“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild (noyabr 1918 -
aprel 1920)
(Əvvəli
ötən şənbə sayımızda)
Azərbaycan Məclisi-Məbusanında
12-ci iclas (fevral 1919)
İclas açılır
saat 2-nin yarısında.
Sədr - Həsən bəy
Ağayev
Katib - Əhməd Cövdət
Pepinov
Sədr - İclas davam edir. Növbədəki sənədlərə
keçmədən qabaq rica edərdim dünən günki
iclasda qəbul etdiginiz qanun layihəsi ki, Müsavat firqəsi
tərəfindən təklif olunan hər komissiyaya birər əza
verilsin, komissiyaların miqdarı da bu surətlədir:
“Müsavat” 23, İttihad 11, Əhrar 1, Hümmət 5,
sosialistski blok 5, bitərəflər 12, rus-slavyan cəmiyyətində
5, ermənilərdə 7 bu miqdar ilə olan surətdə
Müsavatdan qeyri hər fraksiya birər, Müsavat isə
ikinci nümayəndə dünən qəbul etdiginiz layihə
mövcibincə verəsiniz. Maliyyə və
büdcə komisyonuna isə hər fraksiyadan birər,
Müsavat isə 3 nümayəndə verməlidir. Çünki onun üzvləri 23-dür. Sonra yeni qanun daxil olmuşdur. Biri
gömrük idarəsinin təbdili, ikinci hökumətə
100 milyon pul buraxmaq. Təklif olunur ki, bu
layihələrdən birincisi ləvayehi-qanuniyyə komisyonuna,
ikinci qanun isə maliyyə və büdcə komissiyasına
verilsin və rica edərdim iki yeni komissiya əzaları tənəffüs
zamanı burada qalaraq özlərinə Heyəti-rüəsa
seçsinlər. Keçirəm növbədəki
məsələyə. Söz verilir doktor
Musa bəy Rəfiyevə.
Musa bəy - (yerindən) Nə
barəsində?
Sədr - Bakı şəhərinə
4 milyon istiqraz barəsində.
Musa bəy Rəfiyev -
(Müsavat) Bakı bələdiyyəsi daxiliyyə nəzarətinə
bir layihə təqdimilə təklif etmiş idi ki, bələdiyyə
idarəsinə 4 milyon manat borc pul buraxılsın. Daxiliyyə
naziri bu layihəni parlamana göndərmiş, parlaman da maliyyə
və büdcə komisyonuna vermişdi. Komisyon
məzkur layihəyi tədqiq edərək hüzurunuza ərz
ediyor. Bakı bələdiyyə idarəsi 4 milyon istədikdə
bəyanatda bulunub diyor ki, bələdiyyə idarəsinin
1917-1918-ci il övzai
cığırından çıxmış, hər
şeyin qiyməti artmış, digər tərəfdən əhalidən
alınan vergi miqdarı azalmış, bundan dolayıdır
ki, şəhərin kassasına pul girmiyor, buna əlavə məvaciblər
dəxi həddən ziyadə artmışdır. Məsələn, nümunə üçün
göstərilir 17-ci ildə 9 ay müddətində məxaric
14 milyon olduğu halda mədaxil 8 milyona
çatmamışdır. Sonra ilin
axırındakı son 3 ay zərfində şəhəri təmizləməkdən
və yolu öz qaydasına salmaqdan ötrü 7.950.000 rublə
məxaric göstəriliyor (oxuyur).
Bakı idareyi-bələdiyyəsinin
bala də məruz iqdamatı münasibətilə daxiliyyə
nəzarəti şəhər idarəsinin aşağıda
saydığımız məvaddan ibarət olan
ehtiyacatının:
1- Şəhərin son dərəcə
pisləndigindən pək böyük məsarifati-nəqdiyyəyi
mövcib olan səhiyyəcə şəhərin təmiri
2- Şəhərin
sokaklarının “mostavoylarının” bundan fəzlə və
büsbütün xarab olmasına meydan verməmək
üçün təmir və təcdidi
3- Yanacaq, yemək məvadının
olduğu kibi əlbisənin də fövqəladə
bahalandığından və əmrazi-sariyənin də əhali
arasında intişarından mütəhəssil şəraiti-həyatiyyənin
ağırlığı üzündən şəhər əhalisinə
son dərəcə möhtac olduğu müavinəti-tibbinin
lüzum dərəcədə təşkil edilməsi.
