“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild (noyabr 1918 -
aprel 1920)
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın əlifbasına
çevirəni, ön sözün müəllifi, lüğətin
tərtibçisi: Şirməmməd Hüseynov
Azərbaycan Məclisi-Məbusanında
(keçən
nömrədən mabəd)
Yusif Əhmədov - (Bitərəf)
Bələdiyyə idarəsi tərəfindən istənilən
7 milyon borc xüsusunda bəncə qabaqcadan bir qərar qət
etməli idi.
Bu pulu o vəqt tamamilə
verməli idi.
Gənə də verilsin. Şimdiki
izahatdan məlum oldu ki, şəhərin ayda 3 milyon manat xərci
var. Təbii böylə borclar ona kifayət etməz. Bir
şəhərin ki ayda 3 milyon xərci ola,
böylə məbləğlər də onun ehtiyacı
ödəmməz. Vəqtin əhəmiyyətini
də bir nəzərə alıb ətraflı
düşünməlidir ki, nə kibi bir vəqtdə
yaşıyoruz, nə vəqt və nə üçün
borc istənilir.
Mulumunuzdur ki, şəhərin
varidatı bir neçə şeydən ibarətdir. Məsələn,
imarətlərdən, ticarətdən və sairədən.
Ticarət şimdi bilmərrə yoxdur. Ümum ticarət dairələri
bağlanıbdırlar. Şəhər də
bunlardan varidat ala bilməz. Bir də xəstəxanələrdir
ki, qabaqlarda orada yatanlardan müəyyən xərc
alınırdı. Bir para səbəblərə
görə imdi o da alınmıyor. Bir
neçə mənbə də var ki, inqilab içində
olduğumuzu nəzərə alsaq, nə səbəbə
onlardan varidat alınmadığı təbii görülər.
Bən öylə güman ediyorum ki, ərz
etdigim səbəblərə görə əski mədaxil gətirən
yollar kamilən kəsilmiş olduğundan bələdiyyə
idarəsinin əvvəlcə istəmiş olduğu 3 milyon
verildigi kibi imdi istədigini də vermək lazımdır.
Qulluqçuların maaşını nəzərə
almalıdır. Məruzədən məlum
oluyor ki, ayda bir milyon 450 min manat olmaq üzrə bələdiyyə
qulluqçuların məvacibi 18 milyon oluyor. Xidmətçilərə
bu maaş verilməzsə, şəhərin
bütün işləri yatar. Hələ bələdiyyə
xidmətçilərinin maaşı sair qulluqçulardan
azdır. Bunu da nəzərə
almalıdır.
Mənim yadımdadır bir yerdə hökumət
üzvlərindən birisi bələdiyyə məclisi əzasından
birini məzəmmət edib diyordu ki, işləmiyorlar, şəhəri
təmiz saxlamıyorlar, fəaliyyətsizlik göstəriyorlar.
Əgər bu fəaliyyətsizlik pulsuzluqdan isə
hökumətə müraciət etsə, hökumət bələdiyyə
idarəsinin ehtiyacını təmin eylər. Təklif olunan məbləğ çox degildir.
O şey ki, ehtiyaclarıdır, onu istiyorlar. Bələdiyyə
idarəsində bən də varam. O qeyri bir çarə
bilmiyor. Zəruri ehtiyacı üçün pul
istiyor. Həm də müavinət degil,
borc istiyor. Şəhərin 36 milyon manat xərci
var. Əlbəttə 4 milyon vermək ilə ehtiyacı rəf
etmək olmaz. Buyururlar ki, şəhər iş
görmüyor. Hankı idarə layiqilə iş aparıyor
ki, o da apara bilsin.
