Milli rəqslərimiz
İsveçdəki festivalda
təqdim olunub
İsveçrənin Bazel şəhərində on beş ölkənin mədəniyyət nümayəndələrinin iştirakı ilə “Birlikdə bayram edək” adlı beynəlxalq festival keçirilib. Festivalda İsveçrədəki səfirliyimizin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin də təqdimatı baş tutub.
Tədbir
zamanı İtaliyada yaşayan
azərbaycanlı xoreoqraf Mais
Nuriyevin rəhbərliyi altında fəaliyyət
göstərən qrup Azərbaycan milli rəqslərindən ibarət proqramla bir neçə dəfə
çıxış edib və bu çıxışlar
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanıb. 300-dən artıq qonağın iştirak etdiyi tədbir
çərçivəsində iştirakçılara Azərbaycan
şirniyyatlarından ibarət təamlar təqdim edilib.
525-ci qəzet.-
2017.- 16 fevral.- S.7.