Gənc ədəbiyyatşünaslar
"İlin gənc alimi" diplomu ilə təltif olunublar
Dünən Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat İnstitutunun
Elmi Şurasının
növbəti iclası
keçirilib.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli tədbiri
giriş sözü ilə açaraq gündəlikdə duran məsələlərdən danışıb.
2 fevral -
Gənclər günü
münasibətilə gənc
alimləri təbrik edən akademik İsa Həbibbəyli ölkədə gənclərə
göstərilən dövlət
qayğısından söz
açıb. Azərbaycanda gənclər siyasətinin
əsasının ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulduğunu xüsusi
vurğulayan akademik İsa Həbibbəyli Ulu öndərin gənclərə böyük
qayğısını real faktlarla xatırladaraq Azərbaycan rəhbərliyi
tərəfindən bu
gün də həmin siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Akademik İsa
Həbibbəyli qarşıda
duran vəzifələr
istiqamətində Akademiyada
çalışan gənc
alim və mütəxəssislərin uğurlu
nəticələr əldə
etdiyini bildirib. İnstitut rəhbəri AMEA-nın yeni inkişaf mərhələsində Ədəbiyyat
İnstitutunun gənc
əməkdaşlarının da rolundan danışaraq
onların elmi tədqiqat sahəsində
uğurlarından bəhs
edib.
Sonra Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər
Şurasının sədri,
filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayevanın təmsil etdiyi elmi-tədqiqat müəssisəsinin gənc
alimlərinin 2016-cı ildəki
fəaliyyəti barədə
hesabat məruzəsi dinlənilib.
AMEA Gənc Alim və Mütəxəssislər
Şurasının sədri,
fizika-riyaziyyat üsrə
fəlsəfə doktoru Famin Salmanov çıxış
edərək Ədəbiyyat
İnstitutunun gənc
elmi işçilərinin
ötən ildəki fəaliyyətlərini yüksək
qiymətləndirib.
Elmi şuranın iclasında 2 fevral - Gənclər günü münasibətilə və
2016-cı ilin göstəricilərinə
əsasən institutun
bir neçə əməkdaşı "İlin
gənc alimi" nominasiyası üzrə mükafatlandırılıb. Akademik
İsa Həbibbəyli
filologiya üzrə fəlsəfə doktorları
Lalə Həsənova,
Mətanət Vahid və Elnarə Qaragözovanın 2016-cı ildəki
elmi fəaliyyətini
yüksək qiymətləndirərək
onlara institutun təsis etdiyi "İlin gənc alimi" diplomunu, döş nişanını
və xüsusi hədiyyəni təqdim edib. Təltif olunanlar çıxış
edərək institut rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.
Ədəbiyyat İnstitutunun elmlər doktorluğu üzrə doktorant və dissertantlarının hesabatları
barədə institutun
Təhsil şöbəsinin
müdiri, fəlsəfə
doktoru Samir Səttarov ətraflı məlumat verib. Sonra doktorant
və dissertantların
attestasiyasının yekunları
müzakirə olunub.
Məsələ ətrafında müzakirələrdə
filologiya elmləri doktorları Qəzənfər
Paşayev, Zaman Əsgərli, Şirindil Alışanov, filologiya üzrə fəlsəfə
doktoru Aygün Bağırlı və başqaları çıxış
ediblər.
Sonra gündəlikdə duran digər məsələlər
müzakirə olunub.
525-ci qəzet.- 2017.- 1 fevral.-
S.2.