Milli Dram Teatrı
“Vəsiyyət”i Biləsuvarda
göstərib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti Biləsuvarda yazıçı-dramaturq
Hüseynbala Mirələmovun
“Axirətdən gələn
zəng” pyesi əsasında səhnələşdirilən
“Vəsiyyət” tamaşası
ilə çıxış
edib.
AZƏRTAC xəbər
verir ki, səhnə əsəri biləsuvarlı tamaşaçılar
tərəfindən böyük
maraqla qarşılanıb.
İkihissəli qara komediyanın quruluşçu
rejissoru Əməkdar
Artist Firudin Məhərrəmov,
rejissoru Əlif Cahangirli, quruluşçu
rəssamı Xalq Rəssamı, Nazim Bəykişiyev, musiqi tərtibatçısı isə
Kamil İsmayılovdur.
Dilbər İsmayılova
və Vüqar Məmmədovun idarə etdiyi tamaşada obrazları Əməkdar artistlər Abbas Qəhrəmanov, Münəvvər
Əliyeva, Almaz Amanova, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, aktyorlar Rövşən Kərimduxt,
Rüstəm Rüstəmov,
Ləman İmanova, Sevinc Əliyeva, Elçin Əfəndi və başqaları canlandırıb. Səhnə əsərinin
Cəlilabad və Astara rayonlarında nümayişi də nəzərdə tutulur.
Qeyd edək ki, Dövran
adlı zəngin şəxsin yaxınlarına
vəsiyyəti əsasında
qurulan tamaşa insanlar arasında var-dövlət hərisliyini,
mənəvi eybəcərliyi
kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.
525-ci qəzet.- 2017.- 18 fevral.- S.12.