Musiqili Teatrda “Mənim günahım”ın premyerası olub

 

Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas ƏfəndiyevinMənim günahımpyesi dünya şöhrətli bəstəkar Qara Qarayevin ölməz musiqiləri əsasında hazırlanan tamaşanın premyerası olub.

AZƏRTAC xəbər verir ki, tamaşanın premyerasından əvvəl Xalq yazıçısı Elçin Əfəndiyev jurnalistlərə bildirib ki, İlyas ƏfəndiyevinMənim günahımpyesi ötən əsrin 80-ci illərinin əvvəllərində yazılıb. O vaxtdan sonra bu pyes bir çox teatrlarda tamaşaya qoyulub. Amma bugünkü bu tamaşa çox fərqli olmalıdır. Doğrusunu deyim ki, mən hələ bu tamaşanı görməmişəm. Amma bildiyim hiss elədiyim dərəcədə çox fərqli olmalıdır. Yəni söhbət ondan gedir ki, “Mənim günahımdramatik bir əsərdir, dram teatrları üçün yazılmış bir əsərdir. Amma onu bu gün Musiqili Teatr tamaşaya qoyur burda bu tamaşada bütün personajlar iştirak etmir. Əsərdən iki baş qəhrəmanı seçiblər bir balerinanı. Balerinanı ona görə seçiblər ki, baş qəhrəman özü peşəsi etibarı ilə balerinadır. İki baş qəhrəman, bir balerina bir dahi bəstəkar Qara Qarayevin musiqisi. Böyük bir maraqla baxacağam. Ona görə yox ki, İlyas Əfəndiyevin əsəridir. Yeni bir söz olduğuna görə. Ümid edirəm ki, hamımızın xoşuna gələcək. Yaxşı bir tamaşa olsa İlyas Əfəndiyevin , Qara Qarayevin ruhu şad olacaq. Qara Qarayevlə İlyas Əfəndiyevin çox isti münasibətləri var idi. Onları mənəvi tellər bir-birinə bağlayırdı”, - deyə Xalq yazıçısı vurğulayıb.

Sonra səhnə əsəri təqdim edilib.

Layihənin ideya müəllifi bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevdir. Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır.

Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. Səhnə əsərində Qara QarayevinYeddi gözəlbaletindən digər əbədiyaşar musiqilərindən istifadə olunması İlyas Əfəndiyevin məşhur lirik-psixoloji dramının tamaşaçılara fərqli rakursdan təqdim edilməsində xüsusi rol oynayır. Tamaşanın bədii tərtibatında müasir texniki üsullardan, çağdaş texnoloji vasitələrdən istifadə edilib.

Əsər sənətini sevən, bütün varlığı ilə sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir. Nurcahan balerinadır. Yaşlandıqca səhnə üçün gərəksiz olur. Amma o bunu həzm edə bilmir. Çünki hadisələr elə bir formada cərəyan edir ki, Nurcahan nəinki səhnəni, həm sevimli əri Sahibi itirə bilər. Əslində, Sahib onu məhz səhnədə bəyənib, ilk növbədə sənətkar kimi sevib. İndi isə elə bir məqam yetişib ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm Sahibin ürəyinə sahiblənməkdədir...

Səhnə əsərində rolları Xalq artisti Şükufə Yusupova, Əməkdar artist İlham Hüseynov balet artisti Cəlalə Novruzlu ifa edirlər.

Tamaşanın dirijoru Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayevadır. Yeni quruluşda təqdim edilən tamaşa böyük maraqla qarşılanıb.

 

525-ci qəzet.- 2017.-11 fevral.- S.13.