Fikrət Əmirovun 95 illiyi qeyd edilib
Bakı Şəhər Mədəniyyət
və Turizm Baş
İdarəsinin 3 nömrəli uşaq
incəsənət məktəbində görkəmli Azərbaycan
bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı
Fikrət Əmirovun anadan olmasının
95 illiyinə həsr olunmuş tədbir keçirilib. Baş İdarədən
AZƏRTAC-a bildirilib ki,
tədbirdə bəstəkarın həyat və
yaradıcılığı haqqında geniş
məlumat verilib.
Bildirilib ki,
F.Əmirov zəngin yaradıcılığı ilə
musiqimizin inkişafında yeni mərhələ açıb,
əsərləri ilə dünya musiqisinə əvəzsiz
töhfələr verib. Onun yazdığı “Nizaminin xatirəsinə”
simfoniyası, “Şur” və “Kürd ovşarı” simfonik
muğamları və “Sevil” operası sənətkara
böyük şöhrət
qazandırıb. Azərbaycan muğamlarından bəhrələnmiş
Fikrət Əmirov bir sıra məşhur
mahnıların, dram tamaşalarına və
kinofilmlərə yazılmış musiqilərin müəllifidir.
Həyatının son illərində o, balet sənəti sahəsində
daha çox işləyib.
1973-cü ildə “Nəsimi dastanı” baletini,
1979-cu ildə isə Şərq nağılları motivləri
əsasında “Min bir
gecə” baletini yazıb. Bu
balet sənətkarın adını dillər
əzbəri edib. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri “Nizami”
baleti olub.
Sonra məktəbin
müəllim və şagirdləri maraqlı konsert
proqramı ilə çıxış ediblər. Tədbiri Fikrət
Əmirovun əsərlərinin səsləndirilməsi ilə
başa çatıb.
525-ci qəzet.- 2017.- 16 fevral.- S.7.