Göygölansamblının rəsmi status almasından 40 il keçir

 

 Göygölmusiqi kollektivinin Dövlət Mahnı Rəqs Ansamblı status alaraq bu rəsmi adıyla fəaliyyətə başlamasının 40 illiyi tamam olur.

 Bu barədə Xan Şuşinski Fondunun rəhbəri, görkəmli muğam ustadının qızı Bəyimxanım Verdiyeva-Cavanşir özünün "Facebook" səhifəsində yazıb.

Onun qeydindən öyrənirik ki, həyat yoldaşı, o zaman hələ Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olan tarzən Fikrət Verdiyev 1969-cu ildə Gəncədə yerli istedadlardan ibarət bir ansamblı yaradıb.

Ansambla gözəl Gəncənin füsünkar, əfsanəvi incisi Göygölün adını verib. Bu kollektiv 8 il ictimai əsaslarla çox uğurla fəaliyyət göstərib. Nəhayət, hər zaman sənətə, sənətkara diqqət qayğıyla yanaşan Ulu öndər Heydər Əliyev ansamblın, şəxsən Fikrət Verdiyevin fəaliyyətini yüksək qiymətləndirərək bu barədə ayrıca sərəncam imzalayıb. Beləliklə, “Göygölansamblına Dövlət Mahnı Rəqs Aansamblı statusu verilib.

Təqdim etdiyimiz şəkillərin birincisi həmin təntənəli günlərdən xatirədir düz 40 il əvvəl - 1977 ci il fevralın 16 -da Gəncədə çəkilib.

 

CAVİD

 

525-ci qəzet.- 2017.- 16 fevral.- S.7.