Qardaşxan
Əzizxanlı haqqında kitab nəşr
edildi
Şair, tədqiqatçı Qardaşxan Əzizxanlıya həsr olunmuş “Zaman üstü söz demək istəyi” adlı kitab işıq üzü görüb.
Bugünlərdə “Zəkioğlu” nəşriyyatında çıxan kitabda görkəmlı söz və sənət adamlarından Məmməd Araz, Söhrab Tahir, Xəlil Rza Ulutürk, Səyavuş Sərxanlı, Mövlud Süleymanlı, həmçinin xanəndə Alim Qasımov və başqalarının Qardaşxan Əzizxanlı haqqında məqalə və rəyləri toplanıb.
Nizaməddin Şəmsizadə, Abid Tahirli, Yaşar Məmmədli, Şaiqə Həmzəqızı və digər filoloq alimlərin Q.Əzizxanlı yaradıcılığı barədə təhlili yazıları da nəşrdə yer alıb.
Əjdər Ol, Paşa Qəlbinur, Əli Şirin Şükürlü, Günel Natiqin yığcam mülahizələri Q.Əzizxanlının şair kimliyinin görünməyən tərəflərini əks etdirmək baxımından önəmlidir.
Üz və arxa qabığında rəssam Gilan Dənizın əsərləri verilmiş kitabın tərtibçisi və redaktoru Nurlan Umuddur. "Zaman üstü söz demək istəyi" kitabının
cildində gedən
"Nizamidən tutmuş
Qardaşxanacan" deyimi
– misrası Xəlil Rza Ulutürkə məxsusdur.
MÜŞFİQ
525-ci qəzet.-
2017.- 15 fevral.- S.4.