Dörd
yaşanmış gün
İnsanın fitrəti qəribədir, çox vaxt heç və istəyini özü də sonadək anlaya bilmir.
Sevgi və nifrət,
vüsal və ayrılıq kimi işlərin arasında elə hey vurnuxur.
Həyatın bu qaçaqaç, qovhaqov və oyun meydançasında
başı elə qarışır ki, vaxtın necə sürətlə keçdiyindən
xəbər tutmur. Bir an nəfəsini
dərib geriyə boylanmaq istəyi ilə ayaq saxlayanda
götürdüyünüz zaman bitirdiyini, Nisə ömür adlanan tanrı töhfəsi olduğunu başa düşür.
İlk sevinci, kədəri, sevgisi də nifrəti də günahı savabı ilə bükülü zamanın
arxivinə ötürdüyü
ömrü...
Elə mən də bu insanlardan biri. Beləcə, dünyanın mənə
aid pəncərəsindən həyata boylana-boylana gəlib çıxdım
2014-cü ilin sonuna - növbəti məzuniyyət
vaxtına.Soruşdular, harasa
gedəcəksənmi? Haqlı sual idi, elə
cavab da özlərindən gəldi.
Dedilər indi getməsən,
ta sonra nə vaxt gedəcəksən?
Burada isə yerli-yerində işlənmiş
bir az
qayğı, bir az da dost tənəsi
vardı.
Qərara almışdım, imkan tapsam, respublikadan kənara çıxacaqdım. Çünki ara-sıra ölkəmizin
müxtəlif məkanlarına
yolum düşsə də, xaricdə heç vaxt olmamışdım.
...Beləcə, ev qayğılarından
bir neçə günlük də olsa uzaqlaşıb, həyat yoldaşım və qızımla yol başladıq üzü Gürcüstana.
Axşamüstü gəlib çatdı.
Vurğun yurdu Qazaxa.
Dostumuz Cavanşir müəllim bizi qarşılayıb evə apardı. Əvvəldən danışdığımız
kimi, Azərbaycan Yazıçılar Birliyinin
Qazax bölməsinin sədri Barat Vüsal da axşam təşrif
gətirdi bu ocağa. Evin xanımının açdığı süfrə
arxasında başlayan
şirin söhbətimiz
gecə yarıyacan çəkdi. Qeyd edim ki, Barat müəllim, bir az da sabirabadlı sayır özünü, çünki
təyinatla bizim Çöl Beşdəli
kənd tam orta məktəbində müəllim
işləyib. O zaman Təhsil Şöbəsinin
müdiri olan Lələş müəllimi
də hörmətlə
xatırlayır. Çox söhbətcildi,
o qədər maraqlı
və cazibəli danışır ki, sakitcə qulaq asırıq. Elə Cavanşir
müəllim də ondan geri qalan
deyil. Səhər saat beşdə
çıxmalıyıq ki,
sərhəd keçid
məntəqəsində tünlüyə
düşməyək.
Obaşdan yola çıxıb, dostumuzun müşayiəti
ilə gəlib yetişirik həmin məkana. Cəmi bir neçə
metrlik məsafə, iki dövlətin ərazisini bir-birindən ayıran sərhəd postu. Beynimdən sürətlə bu sətirlər keçir.
Kim bölüb dünyanı belə yüz yerə,
Saat da bağışlayıb şəhərə,
kəndə,
Yaradan Allahdır
ayıran bəndə,
Soruşma, bu elin harasındanam,
Böyük Azərbaycan
torpağındanam...
Xoşbəxtlikdən, yoxlama çox vaxt aparmır ,
saat 7-də artıq maşınımız Tiflisə
doğru istiqamət götürmüşdü. Bizə
bələdçilik edən
Gürcüstanla həmyerlimizdə
keçdiyimizi yaşayış
məntəqələri haqqında
məlumat verdi.
Günortaya yaxın tamamilə
yerbəyer olub, şəhərlə tanışlıq
planlarımızı qururduq.
İlk günümüzü həyat
yoldaşımın sağlamlıq
probleminin çözümü
üçün Tiflis Diaqnostika
Mərkəzində əridirik. Axşam saat
6-da işimizi bitirib geri dönürük.
Çox
yorğun, həm də səhərdən
ac olduğumuzdan, yolüstü
yeməkxanaların birində
gürcü yeməklərinin
tamına baxırıq.
