"Media
və kitabxana əməkdaşlığı" mövzusunda tədbir keçirilib
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu qurumun və Azərbaycan Mətbuat Şurasının birgə
təşkilatçılığı ilə “İnformasiya təminatında mövcud
durum: media və kitabxana
əməkdaşlığı” mövzusunda tədbir keçirilib. Elmi Kitabxanasının İctimaiyyətlə
əlaqələr bölməsindən
"Report"a bildirilib
ki, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli akademiyada ilk dəfə olaraq media ilə geniş tərkibli görüş keçirildiyini
deyib. O, Mərkəzi
Elmi Kitabxananın gördüyü işlərdən,
xidmətin səviyyəsindən,
vikipedia təlimlərindən,
Milli Rəqəmsal Yaddaş bazasından, keçirilən tədbirlərdən,
fondlardakı nadir incilərdəndə
bəhs edərək onları qənaətbəxş
adlandırıb.İ.Həbibbəyli bu işlərin geniş ictimaiyyətə
çatdırılması üçün medianın
müstəsna rol oynadığını vurğulayaraq,
qarşılıqlı faydalı
əməkdaşlığın daha da inkişaf
etdirilməli olduğunu,
kitaba marağın artdığını, buna
görə də
AMEA-nın kitabxanaya ikinövbəli rejimdə
çalışmaq üçün
dəstək verdiyini açıqlayıb, elmi jurnalistikanı inkişaf etdirməyin vacib olduğunu önə çəkib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov AMEA-nın özünün inkişaf dövründə olduğunu deyib. O, bütün məsələlərə, xüsusən də problemli məqamlara elmin süzgəcindən keçirilərək baxılmalı olduğunu qeyd edib, media-kitabxana əməkdaşlığlını gücləndirməyə çalışdıqlarını deyən millət vəkili informasiya əldə olunmasında kitabın, kitabxananın böyük rolu olduğunu açıqlayıb. Ə.Amaşov bütün media işçilərinin kitabxanadan rahat şəkildə istifadəsini təmin etməyi təklif edib: “Bu özülüyündə kitaba bağlılığı daha da gücləndirmiş olar." Deputat Mətbuat Şurasında təmsil olunan media qurumlarının görülən işlərə informasiya dəstəyi verməsini gündəmə gətirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli AMEA-da çalışan alimlərin fəaliyyətinin mediada az işıqlandırıldığını söyləyib. O, əlaqələrin gücləndirilməli olduğunu, KİV Dəstək Fondunun gördüyü işlərdən söz açıb, əlaqələrin genişlənməsindən hər iki tərəfin qazanacağını deyib, qəzetlərin öz nüsxələrindən kitabxanaya göndərmələrini təklif etdi.
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova tədbirin mahiyyəti haqqında məlumat verərək, Azərbaycan üçün önəmli olan vətəndaş birliyini çox həssas sahə olan informasiya sahəsində media və kitabxana əməkdaşlığı nümunəsində bir daha nümayiş etdirməyin, informasiya təminatı sahəsində media və kitabxananın məsuliyyətlərinin kəsişən nöqtələrini tapmağın əsas məqsəd olduğunu vurğulayıb. O deyib ki, MEK görülən işləri operativ şəkildə mek.az saytında, sosial şəbəkələrdə paylaşmaqla ictimaiyyətə çatdırır. Hazırda MEK-in oxucular üçün yüksək səviyyəli şərait yaratdığını deyən L.İmanova Mətbuat Şurası ilə əməkdaşlıq məsələsində təkliflərlə çıxış edib: “MEK Şura üzvləri olan jurnalistlərə akademiya üzvləri üçün olan şərtlər ilə oxucu vəsiqələri verə və növbədənkənar xidmət göstərə bilər. Jurnalist araşdırmaları və yazıları hazırlayan media nümayəndələrini etibarlı elmi mənbələrlə təmin edə bilər”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı jurnalistlərin peşəkarlıq baxımından elmi faktlardan yararlanmasının mühüm olduğunu qeyd edib. Kitabların, əski qəzetlərin elektronlaşmasını mühüm amil kimi dəyərləndirən A.Aşırlı səslənən təkliflərin həyata keçməsini arzulayıb. O, eyni zamanda Azərbaycandakı kitabxanaların öz elektron kataloqlarını birləşdirmələrini təklif edib.
“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz alimlərin jurnalistlərdən narazı olmasını, media nümayəndələrinin elmdən uzaq olmasını söyləyərək təkliflə çıxış edib. O, kitabxananın imkanlarından internet vasitəsilə istifadə olunması, bir sıra görüşlərin, ədəbi-bədii, elmi tədbirlərin keçirilməsini də təklif kimi səsləndirib.
Jurnalist
Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu MEK-in jurnalistlər üçün
təklif etdiyi xidmətləri yüksək
dəyərləndirib, eyni zamanda kitabxanada vikipedia ilə bağlı görülən
işləri yüksək qiymətləndirib.
525-ci qəzet.- 2017.- 10 fevral.- S.3.