4- Şəhərin məktəb dairələrinin
kəndi ümuratını cərəyani-tibbisində olaraq
idarəsinin təmini həqiqətən rəf edilməsi
lazım olduğundan bir tərəfdən məvadi-məsai
qiymətlərinin artması və digər tərəfdən
keçən sənədə vüqu bulmuş olan əhvali-siyasiyyə
dolaysilə şəhər vergilərinin pək cüzi
miqdarda olaraq kassaya düxuli səbəbilə şəhər
heç bir vəchlə şu ehtiyacı yalnız kəndi mənafeyindən
rəf və izalə edəmməyəcəkdir.
5- Bütün bu məşruhatə
binaən və bir də Bakı şəhərinin
cümhuriyyət daxilində dövlətin hökuməti-mərkəziyyəsinin
məqərri bulunması etibarı ilə cümhuriyyətdə
yalnız həyati-idariyəsinin bir mərkəzi-rəsmi
degil, bəlkə iqtisadi, mədəni və elmi bir mərkəzi
olduğu dəxi nəzəri-etibarə alınaraqdan kəndisinə
vəsaiti-ümumiyyəyi-dövlətdən müavinətdə
bulunmanın son dərəcə mətlub olduğu meydana
çıxar. İşbu mülahizatə
istinadən nəzarət atidə mühərrər
layiheyi-qanuniyyəyi Məclisi-Məbusanın təsdiqinə
təqdim eylər. Şəhərin birvəch
bala məxaricləri mövcud olub bu məxaricə müqabil
mədaxili cüzidir. Üç ayda səkkiz
milyona kibi pul lazımdır. Mədaxil isə
500 min oluyor. Şəhərin mədaxili
olan vergilər alınıb xərc olunmuşdur. Bu xərcləri yerinə yetirmək
qeyri-mümkündür. Şəhər mədaxilindən
yalnız bir su mədaxili mövcud olub o da çox cüzidir.
Bununla bərabər Bakı şəhəri
dövlətli bir şəhərdir. Borc
almağa da iqtidarı vardır. Yəni
borcunu ödəyə bilir. Bir çox
şeylər vardır ki, məsələn imarətləri
yerləri və dəniz kənarında olan körpüləri
və sairləri kibi mədaxil quyuları mövcuddur. Şəhər deməli müvəqqəti qüvvəsizdir.
Gələcəkdə şəhərin
qüvvəsini yerinə gətirməgi aşkar etdirir. Şimdilik bu xərcləri ödəməkdən
ötrü şəhər idarəsi duma ilə bərabər
qərar vermiş ki, 7 milyon pul istiqraz etsin. Bu məbləğin 3 milyonu oktyabrda
alınmış, yerdə qalan dörd milyonu qalmış idi.
Şimdi də ehtiyaca məbni o 4 milyonun
buraxılmasını hökumətdən xahiş edir.
Xərclərin tərtibi böylədir:
Bələdiyyə
qulluqçularına hər ayda veriləcək məvacib
............ 1.450.000
Şəhəri təmizləmək
üçün arabalar məxarici (maaşdan başqa)
......... 200.000
İtfaiyyə qitəsinə - 75.000
Müalicəxanələrə -
750.000
Bələdiyyə dairələrinə
- 125.000
Odun, mazut, neft, benzin, truba, su, kantor taqımları, əlif və başqa təxiri
qəbul olmayan məxaric ......... 400.000
---------------------
Yekunu: 3.000.000
Bunlar ilə bərabər
birdəfəlik xərclər də mövcuddurlar. Müfrədatı
zirdə oxuyuram.
Sabiq borcların faizinin tədiyyəsi
............. 1,200.000
19 xəstəxanə təmiratı........
336.671
Seldən sonra küçələrin
təmiratı ........ 353.200
23 məktəb binalarının təmiratı ..... 181.532
Dəva alınmağa ......
200.000
Şəhər
sallaqxanalarının təmiratı ..... 40.321
Kitabxana üçün bina hazır
edilməsinə .... 13.200
Şəhər abuzları hazırlatdırmağına ..... 375.000
Nəqliyyatın tazələnməsi
...... 400.000
Mayəhtac ...... 20.000
-----------------------
Yekunu: 3.124.924
Daxiliyə nəzarəti
öz tərəfindən şu layihənin qəbulunu təklif
ediyor (oxuyur).
