Pərvinin yeni kitabları təqdim
olundu
Fevralın 7-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı və ədəbiyyatşünas Pərvinin "Qadın olmaq" və "Sevdim səni" kitablarının təqdimat mərasimi keçirildi.
Tədbiri
Birliyin katibi, "525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid açaraq Pərvinin yaradıcılığından,
sözə və sənətə həssas, məsuliyyətli münasibətindən söz açıb. Qeyd edib ki, Pərvin
istedadlı yazıçı
olmaqla yanaşı, iti qələmə sahib publisist, öyrənməkdə,
öyrətməkdə maraqlı
pedaqoq, mahiyyətə
vara bilən araşdırmaçıdır.
Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar,
AMEA-nın vitse-prezidenti,
Ədəbiyyat İnstitutunun
direktoru akademik İsa Həbibbəyli, Xalq şairi Nəriman Həsənzadə,
yazıçı Seyran
Səxavət, şair
Vaqif Bəhmənli,
AYB-nin katibi, yazıçı İlqar
Fəhmi, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Himalay Qasımov, rejissor Ramiz Həsənoğlu, yazıçı Səyyad
Aran, şair Paşa Qəlbinur, tənqidçi Vaqif Yusifli, filologiya üzrə fəlsəfə doktoru Təranə Əzimova çıxış edərək
müəllifin yaradıcılığı,
özünəməxsus üslubu,
mətnə yanaşma
tərzi barədə
düşüncələrini bölüşüb, ona yeni uğurlar arzulayıblar.
Sonda Pərvin çıxış
edərək kitabların
ərsəyə gəlmə
prosesindən danışıb,
yaradıcılıq yolunda
dəstək gördüyü
insanlara və mərasim iştirakçılarına
minnətdarlığını bildirib.
Cavid QƏDİR
525-ci qəzet.-
2017.- 8 fevral.- S. 2.