Yeməkləri dadlı olsa
da, çox duzlu və istiotlu
hazırlanır.
Sabahdan şəhərlə
tanış olacaq, müxtəlif görməli məkanlarına
baş vuracaq bir sözlə, əməlli-başlı gəzəcəkdik.
Kirayə qaldığımız həyətdən
baxanda şəhərin
bir gözəl tablosu açılır qarşımızda. Piyada üzüaşağı düşərək, Meydan
adlanan ərazisini adlayıb, şəhərin
tən ortasından keçən Kür çayı sahilinə çatırıq. Bir tərəfi
prospekt, digəri hündür qayalar üzərindəki qədim
tikililərlə əhatələnmiş
çaya burada dəli demək olmaz. Körpüdən aşağı sahildə
çaya balıq tutmaq üçün tilov atan adamlar
görünür. Suyun üzərində
isə dəstə-dəstə
quşlar yem üçün enib-qalxırlar.
Şəhərin həm havası, həm özü çox təmizdir, gözəldir.
Əsrlərdən gələn və
qorunub saxlanan qədimlik insana rahatlıq gətirir.
Adamları da çox mehriban və qayğıkeşdirlər. Çöhrələrində daim bir ilıq təbəssüm
kölgəsi gəzirdi,
sanki heç birinin qayğısı, problemi yoxdur. Müsafir olduğumuzu biləndə
isə daha da diqqət və qayğı göstərirlər. Şəhərdə nə tünlük var, nə də
insanları təngə
gətirən maşın
tıxacı. Çox bahalı
maşınlar da tək-tük gözə dəyir.
Gəzə-gəzə gəlib prospektin kənarında salınmış,
Heydər Əliyevin adını daşıyan
parka çatırıq. Parkın mərkəzində
ulu öndərin hündür postament üzərində büstü
ucalır. Onu ziyarət
etdikdən sonra üzüyuxarı Botanika
bağına sarı qalxırıq. Yolüstü müsəlmanların ibadət
yeri olan məscid də diqqətimizi çəkir.
Ümumiyyətlə, bu şəhərdə
çoxlu qədim kilsə və sinaqoqlar var.
Gürcülərdə qafqazlılara xas istiqanlılıq duyulur. Tez-tez uzaq
məsafələrə getmək
üçün taksidən
istifadə etmək lazım gəlir, qiymət danışmadan mənzilbaşına çatdırırlar.
Bir xarici maşın əyləci basıb saxlayır, cavan sürücü rus dilində “xahiş edirəm, əyləşin,
aparım sizi, qonaq edirəm” söyləyir, yaxına getdiyimizi desək də təkid edir, əyləşirik. Haradan gəldiyimizi
biləndə Bakını
çox sevdiyini, orada çoxlu dostları olduğunu həvəslə bildirir.
Botanika bağı böyük və geniş bir ərazini əhatə edir, bir günə gəzib başa çıxmaq çətin
olar. Bağın o biri başına
çayın sağ sahilindən kanat işləyir. Köhnə qala
divarları ilə əhatələnmiş bu
məkanın qış
mənzərəsi də
gözəldir. Gecə işıqlar
yananda uzaqdan bu məkan lap nağıllardakı kimi füsunkar görünür.
Səhəri gün evdən çıxıb piyada Ablovari metrostansiyasına qədər gəlirik. Metronun qarşısında
canlı musiqi sədaları altında gənc bir oğlan
şıdırğı rəqs
edir, dayanıb tamaşa edənlər də çox şad görünür.
Eskalatorla aşağı enirik.
Divarlar və tavan adi ağ suvaqla suvanmış və rənglənmişdir, işıq
düşəndə səthinin
nahamarlığı kələ-kötürlüyü
aydın görünür.
Qatara oturub iki dayanacaq
sonra Rustaveli prospektinə açılan
eyniadlı stansiyada yerin üstünə çıxırıq. Prospektdə şairin
əzəmətli heykəli
qarşılayır bizi.
