“İçəri
şəhər” Hindistandakı
festivallarda göstərilib
“İçəri şəhər” bədii filmi Hindistanın 9-cu “Benqaluru” Beynəlxalq Film Festivalında nümayiş
etdirilib.
Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasından
AZƏRTAC-a bildirilib ki,
film festivalın “Dünya
kinosu” proqramında iştirak edib. Filmin nümayişləri Benqaluru
və Maysur şəhərlərində keçirilib.
Ekran əsəri, həmçinin
Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalına
dəvət alıb.
Qeyd edək ki, “İçəri şəhər” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
lentə alınıb.
Psixoloji dram janrında lentə
alınan filmin ideya
müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı
Bütünay Haqverdiyev,
icraçı prodüseri Ülvi
Qasımov, prodüseri Müşfiq
Hətəmovdur. Filmdə baş
rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri
canlandırıblar.
525-ci qəzet.-
2017.-11 fevral.- S.14.