Azərbaycan mədəniyyətinin
Fransada daha bir nümayişi
Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) ənənəvi
olaraq 2007-ci ildən başlayaraq "Türk dünyasının mədəniyyət
günü" keçirilir.
Budəfəki tədbirdə
də türkdilli xalqların - türk, kazak, qırğız
və uyğurların
stendləri ilə yanaşı, Azərbaycanın
tarixini və mədəniyyətini əks
etdirən guşə
təşkil olunub. Bu
guşə Fransadakı
səfirliyimizin dəstəyi
və İNALCO-da Azərbaycan dilini tədris edən Aygün Eyyubovanın təşkilatçılığı ilə hazırlanıb.
Guşədə Heydər
Əliyev Fondunun Azərbaycanın tarixi, mədəniyyəti, turizm
imkanları və milli mətbəxinə dair kitabları və diskləri, eləcə də ölkəmizə dair suvenirlər nümayiş
olunub. Ziyarətçilərə
ölkəmiz haqqında
ətraflı məlumat
verilib.
Əvvəlki illərdən
fərqli olaraq, bu il stendimizin
hazırlanmasında və
təqdimatında İNALCO-da dilimizi öyrənən
xarici tələbələr
- İbrahim Divara, Gil Siqarudi və həmyerlimiz İsmayıl
Məmmədov yaxından
iştirak ediblər. Onlar qonaqların və həmkarlarının
Azərbaycan tarixi, mədəniyyəti və
incəsənəti ilə
bağlı suallarını
cavablandırıblar.
Mədəniyyət günü
çərçivəsində təmsil olunan ölkələrin folklor musiqiləri səslənib.
Balaca Səma ilə Ümid milli rəqslərimizi ifa ediblər.
Azərbaycan guşəsi ziyarətçilərin
böyük marağına səbəb olub.
525-ci qəzet.-
2017.- 2 fevral.- S.7.