Bu oda yandıqca
Dünya şöhrətli alimimiz, dostum Rafiq Əliyevə
Qeybin bir payıdır əsl məhəbbət
Bütün kainatın nurundan gəlir.
Mələklər də ona eyləyir heyrət,
Ancaq saf qəlblərdə dinir, yüksəlir.
Burda bir hikmət var, sirri bilən yox
Çox vaxt nakam olur, tez
gedir biri.
Gözdən yox olsa da, qəlbdə
daha çox
Boy verir, nur verir onun yox yeri.
Gedənin yerində nur qalır,
kövrək
Qalanı kökləyir
müqəddəsliyə.
O nur şölə verir, canlıtək,
titrək
Duatək qarışır
bu yerə, göyə.
Əsl məhəbbətin məqamı
uca
Insanlıq baş əyir bu
ülviyyətə.
Daima bu oda belə yandıqca
Daha da layiqsən sonsuz
hörmətə.
Bilmədim ki...
Mən də keçdim yer
üzündən
amma kiməm?
bilmədim ki....
nə sirr imiş axı həyat,
bütün
aləm?
bilmədim ki...
çox sirdə getdim dərinə,
can atdım, sonu görünə...
alimlərin hər birinə
ta nə deyəm?
bilmədim ki...
hər mənada neçə məna,
hər məna çəkdi bir
yana
düşdülər hey dondan-dona
mən nə geyim?
bilmədim ki...
kainata mehrab eşqdi?
çox vaxt məndən uzaq
düşdü...
qəlbim
nuruyla görüşdü...
günüm, ayım?
bilmədim ki...
bu eşqdən o yana nə var?
sirlə dolu
qaranlıqlar...
Allah hökmü sonsuzluqlar
yerəm, göyəm?
bilmədim ki....
bildiyim bilirsən nədi?
-hər qəlb ahəngə təşnədi...
hələ yer üzü bilmədi?
bildim bəyəm?
bilmədim ki....
Qalx, qalx oğlum!
...indi bir dərs
otağındayıq...
mən müəllim, sən tələbə....
ürəyim ağrıyır ,
kədər, qəm döyür məni
hər dəfə
baxdıqca sən tərəfə....
...hər doğulan körpə
bir yeni ümididir
ananın, atanın...vətənin...
niyə belə tənbəlsən,
məğmun gündəsən oğlum?
içində qımıl-qımıl dinən
işığın
nurunu kim tapdadı?
kim bu günə qoydu səni?
səni kim vurdu oğul?...
toparlan, qalx oğlum
vətənə çox lazımsan,
anana, atana çox lazımsan.
gözəllər içində bir gözəl
axtar...
qəlbində
qeyrətli, qüdrətli
bir igidə həsrəti
yatana çox lazımsan....
toparlan, qalx oğlum,
kül altından köz
çıxantək
özünü çıxar indiyədək
başına gələn bəlaların
içindən...
qalx!
qorxma!
sən işığa getdikcə,
işıq da sənə gələcək,
oğlum...
Tonqal
Su tökülüb
söndürülüb bu tonqal...
Kösöylərin
tüstüsü
taleyindən
küsülü...
Arada közlər var sönmək istəmir,
Hamısı bəmbəyaz
külə bükülü.
H ansı sevda ilə
bu alov axı
Gülü, gülüzarı oda
tutmuşdu?...
Gözləyən yox idi, onu bu
vaxtı,
Niyə tale onu, bura
atmışdı?
Şamtək ilk şöləsi boy
verən vədə
Bir çiçək də onu çiçək
bilirdi,
Hərdən zarafatla gələrək
hədə
Odu oda yaxıb naz da edirdi...
Alov dilimləri qalxdı, boy verdi
Ləçəkləri qarsdı zərif
çiçəyin...
Qorxuyla, təlaşla üz-üzə
durdu
Gördü ki, od
alır teli, birçəyi...
İlahi çiçəkdi, adi
deyildi
Göylərin hökmüylə sular töküldü,
Div kimi heybətlə qalxan
tonqalın
Bir anda şux qəddi
sındı, büküldü.
Vədəsində
Nə gözəl gəlmisən
ömrümə mənim?!
sanki bir pöhrəsən yaz vədəsində...
ögeylik ömrümə olmuşdu
qənim
yaxşı ki, gəldin sən öz vədəsində.
xəyallara gedib, duruxma belə,
üstünə nur yağır, karıxma
belə,
bu qəfil sevgidən qarıxma belə
Allah qismət edir, düz vədəsində.
sən haqqa aşiqisən, mən sən
lələ,
sübhdə bal arısı qonmaz hər
gülə.
üzündən birçəyi tez ol, dəstələ
dön mənə gülümsə
tez, vədəsində.
Zarafat şeiri
Səhv etdim çatıldı
qaşı,
əlində var tapancası
lüləni tutdu üzümə
durub baxdım naşı-naşı.
Güllələdi, güllələdi
Tamam qanıma bələdi
Sonra şirin təbəssümlə
Yarama məlhəm elədi.
Ah! qəlbim bunu
bilmirmiş...
Yar yarası şirin imiş!
Qurşunlar naz qəmzə ilə
Gör sinəmi necə
deşmiş?!
Allah versin insafını!
Yazıq yuyur günahımı...
Düşüb ölsəm əzizləsin
Hər ağrımı, hər
ahımı....
Yağış,
bəlkə sən, mənsən?
Xəbərin varmı
yağış
Səni sevən kimdi, kim?
Özü bir nur
yağışı
Mənim qəlbimə hakim.
O sənin vurğunundu
Mənsə onun vurğunu.
Yağış kim
qurub belə
Bu ilahi qurğunu?
Bəlkə mən
yağış olum?
