Milli Dram Teatrında ilin ilk premyerası: “Almaztamaşası

 

Ötən həftə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 144-cü mövsümün sayca dördüncü, 2017-ci ilin isə ilk premyerası düzənlənib.

Böyük ədib, Azərbaycan dramaturgiyasında sosialist realizminin banisi  Cəfər CabbarlınınAlmazpyesi əsasında yeni quruluşda  hazırlanmış eyniadlı tamaşa sənətsevərlərə təqdim olunub. Əslində tamaşaçılar   çoxlarına tanış olan bir səhnə əsərinə yenidən baxmaq  şansı qazanıblar.

Qeyd olunmalıdır ki,bu yeni tamaşanın quruluşçu rejissoru  rəssamı,həmçinin səhnələşdirmə müəllifi Xalq artisti Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov   Əlif Cahangirli, elmi məsləhətçisi AMEA-nın müxbir üzvü,  professor  Nizami Cəfərov, bəstəkarı Xalq artisti  Siyavuş Kərimidir.Yeni səhnə redaksiyası  əməkdar incəsənət xadimi Əli Əmirliyə məxsusdur. Tamaşaçıların alqışları ilə keçən premyerada Mədəniyyət turizm naziri Əbülfəs  Qarayev, dramaturqun yadigarı-qızı Gülarə Cabbarlı ailə üzvləri  iştirak etmişlər.

Xatırladaq ki,bu əsərin hələ ədibin sağlığında, 1931-ci il 13 aprel tarixində  tamaşaya qoyulması (quruluşçu rejissorlar A.Tuqanov   C.Cabbarlı, bəstəkarı Ə.Bədəlbəyli) Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir hadisə idi.  Almaz obrazını Sona Hacıyeva  ifa etmişdi. Sənət ocağı həmin əsərə  1936, 1943 1957-ci ildə yenidən müraciət etdi,  müvafiq olaraq, quruluşçu rejissorlar Ağəli Dadaşov, Səftər Turabov Əliheydər Ələkbərovun təfsirində. Əminliklə demək olar ki, dərin ictimai  fikir ifadə edən bu səhnə əsəri böyük aktyor rejissor nəslinin yetkinləşməsində önəmli rol oynamışdı.

Bəs, Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə hazırlanan ikihissəli dram tamaşaçılara nəyi təlqin etdi?  Məlumdur ki,  sosializm quruculuğunun əsas ictimai məsələlərindən biri kənd təsərrüfatının kollektivləşdirilməsi  idi. Tamaşaçılar quruluşçu rejissorun yozumunda 30-cu  illər Azərbaycanının mövhumat, cəhalət hökm sürən  ucqar bir kəndində əhalinin yaşam tərzi ilə tanış olurlar.

Yəqin ki, orta yaşlı tamaşaçılar Almaz obrazını müxtəlif vaxtlarda xalq artistləri Barat Şəkinskaya   Leyla Bədirbəylinin ifasında yaxşı xatırlayırlar.GünümüzünAlmaztamaşasında isə baş rolun ifası gənc aktrisa, respublikanın Əməkdar artisti Məsmə Aslanqızına həvalə olunub. Aktrisanın yaratdığı   Almaz  obrazı ilə  sosializm cəmiyyəti üçün səciyyəvi olan mübariz bir gəncin surəti göz önündə canlanır. Ali təhsilini  başa  vuran  gənc qızın azad gözəl həyat  haqqındakı arzuları doğulduğu kəndin yoxsul, zəhmətkeş camaatını irəliyə, firavan yaşayışa, işığa doğru aparmağa köklənib. Almaz  insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara varlılara bölündüyünü görür   bütün bunlara öz münasibətini bildirir. Aftil kimi cəfakeş, ailəsini güclə dolandıran kəndlilərin çıxılmaz vəziyyəti onu daim düşündürür.

Baş qəhrəmanın kütlə qarşısındakı hər  alovlu çıxışı  M.Aslanqızının keçirdiyi daxili həyəcanın, həm onun düşüncələrinin, aktyor tapıntılarının nəticəsi kimi meydana çıxır. Almazı komsomolçu  dostu Baratı daim önə çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı, maarifçilik təşəbbüsləridir.  Daim  hərəkətdə olan  Almaz bəzən yol verdiyi səhvlərin üzərindəcə özünü islah etməyə çalışır, tək yox, birgə mübarizə aparmağın vacibliyini dərk edir.Sadə kənd müəllimi uşaqlara  dərs deməklə kifayətlənmir, qızları qadınları savad kurslarına cəlb edir. O, başqa sözlə, yeni cəmiyyət, yeni insan, yeni ailə əxlaq normalarının carçısıdır.

