YARAT”da interyer dizaynı haqqında mühazirələr

 

 “YARAT” Müasir İncəsənət Mərkəzindəİnteryer dizaynında dünya tendensiyaları. Maison & Objet-2017 sərgisinin nəticələrimövzusunda mühazirələr dinlənilib.

AZƏRTAC xəbər verir ki, “YARAT FreeStylelayihəsi çərçivəsində gerçəkləşən mühazirələrdə interyer dizaynın qlobal tendensiyaları, o cümlədən, Parisdə keçirilənMaison & Objet-2017” sərgisi haqqında məruzələr dinlənilib.

Tanınmış ukraynalı dizayner Viktoriya Yakuşanın rəhbərliyi ilə reallaşan mühazirələrdə mövcud rəng işıq nüansları, dekor material seçimində diqqət yetirilməli vacib məqamlar, habelə dekor-material uyğunluğundan danışılıb.

Həmçinin mühazirədə ekoloji interyer, təbii materiallardan istifadə, habelə müasir dövrün ən aktual tendensiyası - forma lakonikliyi faktura zənginliyi haqqında məlumatlar verilib.

Qeyd edək ki, Viktoriya Yakuşa dizayner memar olmaqla yanaşı, bir çox yaşayış evləri ictimai binalarda interyerlərin müəllifi, “Yakusha Design” studiyasının rəhbəridir. 2007-ci ildə təsis olunan studiyanın dizaynerlər komandası təkcə Ukrayna deyil, həm də xarici ölkələrdə onlarla uğurlu layihə üzərində çalışırlar. Viktoriyanın üslubu Avropa memarlıq və dizayn anlayışı üzərində qurulub və məhz bu səbəbdən müasir məkanların yaradılması ilə məşğul olur. Viktoriyanın başlıca yanaşması funksionallıq, lakoniklik və fərdilikdir. “Yakusha Design” studiyasının layihələri “İnterYear” və “Architectural Awardskimi nüfuzlu müsabiqələrdə ən yüksək yerlərə layiq görülüb və layihələrdən biri “Dünyanın 40 ən yaxşı evitoplusuna daxildir.

 

525-ci qəzet.- 2017.- 11 fevral.- S.12.