IV Beynəlxalq multikulturalizm məktəbinin
iştirakçıları Oğuzda
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 17-də fəaliyyətini davam etdirib.
Mərkəzdən 525.az-a verilən məlumata görə, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının katibi keşiş Mefodiy və Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgə qazisi Hacı Kamran Məmmədovun da iştirak etdiyi toplantıda Portuqaliyanın Lusofona Universitetinin Dinşünaslıq Departamentinin müdiri professor Paulo Pintonun “Dinlərarası dialoq” və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri Nicat Məmmədlinin “Azərbaycandakı dini müxtəliflik” mövzusunda mühazirələri dinlənilib.
Mühazirədə Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığı
diqqətə çatdırılıb: “Azərbaycan ərazisində dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcuddur.
Qədim azərbaycanlılar
arasında əcdadların
ruhlarına, qayalara, ağaclara, müxtəlif
təbiət hadisələrinə
və xüsusən də səma cisimlərinə pərəstiş
güclü olub. Atəşpərəstlik də bu təsəvvürlərlə
bağlı inanclar zəminində meydana çıxıb. Oda pərəstiş,
xüsusilə, Cənubi
Azərbaycanda geniş
vüsət almışdı.
Novruz bayramı ilə günümüzədək
gəlib çatan od ayin və mərasimləri Azərbaycanda Atəşpərəstliyin
güclü ənənələri
olduğunu göstərir.
Atəşpərəstlərin məbədi "Atəşgah" adlanır.
Azərbaycan ərazisində Atropatenanın
dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgahlar olub.
Suraxanıdakı atəşgah Hindistandan
gələn atəşpərəstlərə
xidmət üçün
18-ci əsrdə tikilib.
Qafqaz Albaniyasında Atəşpərəstlik
Xristianlıq tərəfindən
təqibə məruz
qalsa da, mövcudluğunu qoruyub saxlaya bilib.
Azərbaycanda geniş yayılmış
dinlərdən biri də Zərdüştilik
olub. Zərdüştilik vəhy dinlərinin
ən qədimi hesab olunur. Qədim yunan və orta
əsr müsəlman
tarixçiləri, həmçinin
bir çox sonrakı tədqiqatçılar
Azərbaycanı Zərdüştiliyin
vətəni hesab edirlər.
Azərbaycan tarixində özünəməxsus
yeri olan dinlərdən biri də İudaizmdir. Ölkəmizdə
üç yəhudi icması mövcuddur: dağ yəhudiləri, Avropa yəhudiləri (aşkenazilər) və Gürcüstan yəhudiləri.
Bunlardan ən qədimi dağ yəhudiləri sayılır. Məlumata görə,
dağ yəhudiləri
buraya Sasani hökmdarı I Xosrov Nuşirəvan tərəfindən
köçürülüblər. Avropa və gürcü yəhudiləri
isə, Azərbaycana təxminən 200 il əvvəl XIX əsrdə gəlməyə
başlayıblar. Tarixən Azərbaycan
xalqı burada yaşayan yəhudilərə
müsbət yanaşıb,
dünyada antisemitizmin
tüğyan etdiyi dövrlərdə belə
onlara doğma münasibət göstərib.
Hazırda paytaxt Bakı daxil olmaqla, Quba və
Oğuz şəhərlərində
7 sinaqoq fəaliyyət
göstərir.Onlardan 6-sı Dağ yəhudilərinə,
1-i isə Avropa və Gürcüstan yəhudilərinə aiddir.
Azərbaycanda xristianlıq yeni eranın ilk əsrlərində
yayılmağa başlayıb. Qafqaz Albaniyasında
xristianlığı ilk dəfə
yayan apostol Faddey olub. Onun missiyasını sonra şagirdi Yelisey davam etdirib. Yelisey Aqvanın Qis adlı yerində (Şəkinin Kiş kə ndi) Qafqazın
ilk xristian məbədini
inşa etdirib. Qaynaqlarda bu məbəd “Şərq kilsələrinin
anası” adlandırılır.
IV əsrdən başlayaraq Qafqaz Albaniyasında Xristianlığın
yayılması yeni mərhələyə qədəm
qoyub. 313-cü ildə Roma imperatoru
Konstantin Xristianlığa etiqad
üzərindən qadağanı
götürdükdən sonra
Alban hökmdarı Urnayr
Xristianlığı dövlət
dini elan edib. VII əsrdə
ərəblərin Azərbaycana
gəlişindən və
Qafqaz Alban dövlətinin
süqutundan sonra Xristianlıq bölgədə
zəifləməyə başlayıb.
