Musiqili Teatr beynəlxalq festivala dəvət alıb
Azərbaycan Dövlət Musiqili Teatrı daha bir beynəlxalq festivala dəvət olunub.
Teatrın mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
söhbət Türkiyədə
təşkil olunan
18-ci Trabzon Beynəlxalq Qara
dəniz Teatr Festivalından gedir. Hər il bir sıra ölkələrin
nüfuzlu teatrlarının
iştirak etdiyi bu festival mayın 2-dən
15-dək Trabzon şəhərində keçiriləcək. Festivalın əsası
2000-ci ildə Türkiyə
Dövlət Teatrları
Baş İdarəsi tərəfindən qoyulub.
“18-ci Trabzon Beynəlxalq
Qara dəniz Teatr Festivalına dəvət edilməyimiz bizim üçün çox xoş oldu. Söhbət Almaniya,
Ukrayna, Yunanıstan, Rusiya, İran, Gürcüstan, Fransa,
Moldova, Çin, Sloveniya,
Makedoniya, Serbiya və digər ölkələrin teatrlarının
qatıldığı nüfuzlu
bir festivaldan gedir. Xalqlar, millətlər, dövlətlər arasında
sülh, dostluq və qardaşlığın
təbliği məqsədilə
keçirilən festival zəngin
proqrama malikdir.
Belə ki, festival çərçivəsində müxtəlif tədbirlər - həmrəyliyin nümayişi olaraq iştirakçıların şəhərdə yürüşü, dünyanın məşhur rejissor və dramaturqları ilə görüşlər, ustad dərsləri, konfranslar, sərgilər təşkil edilir.
Azərbaycanı
bu nüfuzlu festivalda təmsil etmək bizdə qürur doğurur.
İnanıram ki, 18-ci Trabzon
Beynəlxalq Qara dəniz Teatr
Festivalında ölkəmizi layiqincə təmsil edəcəyik”,
- deyə Azərbaycan Dövlət Musiqili
Teatrının direktoru Əliqismət Lalayev bildirib.
525-ci qəzet.-
2017.- 18 fevral.- S.13.