havadan uduruq, çox vaxt eyni hadisələrin içində oluruq, eyni sözləri, söhbətləri eşidirik,
bəs necə olur ona bir
söz deyirsən, mənə başqa söz, yoxsa SƏNİN dediklərini mən yaxşı eşitmirəm,
düzgün başa düşmürəm... Nə
bilim vallah, indi günah səndədirmi, məndədirmi
deyə bilmərəm,
bircə onu bilirəm ki, o cavan oğlan kimi yaza bilmədiyim
üçün daha yazmayacam, üz vurma...
Bugünlərdə bir vaxtlar yazdıqlarımı
vərəqləyirdim, gözüm
hekayələrimin, publisistik
yazılarımın çap
olunduğu qəzetlərin,
jurnalların arasında
qaranlıqda sapsarı
saralmış, 45 ildən
də artıq bundan irəli yazdığım şeirlərə
sataşdı. Götürüb
oxudum və bu qərara gəldim ki, Ramiz Rövşən də daxil olmaqla
Allahın sözünü
biz insanlara çatdıran
bütün şairlərdən
üzr istəyib onlardan bəzilərini qaranlıqdan işığa
çıxardım...
Çap
eləyən də sağ olsun, eləməyən də, oxuyan da sağ
olsun, oxumayan da, bəyənən də sağ olsun, bəyənməyən
də... Nə edim, olanım
budu.
Təsəllim isə budur ki, bu yazılara
görə heç kim 71 yaşlı
bir qocaya ŞAİR deməyəcək...
İnqilab HƏSƏNLİ
05.12.2017
Bəxtəvər Murovun başına...
Sevgi nəğmələri
Birinci nəğmə
Qonşu
qızlar
xəbər apardılar
bu otaqdan o otağa.
Bir ana sevinci
öpüş-öpüş
dodaqlarına
hopdu qızların.
Bir ata vüqarı
çiyninə aldı
otağımızın tavanını,
qoluna girdi Murovun -
dayaq durdu dağa.
Neçə barmaq tuşlandı
bizə -
yeni tayfa tapmış səyyahın
xəritəyə uzanan çubuğu kimi.
- Filankəsdir ey...
filankəsin
qızına vurulub.
Yerişimi oğurladı
sənə tuşlanan
barmaqlar,
filankəsin oğlu
dəli olub ey...
ağ dəli
bunun dərdindən.
Əli əlimə dəyməyən
ayağıyla açdı
qapımızı
guya ərk edir.
hər gələn başladı
səni mənə tanıtmağa
guya səni
məndən yaxşı
dərk edir.
Hələ nə sən sevinirdin
gülüm, nə də mən,
bir Murov sevinirdi,
bəxtəvər Murovun başına -
özünə arxa tapıb!!!
İkinci
nəğmə
Nəhəng bir linzaya dönüb,
kardonlu pəncərəm
otağıma daşıyır
Günəşi -
yaman işıqlaşıb
otağım.
Hər gecə gəlmə, quzum,
axı,
çox narahatdır
yatağım.
...Bircə baxış yükü
təbəssüm axmayıb
gözlərindən
gözlərimə.
Amma
hər gecə
qəhqəhəli gülüşlərinlə
sığal
çəkirsən
yuxulu,
yumulu gözlərimə.
Neçə kərə
sahil boyu
qova-qova səni
çarpayıdan yıxılmışam
yerə.
Yazıq
anam:
elə bilir
“qara basır”
oğlunu.
Hər gecə bərk-bərk
basdırır sağımı-solumu
yenə yıxılıram.
Eh...
çarpayıdan yıxılmaqdan
qorxmuram!
Üçüncü nəğmə
Dəstəyi qırılmış
telefon kimi
qoparıb atdın
ürəyimdən
özün-özünü.
Tikmə
yollarıma gözünü,
gəlməyəcəyəm!..
Nə köhnə dünyama
qayıda bilirəm,
nə təzə dünyamda
yerim var artıq.
Salamat qal
yuxulu çarpayım,
salamat qal!
Mən gedirəm,
eni dünya axtarmağa...
Sənsə
Eh...
e...y...Murov!
dayağı ol,
sənə dayaq duranın,
qoyma büdrəsin
yoxsa
sən özün də
yıxılarsan!
Naməlum əsgərin məzarı
önündə
Müharibədə qəhrəmancasına
həlak olmuşlara
Nə sinə döyüb
saç yoldular,
nə də
yaşıl bir söyüdün
qol-budağını doğradılar.
Oturub bir az
sakit-sakit ağladılar.
Nə kövrək,
qərib bir bayatı
oxundu.
nə də
bir matəm marşı
çalındı
məzarıstan yolunda.
Düşmən gülləsi
azalsın deyə
neçə mərmi,
neçə qəlpə
apardı
o özüylə bu dünya dan
ayağımda
ürəyimdə,
qolunda...
Hardasa naməlum bir
əsgər qəbri
var,
dəstə-dəstə,
qucaq-qucaq gül qoyurlar üstünə.
Hardasa, üçgünc
qara bir xəbərə bükülüb
məlum bir ər yatır
sığınıb,
arvadının köksünə.
nə vaxtsa öləcək...
lll
Dəniz
olmaq istəyirəm
Dəniz
olmaq istəyirəm
bir şərtlə
ki,
hərə bir yelkənli qayıqda
qonağım ola.
Qabardam sinəmi
dalğa-dalğa,
atam qayıqları
sahilimdən üç
gün boyu
uzağa.
Nə yaxşı olardı,
onda görərdik
kimin gücü,
cürəti çatır
yaşamağa.
Bəs sonra?
Sonra sahildə bir işıq
olmaq istəyirəm -
dənizdə azanların
gözündən tutub
sahilə çıxarmağa.
525-ci qəzet.-2017.-30 dekabr.-S.23.