EŞQDƏ YUXU DA BİR, YUXUSUZLUQ DA...

 

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri ParmaksızınHəsrət, eşq sükutkitabıaybkitablayihəsi üzrə nəşr olunub.

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

 

EŞQDƏ YUXU DA BİR, YUXUSUZLUQ DA...

 

Mən bu dünyaya həsrət içində həsrət çəkməyə gəlmişəm.

Gecələr həmişə eyni...

Gecələr öz işini görür həsrətlə dağlayır hər nəfəsdə ürəyimi.

Sən ağlama, mənim yarım; sən ağlama. Mən sənin yerinə ağlayaram xarla; çünki sən ağlayarsansa, ürəyimə axar göz yaşların; məni yandırar göz yaşların.

Anladım ki, yanmaq aşiq üçün dərd deyil sonlu olan dünyada. Nəhayət, tamamilə qovuşmaq olduqdan sonra aşiqin çəkdiyini böyütməsinə gərək var ki?

Eşq, özündən sonra ancaq şükrə aşiq mənimlə yarışa bilər bilin ki, həsrət belə həsrətə ancaq mənim qədər aşiq olan bir könüllə həsrətə alışa bilər.

Ey canıma can qatan sevgili!

İçimdəki atəş yanğın elə böyük ki, bütün güllər al olan hər şey sanki qırmızılığını məndən alır.

Gözlərin; özünü sudan alan çiçəklər kimi hər dəm məndə açır səninlə şad olan könlüm cümlə aləmə eşq saçır.

Mən bu dünyaya həsrət içində həsrət çəkməyə gəlmişəm, Sevgili.

Vüsalına qovuşa bilmək mənim dərdim.

Həsrətinlə dünyada bu qədər xoşbəxt ikən belə məhşərdə vüsalını təsəvvür etməkdə çətinlik çəkir qəlbim. Ruhum sənə bəndə olduqdan sonra səndən başqasını arzu etməz diləməz oldu içim.

Eşqimin ətrafı xoşbəxtlik dinclik divarları ilə əhatəli. Xərci şükür təslimiyyət...

Divarlar üstündəki tikanlı tellər həsrət səbirlə hörülü. Eşq ölümsüzlüyü aşılasa da, ruhuma sonlu olanda məni yaşayan bir ölüyə çevirdi.

İçimdəki xoşbəxtlik əmin-amanlığın tərifi yox, Sevgili.

Sənə sevgimi eşqimi anladacaq söz, hal, tərif tapa bilmirəm inan.

Məhşər, o qədər çox böyüdü ki içimdə; ürəyim dünyaları içinə alır coşduqca coşur sənə.

Ruhumu eşqinlə, ömrümü ömrünlə görüşdürənə şükürlər olsun. Elə böyük ki yaşadığım, baxdığım hər şeydə əvvəl Rəbbimi, sonra səni göstərir mənə.

Şükürlərlə mənim olursan hər gecə mən məni aşaraq, məni öldürərək, varlığımı səndə əridərək sənə qaçıram həsrət gecələrdə heca-heca.

Gözləmək həsrət atəşdən daha yandırıcı olsa da, bunlar nədir bilirsənmi, sevgili? Gözləmək, vüsala nərdivan. Həsrət şükrü artıran bir hal.

Çətin olsa da, dözə bilmək; beləcə gözləmək gözəl, çünki ürəyim hər dəm ürəyinin içində böyüyərək səni gözləyir.

Vüsalına dair hər gecə içim, şükrüm sənin üçün yığdığım xəyallara hər gün yeni xəyallar əlavə edir.

Bax buna görə, sevgili.

Bax buna görə; gerçək eşqə çatanlar üçün eşqdə yuxu da bir; yuxusuzluq da.

Mutsuzluq iradəni yavaş-yavaş yıxandır,

İnsana həyat verən eşqlə dolaşan qandır.

Mutlu olmaq zor sanma sevdiyin varsa əgər

Hüznə düşən könlünü bir təbəssümlə qandır.

 

BİR PƏNCƏRƏNİN ARXASINDAN...

 

Şükrün bir digər adı, xoşbəxt sevincli yaşamaqdır.

Bir pəncərənin ardından dünyanı izləmək bu qədərmi gözəldir?

Bu pəncərədən hansı əfsunlu gözəl baxdı ki sehrini qoyub getdi; qoxusuna gülüşünə məni əsir etdi?

Şüşənin arxasından gördüyüm gözəlliklərdirmi məni məst edən, yoxsa onun gözləri ilə dünyaya baxmağımmı?

İndi anlayıram ki; bu günə qədər susuzluq çəkən yalnız könlüm dilim deyilmiş. Gözlər susarmış sonsuzluğa, lakin mən bundan bixəbərmişəm.

Bu şüşə yoxsa bir qapı, sonsuzluğa açılan bir pəncərəmi? Ya da məhşərin açarımı bu şüşə?

Dünya üqba gözəlliklərinə açılan bu şüşə harada deyə soruşmayın mənə? Sual edib durmayın maraqlı gözlərlə. Deyə bilmərəm çünki əfsun pozular yerini söyləsəm.

