Şuşa
Teatrında Xocalı soyqırımı
haqqında kompozisiya
Qarabağ mədəniyyətinin
canlı yadigarı olan Şuşa Dövlət Musiqili Dram
Teatrının yaradıcı heyəti hazırda Xocalı
soyqırımının 25–ci ildönümü ilə əlaqədar
“Xocalım, ay Xocalım...” adlı ədəbi–bədii
kompozisiya üzərində işləyir.
Teatrın mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, kompozisiyanın quruluşçu
rejissoru Lalə Şirinova, quruluşçu rəssamı
Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim
Feyzullayevdir.
Ədəbi–bədii kompozisiyada Əməkdar
Artist Şükufə Musayeva, Teymur Məmmədov, Mətanət
Eres, Nazir Rüstəmov, Vüsalə Məmmədzadə, Məmməd
Məmmədov, Ruhiyyə Həsənova, Rasəf Mehdiyev
iştirak edir.
Kompozisiyanın
hazırlanmasında bəstəkarlar Qara Qarayev, Hacı Xanməmmədov,
Polad Bülbüloğlu, Faiq Sücəddinovun musiqiləri ilə
yanaşı, həmçinin tanınmış və
istedadlı şairlərin şeirlərindən də istifadə
olunub.
525-ci qəzet.-
2017.- 18 fevral.- S.12.