İkinci şəhərimiz özünün
MDB-nin Mədəniyyət Paytaxtı statusunun icrasına başlayır
İl ərzində Gəncədə
keçiriləcək tədbirlər müzakirə edildi
Məlum olduğu kimi, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının Qırğızıstanın paytaxtı Bişkekdə ötən il sentyabr ayının 16-da keçirilən zirvə görüşündə Azərbaycan Respublikasının Gəncə şəhəri 2017-ci ii üçün MDB-nin Mədəniyyət Paytaxtı elan olunub.
Bu şərəfli statusa yiyələnməsi ilə bağlı respublikamızın ikinci şəhərinin ictimai-mədəni həyatında cari il ərzində baş verəcək yeniliklər və təşkil olunacaq tədbirlər ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə olunub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilməsinin Azərbaycanı, o cümlədən Gəncəni təmsil etmək, tarixi mədəni irsimizin, maddi və mənəvi dəyərlərimizin təbliği baxımından çox mühüm hadisə olduğunu bildirib. Keçiriləcək tədbirlər zamanın mədəni həyatımızın, ədəbiyyatımızın, elmimizin, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinin təqdim edilməsinin vacibliyini vurğulayan şəhər rəhbəri qeyd edib ki, bütün bu işlərin yüksək səviyyədə görülməsi baxımından Gəncə ictimaiyyətinin üzərinə böyük məsuliyyət düşür.
Toplantıda Gəncənin Müstəqil
Dövlətlər Birliyinin
Mədəniyyət Paytaxtı
layihəsinin açılış
mərasiminin martın
18-də baş tutacağı
qərara alınıb.
Hazırlıq işlərinə dair birinci iclasda həmçinin, 107 nəfər
üzvdən ibarət
Qərargah da yaradılıb, keçiriləcək
30-a yaxın tədbirə
aid konkret tapşırıqlar
verilib. “Gəncə
- MDB-nin Mədəniyyət
Paytaxtı -2017” layihəsinin
loqosu üzrə təqdim edilmiş eskizlərin ən yaxşısı bir neçə gündən
sonra keçiriləcək
ikinci iclasda müəyyənləşdiriləcək.
Zakir MURADOV
Gəncə
525-ci qəzet.- 2017.- 18 fevral.- S.8.