Bakı Xoreoqrafiya Akademiyasında
növbəti ustad dərsləri
Bakıda işgüzar səfərdə olan və Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində “Qıpçaq rəqsləri” bir pərdəli baletin səhnələşdirilməsi ilə məşğul olan Mixaylovsk Sankt-Peterburq Opera və Balet Teatrının xoreoqrafı, Rusiya Federasiyasının əməkdar artisti Sergey Moxnaçov Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri üçün ustad dərsləri keçib.
Ustad dərsində iştirak edən müəllim-tələbə heyəti klassik rəqsdə müasir meyllər və yeni üslublar barədə məlumat alıb və xoreoqrafın göstərdiyi bəzi rəqs elementlərini müşahidə ediblər.
Qeyd olunub ki,
dünya inkişaf etdikcə,
insanın hərəkət və ifadələri də transformasiyaya uğrayır. Bu transformasiyalar
mütləq şəkildə
rəqsdə də öz əksini tapır. Buna görə müasir rəqslərə
yeni nəfəs gətirmək üçün
ilk növbədə bütün
rəqslərin əsası
sayılan klassik rəqsi qoruyub saxlamaq, yaşatmaq, inkişaf etdirmək və hətta müvafiq prinsiplərə
uyğun olaraq zənginləşdirmək lazımdır.
Daha sonra qonağın Akademiyanın rəhbərliyi
ilə görüşündə
ustad dərsi barədə fikir mübadiləsi keçirilib,
xoreoqrafla gələcək
əməkdaşlıq barədə
müzakirələr aparılıb.
525-ci qəzet.- 2017.- 16 fevral.- S.7.