Əlbəttə şəhərin
borcudur mədaxil yerlərini gözləsin, lakin bir
haldayız ki, bir ay sonra nə olacağını bilmiyoruz,
keçmişi də gördük. O sədəmələr ki, dəymişdi
imdi onun acısını çəkiriz. Bən
təklif ediyoram istənilən 4 milyon verilsin. Verilməsə bələdiyyə idarəsi
bağlanacaqdır. Buna da təbii heç
bir fraksiya razı olmaz. Onun
bağlanması digər idarələrə də çox təsir
edər. Bir də ərz etməliyəm
ki, qlasnıların vəkalət müddəti
qurtarmışdır. Şimdi yeni
qlasnılar seçmək lazımdır. Təbii
bu xüsusda müzakirat olacaq və əminəm ki, tezlik ilə
bələdiyyə qanunu verilər, bən dübarə təklif
ediyoram 4 milyonluq qərz verilsin. Yalnız
borcun hankı varidatdan ödənəcəgini bilmək
lazımdır. Natiqlərdən birisi təklif
ediyor ki, bu məbləğ qaytarılmaq üzrə verilsin.
Bən diyoram ki, böylə bir üsul yoxdur.
Pul verilsin nəinki 3 ilə 6-9, hətta 12 ilə verilsin, amma
müavinət təriqilə yox, borc təriqilə.
Sədr - Söz Əhməd
Cövdət əfəndinindir.
Əhməd Cövdət - (Sosialist)
Əfəndilər! Aşurov cənabları
doğru buyurdular ki, imdi nəinki hökumətlər, hətta
bələdiyyə idarələri də ya borc edib, ya pul kəsməklə
yaşıyorlar. Çünki
böyük müharibə nəticəsi iqtisad və ticarət
işlərinə suyi-təsir etdigindən hər şey
öz adi halını qeyb edib yolundan
çıxmışdır. Bir tək
Bakı bələdiyyəsi degil, qeyri bələdiyyə idarələrinin
də halı fənadır. Bunların bu
halına görə borc istəməgə həqləri də
vardır. Bizim fraksiya da Bakı bələdiyyəsinə
veriləcək 4 milyon borcun əleyhinə degildir. Bu borc verilməlidir. Hərgah biz
bu borcu verməsək, parasızlıq üzündən cəmaəti
təmin edən müəssisələr qapanmağa məcbur
olar. Fəqət bu müəssisələr
füqərayi-kasibə ehtiyacatını rəf etməgə
çalışdığından bağlanmalarına yol verməməlidir.
Şəhər idarəsinə kömək eləmək
hökumətin borcudur. Fəqət biz buna
iktifa etmiyoruz. Ağa Aşurov cənabları
doğru buyurdular ki, bu borclar hardan veriləcək. Şəhər idarəsi bu borcları geri verə
bilməyəcəkdir. Burasını əlbəttə
nəzər-diqqətə almalıdır. Əhmədov
cənabları dedi ki: bugünki gündə ticarət yoxdur. Ona görə də şəhər idarəsinin mədaxili
azalmışdır. Fəqət tamamilə
də böylə degildir. Doğrudur ticarət
əvvəlki qərar ilə degildir. Ticarətin
bir qismi dayanıbdır. Lakin əvəzində
bəzi yeni ticarətlər artıbdır. Deməli ticarətdə bir dəyişiklik
olmuşdur ki, o da möhtəkirlikdir. (Alqış).
Şəhər idarəsində
demokratiya nümayəndələri olmadığından orada
oturanlar haman möhtəkirlərdən
vergi almağı özlərinə sərf bilmiyorlar. Çünki qismən kəndiləri bu işlə
məşğuldurlar. Odur ki, bu cür
nümayəndələr öz ciblərindən pulu
çıxarıb bələdiyyə sandığına
qoymazlar. Şəhər idarəsində
demokratiya nümayəndələri oturmalıdırlar. Lakin biz onu da demirik ki, demokratiya nümayəndələri
orada oturmaq ilə işlər büsbütün yaxşı
gedər. Təbii bir qədər qüsur
olacaqdır. Bu qüsurlar
Gürcüstan-Ermənistanda olduğu kimi burada da
olacaqdır. İqtisadi həyat fəna
olduğundan həyat demək qeyri-mümkündür. Lakin heç olmasa həyatımızı adi hala tərəf
çəkmək lazımdır ki, bunu da ancaq demokratiya
nümayəndələri edə bilərlər. Ona görə də tezliklə demokratiya nümayəndələri
şəhər idarəsinə keçməlidirlər.
