Nəcməddin Mürvətovun şeirləri
Yazmadım
Qəlb açan
bir şeir yazardım sənə,
Duydum, laqeydsən sözə, yazmadım.
Təbim heç
baxmadı qələm
deyənə,
Getdi, görünmədi gözə,
yazmadım.
Ağrı-əzab verdi acı kəlmələr,
Könlümün dünyadan bacı - kəlmələr.
Şeirimin bəzəyi,
tacı kəlmələr
Çevrildi can yaxan
közə, yazmadım.
Soyuq baxışından
üşüdüm o an,
Dəyişib tanınmaz
olmuşdun, aman!
İçimi ah-fəryad
göynətdi yaman,
Ürək daş deyil ki dözə - yazmadım.
Dolaşdı, qarışdı
düşüncələrim,
Bir anda qüvvətdən düşdü əllərim.
Gözümdə heç
oldu qədrim-dəyərim,
Bir damla yaş sızdı üzə, yazmadım.
Boğuldu qəlbimin
ahəngdar səsi,
Söndü ürəyimin coşqun həvəsi.
Cismim oldu ruhun zülmət məhbəsi,
Damarda qan döndü buza, yazmadım.
Utandım yerinə...
Uduzdun nəfsinlə
döyüşdə sən
də,
Məni yox, sən üstün
tutmusan zəri.
Dostluq sandığımız
qaldı dünəndə,
Beş-üç quruşluqmuş demə dəyəri.
Utandım yerinə,
vallah, o anda
Aciz, yazıqsanmış nə
qədər, demə.
Dar gündə dayaqdın guya arxamda...
Allahım, gör
ümid olmuşam kimə!
Yetər, at kənara
hər bəhanəni,
Bitsin boş söz-sovun, izahatın da.
Fikrim bu: unudum, unudum səni,
Gömüm vecsizlərin ən alt qatına.
Yalvarış, etiraf yetməz, daha, yox
Gözümdə azacıq qədrin-qiymətin.
Neyləyim olmadın
gözü-könlü tox,
Tamah qənimidir səmimiyyətin.
Kimliyin ortada aydın, aşikar,
Ehtiyac qalıbmı sorğu-suala?
Özümü sanmıram
zərrə günahkar,
Xislətin tuş etdi səni
zavala.
Diqqət umanlara
Diqqət istəyirsən,
diqqəti artır
Tanışa, bilişə, dosta, yaxına.
Hərənin içində
xoş istək yatır,
Tərpət ki, üstünə dönə axınla.
Dinib danışmasan,
kim duyar
səni,
Nə bilər içində nələr var, nələr?
Bölüş ətrafınla
sən düşüncəni,
Onda aralığa hərarət
gələr.
Sevginə qarşılıq
sevgi, məhəbbət
Görərsən, bol et ki, bol
olsun payın.
Qayğınla fərqlənsən,
tapılmaz əlbət
Ünsiyyət qurmaqda bənzərin, tayın.
Laqeydlik azarı
tutmasın səni,
Yoxsa uzaq durar doğman,
sirdaşın.
Bax odur diqqətin qatı düşməni,
Onunla ülfətdən bir yolluq daşın.
Diqqət görəcəksən
diqqətli olsan...
Hər kəs bu hikməti anlaya, bilə!
Yadında saxla ki, yadda qalasan,
İstək endirilmir göydən zənbilə.
Nəcməddin
MÜRVƏTOV
525-ci qəzet.-
2017.- 10 fevral.- S.7.