Bir dəfə də sən,
mən ol.
İndi o uzaqdadı
Həsrətə tapaq bir
yol.
Bir narın yağış olub
Oxşasam onu doğma.
Bəlkə bir nur yayılar
Ruhuna lap dop-doğma?
Yağış, bəlkə sən
onun
Ayrılıq həsrətisən?
Indi bu ilahiliklə
Mənə nəsə deyirsən...
Ümidimə yağ,
yağış
Ümidim pöhrələsin.
Qəlbinə güman
düşsün,
Eşqimlə cilvələnsin.
Yağış, bəlkə də
elə
Sən elə mən özümsən?...
Yarın uzaqda deyə
Sən yazıq da dözmürsən...
Bu nə dəlilikdi?..
Ay məni yer üzündə
qəmzəsi xoş olan hər
yaranmışa,
çiçəyə,
böcəyə belə...
qısqanan zalım,
bu nə dəlilikdi,
qadanı alım!
mənim hər yanımda sənin
nurun var...
o nurun önündə,
qısqandıqların
günəşin önündə yoxa çıxan qar.
hətta yuxuda da
ruhumda ruhun,
gülsəm təbəssümüm,
ahımda ahın...
dünyada deyiləm, eşq aləmində
nur dolu üfüqdən qalxır
sabahım.
sənin sədaqətin keçilməz
səddim,
onun hər şöləsi bir məlakədi.
sənə etibarsız olsa bir anım
insanlıq adına yaman, ləkədi...
baxışın aləmə yaraşıq
verir,
sanki yaylım-yaylım nur səpələyir,
səni bircə anlıq nigaran etsəm
qəlbim döyür məni, məğmun
eyləyir...
səninlə ömrümə
yaraşıq gəlib,
səninlə bu aləm dindirir məni,
mənə etibarın olmayan vədə
həyat gözdən
düşür, öldürür məni....
mənim hər yanımda sənin
nurun var...
o nurun önündə,
qısqandıqların
günəşin önündə yoxa çıxan qar.
Özünü
danlama
Ovçuda qaydadır vurar
şikarı,
Vurduğun o ovun halın sor barı.
Gəl gör, qanı axır,
düşüb qalıbdı
Üstünə tökülür tənhalıq
qarı...
Oxu sən atmadın, günah
kamanın,
Ox dəydi, qəlbimin kəsdi
amanın.
Özünü danlama, bir işdi
oldu,
Bilirəm əlaca yoxdu
gümanın.
Fani yer üzünün belə
tövrü var,
Kim kimə ovçudu, kim
kimə şikar...
Sənə qurban olmaq bir uca məqam
Şikayət etməm ki, bu
günah olar.
O körpələr
Bizim eşqimizdən
gözləri qara, işıqlı
gözəl körpələr
doğulmalıydı...
amma
kədərli şeirlər doğuldu...
sevgidən doğulan körpələr
nurdan doğulur,
nur yayır dünya üzünə....
o körpələrin səsinə həsrət
qəlbim
gümandadı, səsdədi...
yaşım da ki, yaşın kimi
ürək açan deyil,
yol
üstədi...
Aşiq olmaq xətamı?
Özünü elçi saldım sənin
öz qəlbinə mən,
Bir xoş xəbərin olsa,
qurbanam sənə həmən.
Səni göndərdim ona ilahi təmənnaya,
Getdinmi,
danışdınmı? Məni aldımı sayə?
İncimə, inanmıram demisən
dediyimi,
İndi o bilir məgər,
atəşə girdiyimi?
Üzündə bu nur varsa, qəlbin
bir nur aləmi
Qəlbində sirli tellər oda salıb sinəmi.
Ey Xətaiyə aşiq! Aşiq olmaq xətamı?
Qəmzənlə al canımı, əfv
elə bu xətamı...
Yer üzünə gələli,
mən sənə yol gəlirəm.
Bu Əhməd kimdi axı, bəyəm
özüm bilirəm?
Dünən
Dünən apardın məni, ərşin
eşq zirvəsinə
Şahım günah
yazdımı bu qafil köləsinə?
Yeddi gözəl nurundan boy verdi şahım özü
Nədən bu gəlib
düşdü dövrün bu vədəsinə?
Hər yandan şeir yağır,
nə sirli bir yağmurdu
Hər misra heyran qalıb
şahımın cilvəsinə.
Göy səmada ağ
bulud - şəfəqlərə nazlanan
Orda nəğmən
qarışıb mələklərin səsinə.
Şəfəqtək axma belə,
baxma belə, yıxma belə...
Qorxur ki düşə Əhməd
sözünün tənəsinə...
Elçi
Nuruna nurum aşiq, nurumun elçisiyəm,
Qarşında nə gündəyəm?!
Bilmirəm ki, nə deyəm...
Ey ilahi, hüsni mələk,
yaraşıqsan dünyaya
Bir söz də tapammıram,
qəlbimdə ah-vaydayam.
Bir gözəl pəri kimi,
qızılgüldən də gözəl
Ürəyim də gəlməz
ki, bu sirri-sehrə qıyam.
Başının üstündəki
sabahını dindirdim,
Sən də bir dindir məni,
görmürsən nə haldayam?
Heyran qəlbimin nuru, nurunla bir səmada
Bax hələ hər tərəfə,
hardasansa ordayam.
Ağ buludlar üstündə
şəfəqlər gör nə deyir?
Bir dinlə qəlbini sən,
görmürs ən mən hardayam?
Hərdən inciyib Əhməddən,
sən onu dara çəkmə
Onsuz da pərişanam,
ümidləri dardayam.
Əhməd
QƏŞƏMOĞLU
525-ci qəzet.- 2017.-
11 fevral.- S.23.