Şəhər idarəsinin demokratik əsas üzrə qurulması
xüsusundakı uzlaşma tezliklə qövldən-felə
gətirilsin.
Şəhər idarəsində
oturan nümayəndələrin vəqti bitdigindən yeni
demokratik seçkilər üsulu parlamana təqdim edilsin ki,
tezliklə hər yerdə bu üsul ilə bələdiyyə
idarələri təsis olunsun. Hər yerdə bu
cür bələdiyyə idarələri təsis
edilmişdir. Hətta Gürcüstanda bələdiyyələrin
ittifaqı da vardır ki, bizim bələdiyyə
ittifaqımız ilə münasibata girişmək istiyorlar.
Bu xüsusda bizə müraciət edib Azərbaycanda
bələdiyyə idarələri ittifaqı
olub-olmadığını soruşmuşlar. Fəqət bizdə nəinki bələdiyyələr
ittifaqı bəlkə demokratik üsul ilə təsis
edilmiş bir bələdiyyə idarəsi də yoxdur. Hökumət burasını nəzərə
almalıdır. Və ikinci zemstvo idarələrinin
təşkili üçün qanun tərtib verib parlamana təqdim
etməlidir. Bundan başqa bələdiyyə
seçkiləri hazırlayan komisyonda yeni bələdiyyə
üsulu hazırlayıb parlamana təqdim etsin. Bildigimə görə yeni seçkilər üsulu
hazırlayan komissiyaya seçkilər üsulu
hazırlanması yanvarın 29-da həvalə olunmuşdur.
Lakin bu gün fevralın 25-də haman
komisyonun hələ birinci iclası dəvət edilmişdir. Bu komisyon tezliklə işlərini qurtarıb
seçki üsulunu parlamana təqdim etməlidir. Bizim fraksiyamız ələlümum bu borcun hələligə
verilməsini qəbul edir. Bununla bərabər
ümid edir ki, yeni bələdiyyə idarəsi seçkiləri
qanunu tezliklə parlamana təqdim olunar.
Sədr - Söz Heybətqulu Məhəmmədbəyovundur.
Heybətqulu - (İttihad)
Burada keçmiş natiqlər söylədilər ki, şəhərin
varidatı məsələsində guya bələdiyyə
idarəsi iqdamatda bulunmuyor. Necə ki məlumdur,
Bakı bələdiyyəsi köhnə qanun ilə
varidatı alıyor. Burada dedilər ki, ərzaq
naziri pobudni zbor alır, bu pulu nədənsə bələdiyyə
almıyor. Əgər makulat nəzarəti
böylə şey edibsə, o, öz tərəfindən
edibdir. Son zamanlarda bu həqq şəhərdə
idi. Keçən ildən isə ərzaq
nəzarəti əlinə almışdır. Şimdi gərək yeni bir qanun olsun ki, əvvəlkiləri
bələdiyyə idarəsi öz əlinə alsın.
Bu qanunu da şəhər özü verə
bilməz. Bunu gərək qabaqda olan Milli Məclis
edə idi, ya gərək indiki parlaman etsin. Bələdiyyə
necə ola bilər ki,
xuddaravərdə gedib pul istəsin. Buyurdular
ticarətxanələrdə xərc alınmayıb. Bu xüsusda ərz edərəm ki, bələdiyyə
idarəsinin ixtiyarı yoxdur ki, yeni xərclər qoysun, necə
ki məlumdur promıslovı naloq hökumətin xüsusi
varidatıdır. Bələdiyyə
böylə işlərə qarışmaz. Geridə qaldı traktirni məsələ. Bunu
da ümum üçün deyə bilərəm ki, 1919-cu il üçün yalnız kazinodan 280 min naloq
alınır, həmçinin metropol və qeyriləri var.