1- Hökumətin keçmiş sənə
7 təşrini-sanidə “noyabr” qərardadına tövfiqən
vermiş olduğu 3 milyon manatlıq müavinəti-nəqdiyyəyə
əlavətən Bakı idareyi-bələdiyyəsinin xəzineyi-dövlət
vəsaitindən sənədə 5 faizli olaraq iki müddətdə,
yəni iki milyonun şimdi, 2 milyonunun isə gələcək
şubatda “fevral”da verilməsi.
2- Məzkur şəhər idarəsindən
kəndisinə verilmiş olan müavinəti-nəqdiyyənin
şəhərin varidat və məsarifət dəftərinə
qeyd edilməsilə 3 sənə zərfində və hər
sənə müsavi hissələr ilə tədiyyə edilməsinə
iltizam alınması.
Maliyyə və büdcə
komissiyası da bu xüsusda böylə bir qərar qəbul
etmişdir (oxuyur):
Maliyyə və büdcə
komisyonunun 21 fevral 1919 tarixli iclası protokolundan iqtibas
olunmuş: Bakı bələdiyyə idarəsinə 4 milyon
rublə borc buraxılması xüsusunda daxiliyyə nəzarətinin
təqdim etdiyi qanun layihəsi qəbul olunsun və daxiliyyə
nəzarətinə tezlik ilə bələdiyyə seçki
qanununun təqdim və Məclisi-Məbusana təqdim edilməsi
təklif olunsun.
Maliyyə və büdcə komisyonu
rəisi: Musa bəy
Maliyyə və büdcə
komisyonu bu layihəyə baxaraq qəbul olunmaq
üçün Məclisi-Məbusana təqdim edir.
Sədr - Söz Ağa
Aşurovundur.
Ağa Aşurov - Möhtərəm
məbuslar! Hökumətlərdə olan borc
sistemi imdi də şəhərlərə sirayət ediyor.
Nəticədə hökumət xərcini
ödəməkdən ötrü hədsiz-hesabsız
kağız pullar buraxırlar. İmdi bələdiyyə
idarələri də həddən ziyadə xərclərini
ödəmək üçün iki şeydən birini etməlidir:
ya pul kəsmək, ya borc almaq. Bakı idarəsi
asan yollar ilə getmək istiyor ki, öz işlərini
yaxşı aparsın. Üzr istiyoram bən
Bakı bələdiyyə idarəsinə pul verilməsi tərəfdarı
olardım və olmalıyam da. Pul verilməsini
də istərəm, heyf ki, bu layihədə bu borcun nə
cür qaytarılacağı və mədaxil yolu göstərilmiyor.
Parlaman özünü aldatmamalıdır.
Keçənlərdə bələdiyyə
idarəsinə bir milyon borc verdik və onun qaytarılması
vəqti göstərildi. Fəqət bu 4
milyonu bələdiyyə idarəsi qaytara bilməyəcəkdir.
Bunu parlaman da biliyor. Ona
görə büdcə və maliyyə komisyonu bu layihənin
qəbulunu bizə təklif etməməlidi. Bən təklif
ediyoram: bu pulu borc degil qaytarılmamaq üzrə bələdiyyə
idarəsinə verək və mədaxili artırmaq
üçün yollar göstərək. Tainki
hökumətdən borc almağa məcbur olmayıb
özü-özünü idarə edə bilsin. Hər yerdə olduğu kibi hökumətin borcudur
ki, şəhər idarəsinə kömək eləsin.
Hökumət şəhərin cəmaət
ehtiyacını ödəyən azarxanə, məktəblər
və qeyri-müəssisələri saxlamaq üçün
pul buraxmalıdır. Amma məxaric mədaxildən
çox olduğu halda bu qaidə çox davam edə bilməz.
Gərək daxiliyyə nazirimiz və büdcə
və maliyyə komisyonu şəhər idarələrinin mədaxillərinin
artması üçün layihə ilə yollar göstərsin.