Bu zamana qədər istəmədən Rəbbim mənə qədər xoşbəxtliklər yaşatdı, lakin insanın şükürlə, duayla Xüdadan istədikləri baş verdikdə yaşadığı dinclik xoşbəxtliyin adını bilmirmişəm mən.

Təvəkkül səbirlə gözləmənin insana sonunda mütləq xoşbəxtlik verəcəyindən xəbərsizmişəm.

Hər şey bir vəsiləymiş əslində qədərə doğru yol alan. hər şey, hər söz qədərini yaşarmış zamanı gəlincə.

Bu dünyada nəsibdən betəri yoxmuş anladım; nəsibimizi axtarmaq arzulamaq duayla, ona yaxınlaşmaq üçün addım imiş dua.

Şükrün bir digər adı, xoşbəxt dinc yaşamaq.

Mən bu şüşənin o şüşəyə sahib olanın əsiriyəm indi. Bu əfsunlu şüşəyə sahib olan ürəyimə mənə sahib indi.

Bilirəm sizlər bəlkə , mənə Məcnuna dönmüşsünüz deyəcəksiniz, amma bir düşünün, kim belə bir şüşəyə, kim belə bir pəncərəyə sahib olmaq istəməz ki.

Özləm adlı süvari hüzünləri kuşanmış,

Göz yaşı tökdürdüyü hər aşiq ona şanmış.

Eşqi təzad sananlar haqlıymış , sevgilim,

Ölüb dirildiyim qucağındakı anmış.

 

ATƏŞİN, SUYUN VƏ GÖY QURŞAĞININ SAHİBİNƏ...

 

Nəfəsin səsdir mənə, səsin nəfəs.

Tətikləyər gecə düşüncələrimi; hüznün tətiyi düşər zülmətlə, içim yatmaz olur sevdayla.

Ağlım fikrim sərxoş gecədir; mən sərməstəm Leylayla. Böyük bir yanğın var içimdə. Sənə aidəm yar! Həm hər şəkildə.

Atəşin, suyun göy qurşağının sahibi yar!

Atəşin çöldən; suyun dənizdən, göy qurşağınsa qalu-bəladan mürəkkəb.

Yaradanın lütfü ilə sənə çatan könlüm çatanlar məclisinin nəzakətindən keçmiş, səninlə eşq şərabını içmiş bir halda.

Yalnız sənə çatmaqdır mənim dərdim; bil ki yar, mən səninlə hələ dünyadaykən sonsuzluğa çatdım.

Ey vüsalı müşkül, mənim üçünQızıl Alma” olan sevgili!

Könlümdəki ümidim hər nəfəsdə dördnala qaçaraq sənin eşq yellərinə yetişmək üçün çalışmaqdadır.

Məni qoxunla diyar-diyar gəzdirsən , vüsalına dair qurduğum xəyallar dua çiçəyi olaraq ərşi aləminə yüksəlməkdə. Səninlə qəlbim, ömrüm ruhum şükür dənizində qulac-qulac sonsuzluğuna üzməkdə.

Əllərim hər duaya qalxdığında Mövladan diləyimsən. Göz qapaqlarının hər açılıb bağlandığında Xudadan istəyimsən.

Şükürlə səbirlə eşqin daşlı yollarında sənə doğru gedərkən Əl-Vəkil olanı vəkil qıldım eşqimə. Qeyri-mümkünü olmayanı şahid qıldım sevdama.

Nəfəsin səsdir mənə, səsin nəfəs. Mən sənin səsinin səssizliyinə aşiqəm, yarım! Susmaqlarına da vurğunam sənin, çünki mən Rəbbimdən sonra yalnız səninəm.

Bir can; canı, cananı bildiyi üçün ancaq titrəyər.

Bir canan; ancaq özünə can, ömrünə sonsuzluğuna yar olacaq olanı istər.

Canımın canı bildim; cananımı canın içindəki mən olan can bildim; mən ümidsizliyi, yarım, yalnız səninlə sildim.

Ey əlləri qalu-bəla qoxuyan!

Ey gözləri qəmər-qəmər eşqlə baxan!

Ey sözləri atəş, gülüşü məhşər olan! Mən məftunam sənə; mübtəlayam eşqinə. Bağlıyam, bağlanmışam ürəyinə. Mən aşiqəm sənə, Rəbbimdən sonrakı sahibimə.

Sözümsən, ürəyimdəki özümsən. And yerimsən, əlimsən.

Eşqiylə göylərə yüksəldiyimsən. Səcdələrimdə yalvarış; səcdəgahımda duamsan.

Yolsan, yapışdığım budaqsan mənə. Məndə hər şey, amma hər şey Rəbbimdən sonra yalnız səndə.

 

Məni çözmək istərsən, gözlərdən süzülərəm,

Bəzən göz yaşım axmaz, könüldən üzülərəm.

Mən bir pətəyəm, yarım, içimdəki bal başqa,

Həsrət adlı pətəyin özündən süzülərəm.

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2017.- 18 fevral.- S. 19.