Bələdiyyənin əsl
daxodu isə dəhyekdir ki, bu da evlərin mədaxilindən alınır. Keçmiş
Kerenski hökuməti müvəqqəti qanun verərək o
(dəhyeki) birə iki artırıb (dəhyek) əvəzinə
imdi igirmi prosent alınır, bu vergiləri artırmağa
şəhərin qanunən ixtiyarı yoxdur. Necə ki müvəqqəti qanuna görə rəsmən
o xərcləri də kiralərə artıra bilməzlər,
öz aralarında nə cür artırarlarsa, o başqa məsələdir.
Burada şəhərin topraq məsələsidən
də bəhs olundu. Bilirsiniz ki, bu topraq məsələsi
cəncəlli bir məsələdir. Əksəriyyət
ilə bu topraqlar füqərayi-kasıbların əlindədir.
Onun da icarəsini birə on və ya igirmi dəfə
artmağı bələdiyyə edə bilməz. Əvvəla bu bələdiyyəyə yaraşan
şey degil, ikincisi qeyri-mümkündür. Ola bilər 2, 3, 4 dəfə artırılsın,
bununla da varidat bir, ya bir yarım milyon artar ki, bu da 40 milyon məxaricə
təfavüt etməz. Və bir də diyorlar
ki, yer məsələsi var. Diyorlar şəhər ondan 2
milyon mədaxil edə bilər. Onu da deyə
bilərəm ki, Çəmbərə kəndində bu yerdən
igirmi altı uçastok var. Əgər bələdiyyə bu
yerdə oturanlara kupçı versə, bir milyon mədaxil edər.
Bu bir milyonun da əvəzinə yarım milyonunu xərc edib haman yerdə bir para küçələrin
açılması üçün lazım olan yerləri
sökəcəkdir. Bu da mümkün degil, hərgah
şəhər istəyə ki, mədaxil və məxarici bərabər
etsin, gərək məxarici əksiltsin. Şəhər
bu saat 2000-ə qədər xəstə saxlıyor, onları
qovmaq olmaz. Nə qədər məktəbləri
var. Məktəblərdə şagirdləri var, bu məktəbləri
bağlaya bilməz. Məxaricləri də
əksiltmək olmaz. Ən az məvacib
də alan bələdiyyə qulluqçularıdır. Süpürgəçilər və sairləri 500-dən
artıq məvacib ala bilmiyor.
Bir də söylüyorlar
ki, Duma demokratik üsul ilə seçilsin. Bu da bələdiyyənin
öz vəzifəsi olmayıb, parlamanın hüququdur.
Parlaman bu işi yapar, hökumətə verər.
Hökumət də bu barədə bələdiyyəyə
təbliğat ilə layihə hökmünü icra etdirər.
Təklif edirəm layihə qəbul olunsun.
Nə qədər çox vəqt verilsə, bələdiyyə
öz işlərini yaxşı apara bilər. Hərçənd
4 milyon ilə iş düzəlməz. Bir də
deyirlər bələdiyyənin indiki zamanda ən
böyük mədaxil pulu sudur. Bu da
budkalardan vedrəsi cəmaətə 3 qəpikdən
buraxılır. Deməli, hər bir
budkadan gündə 45 manatlıq su barıxılır. Su buraxan xidmətçilərin məvacibi isə
gündə 35 manatdır. Bələdiyyə
idarəsi suyun da qiymətini artıra bilməz. Edə bilməz ki, cəmaətə 10 qəpikdən
vedrəsi su versin. Bir də evlərdə
5, 6, 7 qəpik artırmaqla şəhərin mədaxilinə
heç bir şey olmaz. Şəhərin
mədaxil yolları qeyri olaraq tapsın və bu mədaxili
artırmaq üçün hökumət bələdiyyə
idarəsinə yeni qanunlar tənzim edilərək ixtiyar
versin.
Sədr - Söz Soltan Məcid Qənizadənindir.