Bələdiyyə idarəsi bəzi mədaxilləri öz əlinə
almaq üçün istibdad dövründə bir məsələ
qaldırılmışdı ki, bununla 3-4 milyon mədaxil ola biləcəkdi. Bunu onun əlindən
aldılar. Bu barədə hətta dövlət
dumasında da danışıldı. İmdi
gərək tezlik ilə qət olunsun ki, o vergilər şəhərin
mənfəətinə getsin. Şəhər
idarəsi ticarət müəssisələrindən,
işıqdan və bu kibi yerlərdən xüsusi vergi
almalıdır. Bu verginin alınmasilə
bahalığa heç qorxu yoxdur. Ərzaq
nəzarəti pud vergisindən 550.000 rublə pul
yığmışdır. Bu pul şəhərə
bələdiyyə idarəsinə verilməli idi. Amma bu vəqtə kibi şəhərə gəlmiyibdir.
Hökumətin cəm etdigi vergilər müəyyəndir.
Bu pud vergisi isə şəhər mənfəətinə
olmalıdır. Mən istəməzdim ki,
bu layihənin qəbulu təxirə salınsın. Şəhər fəlakətli bir haldadır. Ancaq bu layihədə bələdiyyə idarəsinin
mədaxilinin artırılması üçün heç
bir yol göstərilməyibdir. Mən təklif
edərdim bu pul 3 sənəyə degil qaytarılmamaq şərtilə
bələdiyyə idarəsinə verilsin. Bələdiyyə idarəsi məlumdur ki, bu borcu bu
müddətdə qaytara bilməyəcəkdir. Ona görə şərt qoymalıdır ki, bələdiyyə
idarəsi özü mədaxillərini artırmaq
üçün tədbirlər görsün, tainki zərəri
olmasın.
Sədr - Söz Yusifəli
Əliyevindir.
Yusifəli - (Müsavat) Bələdiyyə idarəsinin 4 milyon istiqraz həqqində “Müsavat” fraksiyası əhalinin mənafeyi-ümumiyyəsinə xidmət edən müəssisələrin parasız qaldığını nəzərə alaraq bu 4 milyon borcun verilməsi tərəfdarıdır. Bununla bərabər fraksiyamız bələdiyyə idarəsi və əzasının nəzər diqqətini buna cəlb edib diyor ki, ildə 8 milyon varidat ilə 13 milyon məxaric olursa get-gedə üzərinə yüklədigi borcu bir vəqt gələr ki, verə bilməz, əhali və onun özü üçün borcdan çıxmaq çətin olar. Yaxşı olardı, bələdiyyə idarəsi özü üçün mədaxil mənbələri arasın, məsələn dedilər ki, ərzaq nəzarətində yüklərdən pud vergisi alınır və bu pul şəhər idarəsinə çatmalıdır. Bu pullar ola bilər ki, şəhərə qaytarılsın. Lakin nədənsə bələdiyyə idarəsi bu barədə təşəbbüsatda bulunmamışdır. Bundan başqa, şəhərin bir çox boş yerləri var ki, bələdiyyə idarəsi onlardan istifadə edə bilərdi. Və yaxşı mədaxil hasil olardı. Amma nədənsə etməyibdir. Bir də bələdiyyə idarəsi ticarət və sənaət müəssisələrindən alınan vergiləri artıra bilər. Bundan başqa bələdiyyə idarəsi ilə əhali arasında bir çox mübahisəli yer məsələsi var ki, bu məsələnin həll olunmasilə bələdiyyə idarəsinə 2 milyondan ziyadə para daxil ola bilər və şəhərin də abadlığına səbəb olar. Ağa Aşurovun birdəfəlik müavinəti-nəqdiyyə verilməsi təklifinə görə tərəfdar ola bilməriz. Bu pul borc surətində verilməlidir. Bələdiyyə idarəsi də bilsin ki, borcu vardır. Və borcu ödəmək üçün yeni varidat mənbələri arasın.
“Azərbaycan”, 2 mart 1919, ¹126
Bala - yuxarı
Məvas - mövsümlər
Əmraz - xəstəliklər
Sariyə - yoluxucu
Mütəhəssil - vücuda gələn
Məşruhat - şərh olunmuşlar
Müqirr - iqrar edən
Rərvəcə - kimi, uyğun olaraq
İtfaiyyə - yanğın söndürən dəstəsi
Zir - alt, altda
Tövfiqən - uyğunlaşdıraraq
(Ardı var)
Araşdırıb
toplayanı,
ərəb əlifbasından
latın əlifbasına çevirəni,
ön
sözün müəllifi, lüğətin tərtibçisi:
Şirməmməd Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev,
elmi
işçi Samir Xalidoğlu (Mirzəyev)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.-
2017.- 4 fevral.- S. 21.