Prospekt boyu hər tərəfə
diqqətlə tamaşa
edə-edə irəliləyirik. Bircə anda
sanki keçmişə
düşürük. Burda Bakıda çoxdan ləğv olunmuş küçə ticarəti
hələ də qalır. Hətta qovrulmuş günəbaxan
tumu satan
qadınlara belə rast gəlirsən. Enli, dairəvi və hündür sütunlarına
üst-üstə cürbəcür
reklam və afişalar yapışdırılmış,
qarşısında ən
müxtəlif bəzək
əşyaları suvenir,
portretlər, gürcü
milli baş geyimləri və müxtəlif xırdavat satılan binanın Gürcüstanın Mədəniyyət
Nazirliyi olduğunu biləndə isə lap çox təəccüblənirik.
Küçədə iri mağazalar,
yaraşıqlı hökumət,
bank və yaşayış
binaları da yerləşir və şəhərin ümumi
müsbət aurası,
burada da hiss olunur. Yeri gəlmişkən, diqqətimi çəkən
bir məqamı da qeyd etmək
istəyirəm. Tiflisdə
nə küçədə,
nə də metroda telefon qurdalayan, qulaqlıqla gəzən bir gənc də gözümə dəymədi...
Yaşlı gürcü qadın haradan gəldiyimizlə maraqlanır. Qızım ağızdolusu Azərbaycanda,
Bakıda gedən inkişafdan danışır.
Qadın dinləyib rus dilində iki kəlmə söyləyir: “Afərin Əliyevə!” Bu ifadə içimizi fərəh və iftixar hissilə doldurur.
Bu şeiri sənə yazıram,
Başına döndüyüm
şəhər,
Bir tikə sevinc payımı,
Tən yarı böldüyüm
şəhər.
Uzaqdan qatarlar keçər,
Xəyalımı doğrar, biçər,
Dalanında, küçəsində
Xatirə olduğum şəhər.
Nəhayət, səfərimizin son günü gəlib çatır. Gəzib görə bilmədiyimiz çox yerlər var hələ, amma M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkmədən qayıda bilmərəm.
Əvvəlcə kanata oturub şəhərin
seyrinə çıxırıq. Günortadan
sonra muzeyin yerləşdiyi
ünvana yollanırıq. Burada
bələdçi qız bizi hörmətlə
qarşılayıb, dramaturgiyamızın banisi,
Şərqin Volteri olan
M.F.Axundzadənin yaşayıb-yaratdığı məkanla həvəslə
tanış edir.
Məlum olur ki, Azərbaycan teatrı ədəbiyyatının ilk təməl daşını qoyan ədib öz əbədiyaşar əsərini üzü Kür çayına baxan balkonunda oturub yazırmış. Muzeyi əvvəllər 3 otaqdan ibarət olsa da, az sonra ölkəmizin Prezidenti cənab İlham Əliyevin göstərişi ilə genişləndirilərək təmir edilmiş və 2013-cü ildə yenidən istifadəyə verilmişdir. Burada kitabxana, tikmə, xalça toxuculuğu, rəsm və sair dərnəklər də fəaliyyət göstərir. Azərbaycanlılarla yanaşı, gürcü uşaqları və gəncləri də muzeyin xidmətindən istifadə edirlər.
Muzeyin direktoru Leyla xanımla görüşüb söhbət edirik. Məlum olur ki, burda tez- tez ədəbi-mədəni tədbirlər keçirilir. Gələndə özümlə kitab gətirmədiyimə görə təəssüflənirəm. Leyla xanım Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini hədiyyə olaraq bizə bağışlayır və bərabər xatirə şəkli çəkdiririk.
...Artıq axşam düşür, hava qaralır. Qədim şəhər işıqları sayəsində daha cazibədar və əzəmətli görünür, hava sakit və mülayimdir. Başımı qaldırıb göy üzünə baxıram. Ay da, ulduzlar da elə ana yurdumuzda olduğu kimi, mehribandır, sevgisini qısqanmadan bərabər paylayır yer üzünə. Düşünürəm, görəsən, ortaq günəşi, ayı, gündüzü, gecəsi, havası, suyu olan insanlar arasında ayrı- seçkiliyə, çəkişmələrə, savaşlara səbəb nədir, nəyi bölüşə bilmir insan...
Səhər saat 7 -də qədim və gözəl Tiflis şəhəri ilə, yenidən
görüşmək arzusuyla
vidalaşırıq. Azərbaycana gözümüz,
könlümüz dolusu
xatirə aparırıq özümüzlə.
Xatırlamağa dəyər...
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2017.- 4 fevral.- S.12 - 17.