Qənizadə - (İttihad)
Mətləb burada şəhərə borc vermək
xüsusundadır ki, şəhərə 4 milyon verilsin, ya
yox? Şəhərin işi çətindir. Bu məsələ ətrafında
danışılan sözlərin bir çoxu yersizdir. Burada bələdiyyə idarəsinin demokratik
üsulunda olub-olmaması barəsində danışdılar.
Ona qarşı deyərdim ki, əlbəttə
bizim bələdiyyə idarəmiz demokratiçeskidir. Çünki demokratik əsası ilə
seçilibdir. Hökumətimiz
cümhuri-demokratik olduğundan bələdiyyə idarəsi də
demokratik olmalıdır. Əgər degilsə
də, parlaman qaidə və qanun qoymalıdır ki, öylə
də olsun.
Qaldı ki, diyorlar guya şəhər bir şikəst
olub alacağını qaytara bilməyəcək, ona ianə
verək. Bu doğru degildir. Çünki şəhər həyatı bu saat təbii
yolundan çıxmışdır. Şəhər
qeyri vəqtdə ki özünü dolandırırdı,
imdi dolandıra bilmir. Bu hal həmişəlik
degildir. Şəhərin imdiki halı xəstə
bir cismə oxşar ki, sağ olarkən özünü
dolandıra bilirdi, amma imdi xəstə olduğundan müvəqqəti
özünü dolandıra bilmir və müavinətə
möhtacdır. Fəqət o xəstəyə
çörək lazım olduğu kimi şəhər idarəsinə
də əmələ həqqi, məktəb, xəstəxanə,
su və qeyri cəmaətin ehtiyacını rəf edən
idarələr üçün məvacib verməgə para
lazımdır. Bələdiyyə idarəsi
bu paraları Bakı və Bakı ətrafında olan əhali
üçün sərf edir. Bakı bələdiyyəsi,
Gəncə bələdiyyəsi bunları biz hökumətdən
ayrı bir şey hesab edə bilmərik. Bunlar
hamısı səltənin bir parçasıdır. Ələlxüsus Bakı bələdiyyəsi,
şəhər idarəsi saxladığı məktəb və
xəstəxanə və qeyrilər səltənətin
özünündür. Hərgah biz bələdiyyə
idarəsinə pul verməyib, bizim işimiz degil, deyərsək
bələdiyyə idarəsi də deyər ki, mədaxil
olmadığından məktəbləri və xəstəxanələri
və qeyriləri bağlıyoram. Onda
hökumətin özünün borcudur ki, bağlanmış
məktəb və xəstəxanələri açsın,
su yoxsa gətirsin. Və qeyrə.
Madam ki, şəhər idarəsi
özü bu barədə çalışmaq istiyor və
onun üçün də müvəqqəti müavinət
diliyor. Biz bunun qabağında təşəkkür
etməliyik. Ayrı söz ola bilməz.
Hər halda hökumətin borcudur ki, bələdiyyə idarəsinə kömək etsin. Hətta istibdad hökuməti də bu xoşbəxt şəhərə kömək ediyordu. Bələdiyyə idarəsi 4 milyon ki, müvəqqəti borc istiyor, burada ayrı mübahisə lazım degildir. Təşəkkür ilə bu borcu verməliyik. Nəinki faizsiz, bəlkə ianə surətində verməlidir. Bu qədər neft və ticarət sərvətinə malik olan şəhər idarəsinə özünü düzəldənə qədər arxayın olub borc verməmək olmaz. Bu borc gərək verilə və heç şərt zad lazım degildir.
Sədr - Təklif var ki, məsələyə etiraz olmadığından müzakirat qət olunub səsə qoyulsun. Bu barədə 4 təklif var, etiraz yoxsa axırıncı söz məruzəçiyə verilib sonra səsə qoyulsun. Buna etiraz yoxsa, qəbul olunur. Axırıncı söz məruzəçiyə verilir.
Yenə var.
“Azərbaycan”, 4 mart 1919, ¹128
Sədəmə - toqquşma
Xuddar - ehtiyatlı
Avərd - gətirən, vuruş
Dəhyek - onda bir
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev
elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
525-ci qəzet.- 2017.-11 fevral.- S.21.