Bütün bunlar isə ağrı-acısız ötüşmür. Almazın Hacı Əhmədin meyvə bağlarını ictimailəşdirib, yoxsulların  kollektiv təsərrüfatına çevirmək təklifi kəndin bu ən varlı şəxsi tərəfindən az qala top-tüfənglə qarşılanır. Elə hər şey,bütün münaqişələr   bundan sonra başlayır. Bəzən yazıq görkəmi alan, əslində yoxsulların qənimi,  qolçomaq Hacı Əhmədin  yırtıcı xisləti üzə  çıxır. Öncə Almazla dil tapmaq, daha sonra rüşvət verməklə onu ələ almaq cəhdləri baş tutmayanda, o, gənc müəllimə şər atmaqdan belə çəkinmir,kəndin avam camaatını tovlayıb ona qarşı çevirmək üçün dəridən-qabıqdan çıxır. Hacı Əhməd obrazının xarakterini ustalıqla açan  Xalq artisti Nurəddin Mehdixanlının ifası təbii   inandırıcıdır. Teatrda uzun illər bənzərsiz obrazlar qalereyası yaratmış istedadlı aktyor üz cizgiləri, jestləri, səsinin enib-qalxması  ilə ətrafdakılara, çevrəsindəki olaylara münasibətini açıq-aydın büruzə verir.

Səhnə əsərinin maraqlı aktyor ansamblında digər ifaçıların da oyunu diqqəti çəkir.  Xalq artistləri Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), əməkdar artistlər Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı), Mətləb Abdullayev (Sədr) başqalarının fərqli manerası, oyun tərzi, çevik, dinamik ifası  yaratdıqları  obrazların  təbii halını, məsləkini, həm rejissorun  çözümünə uyğun ritmi saxladıqlarını göz önündə canlandırır. Feodal adətlərin daşıyıcıları, canını yenilik qorxusu bürümüş  İbad Balarza kimilər açıq-aşkar, az-çox təhsil görmüş Baloğlan, Şərif, Mirzə Səməndər kimilər isə maskalanaraq, Hacı  Əhmədin, necə deyərlər, dəyirmanına su tökür, yeni kənd quruculuğuna, əhalinin savadlanmasına cidd-cəhdlə mane olurlar.

Xalq artisti F.Mütəllimova Kərbəlayı Fatmansanın üzünü açan ifa nümayiş etdirir,çevik, duzlu, komikperformansıilə  bu obrazın bütün çalarlarını - yalançılığını, aravuranlığını, əxlaqsızlığını sərgiləyir.

Tamaşada qadın azadlığı məsələsi mühüm yer tutur, despot ərinin,qaynının hər cür təhqirlərinə məruz qalan Yaxşı kimi bədbəxt  taleli qadınlara öz  hüquqlarını bilmək  çağırışı səslənir. Aktrisa  R.Nəsibova qəhrəmanını  donmuş  vəziyyətdə yox, tamaşa boyu təkamül   inkişafda canlandırır. Yaxşı tədriclə   insanlıq ləyaqətini dərk edir, hətta onu günahsız  körpəsini ölümdən qurtarmaqla, öz şərəf ləyaqətinə ləkə düşməsindən belə qorxmayan   Almaza qarşı məhkəmədə  bu açıq fikirli xanımın müdafiəsinə qalxır.  Əsas açar səhnəsi olan məhkəmə iclasında Almazın Yaxşının əsl həqiqəti üzə çıxaran çıxışları  yalan, zülm dünyasına,nadanlığa  qarşı bir ittiham kimi səslənir.

Quruluşçu rejissorun təfsirində   mürəkkəb hadisələrlə çulğaşan  dövrün həqiqətləri,  qaranlıq   işıqlı cəhətləri, köhnəliklə  yeniliyin mübarizəsi münaqişəli situasiyalarda əks etdirilmişdir. Mövzuya uyğun  gərginlik yaradan vəziyyətlər, fərqli ideyaların toqquşması, dramatik nüanslar  rejissor üçün əsas olmuşdur.

Məlumdur ki, ədəbi yaradıcılığa şeirlə başlayan C.Cabbarlı sonralar öz dram əsərlərinə münasib bildiyi nəzm nümunələrini əlavə edirmiş. Söz açdığımız  dramın final səhnəsinə  bir anlıq lirika qoşulması tamaşanın Almazın  dilindən   səslənən:               

 

Bu görünən səndin,

axır gəldin sən,

Axır səni buldum,

ey  Dan ulduzu! -

 

misraları ilə  bitməsi yaradıcı heyətin uğurlu tapıntısıdır və  ədibin sevimli qəhrəmanının gələcək xoş günlərə ümid və inamını ifadə edir.

 

Zemfira MƏHƏRRƏMLİ

 

525-ci qəzet.- 2017.- 4 fevral.- S.12.