Hazırda Azərbaycanda 13 kilsə
fəaiyyət göstərir.
Ərəblərin ölkəyə gətirdiyi
yeni monoteist din – İslam xalqımızın
milli-mənəvi tarixində
və mədəniyyətində
əhəmiyyətli rol
oynayıb. İslamın Azərbaycanda yayılması
bir neçə mərhələni əhatə
edib. Birinci mərhələ kimi VII əsrin ortalarından VIII
əsrin əvvəllərinə
qədər davam edən islam
fütuhatları dövrünü
götürmək olar.
Bu mərhələ 705-ci ildə Alban dövlətinin
süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını)
itirməsi ilə bitir. Bu mərhələnin
sonunda islam
Azərbaycanda hakim din olur.
İkinci mərhələ VIII əsrin əvvəllərindən
Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət
başına gəlməsinəqədərki
dövrü əhatə
edir. Azərbaycan ərazisində müstəqil
Şirvanşah Məzyədilər
və Səcdilər dövlətləri yaranır.
Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir,
yəhudilik mövcudluğunu
qoruyub saxlayır.
Üçüncü mərhələdə mötədil şiəlik
Azərbaycanda yayılmağa
başlayır və Dərbəndə qədər
gedib çıxır.
Sünni
hənəfi və şiə imami məzhəbləri aparıcı
məzhəblər olurlar.
Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün
ən gözəl sufi abidələrindən
biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.
Dördüncü mərhələ Səlcuqilər dövrü
(XI əsrin ortaları
- XIII əsrin ortaları)
ilə bağlıdır.
Bu mərhələdə sünnilik bölgədə
güclənir, şiəliyin
mövqeləri zəifləyir.
Şafii
məzhəbi aparıcı
məzhəb olur.
Sufi təriqətləri geniş yayılır.
Azərbaycan Atabəyləri və
Şirvanşahlar islamı
xristianların təzyiqindən
qoruya bilirlər.
Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin
I yarısı - XV əsrin
II yarısı) əhatə
edir. Bu dövrdə
sufilik geniş yayılır. Hürufilik güclənir.
Altıncı mərhələ Səfəvilərin və
XVI əsrdən etibarən
Osmanlıların hakimiyyəti
dövrü ilə bağlıdır.
Azərbaycanın Rusiya imperiyasına ilhaq edildikdən sonra Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı
ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi
altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Azərbaycan Demokratik
Respublikası yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının
dini işləri bu iki idarə
tərəfindən tənzimlənib.
SSRİ dağıldıqdan sonra Azərbaycan din sahəsində yeni mərhələyə adlayıb. Ölkəmizdə dinin təbliğinə və yayılmasına şərait yaradılıb, bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə bir çox dini-tarixi abidələr bərpa və restavrasiya edilib, dini maarifçilik işinə xüsusi diqqət göstərilib. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Nicat Məmmədli Azərbaycanda adıçəkilən dinlərlə yanaşı digər azsaylı dini icmaların da qeydiyyatdan keçərək fəaliyyət göstərdiyini vurğulayıb.
Professor Paulo Pinto dinlərarası dialoqun dünyada bəzi separatçı qruplaşmaların dini və milli amillərdən istifadə edərək qarşıdurmalar yaratdığı, terror törətdiyi, qətliamlar həyata keçirdiyi müasir zamanda bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunmasının, sülhün və əmin-amanlığın bərqərar olması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Mühazirəçi həmçinin Azərbaycanın həmişə sülhpərvər mövqe nümayiş etdirməsindən, dinlərarası dialoqa verdiyi töhfələrdən söz açıb.
Mühazirədə qış məktəbi iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Günün ikinci
yarısında IV Beynəlxalq multikulturalizm
qış məktəbinin iştirakçıları Oğuz rayonuna səfər
ediblər, buradakı “Yəhudi məhəlləsi”ndə yerli yəhudi icmasının nümayəndələri
ilə görüşüblər, Yuxarı və
Aşağı məhəllə sinaqoqlarını ziyarət
ediblər.
525-ci qəzet.-
2017.- 18 fevral.- S.8.