Türk şeir gecəsi - “Xəzərdə eşqin səsi”

 

Fevralın 14-də Nizami Kino Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində “Xəzərdə eşqin səsi” adlı ikinci türk şeir gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutan gecədə Milli Məclisin deputatları, mədəniyyət və ədəbiyyat xadimləri, elm adamları iştirak ediblər.

Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım və “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə şeir gecəsinə təşrif buyuran qonaqları salamlayaraq, artıq ikinci dəfə reallaşdırılan şeir gecəsini əvvəlkindən fərqli formada təşkil etdiklərini söyləyiblər. Zaman ayırıb burada iştirak edən qonaqların şeir gecəsindən xoş təəssüratla ayrılacaqlarını bildiriblər.

Üç hissədən ibarət gecədə teatr sənətçiləri tərəfindən türk və Azərbaycan dillərində şeirlər səsləndirilib, “Savalanmusiqi qrupunun və müğənni Lalə Məmmədovanın ifaları dinlənilib.

Gecədə Yunusdan Mövlanəyə, Orxan Vəlidən Abdurrəhim Karakoça, Nəsimidən Şəhriyara, Mikayıl Müşfiqdən Hüseyn Cavidə dilimiz, tariximiz və gələcəyimiz bir olan qardaş Azərbaycan və Türkiyə xalqının ədəbiyyatları bir araya gəlib. Musiqişeirin vəhdətində qurulmuş kompozisiya gecəyə xüsusi ab-hava gətirib.

 

525-ci qəzet.- 2017.- 16 fevral.- S. 7.