Bəhruz Kəngərlinin ölümsüz yaradıcılıq irsi: hər zaman diqqət
mərkəzində
(Əvvəli
ötən sayımızda)
Əsrlər boyu özünün yeraltı və yerüstü, maddi və mənəvi sərvətləri ilə dünya səyyahlarının diqqətini cəlb etmiş Naxçıvan diyarı bu gün, eyni zamanda, yeni tipli memarlıq abidələri ilə də dünya mədəniyyətinə yeni səhifələr yazmaqdadır.
Naxçıvanda yeni yaradılan muzey kompleksləri deməyə əsas verir ki, bəli,
qədim diyar özünün neointibah mərhələsini yaşayır.
Tərəddüdsüz bu gün Naxçıvanı
muzeylər şəhəri
də adlandırmaq olar. Əlbəttə, Naxçıvanda yaradılan hər bir muzey bu
torpağın bəşər
tarixinə bəxş
etdiyi görkəmli şəxsiyyətlərin dühasından
söz açmaqdadır.
Bu mənada,
Naxçıvan muzeyləri
sırasında Bəhruz
Kəngərli Muzeyi mənəvi dəyərlərimizin
monumental məbədləri olması baxımından diqqəti cəlb edir.
Bəhruz Kəngərli torpağın,
insanın, təbiətin
bütün ruhunu tam incəliyi ilə görə bilən sənətkar olub. Təbiətdə adi gözlə baxanda görünməyən
bəzi məqamları
istedadlı rəssam rənglərin dili ilə canlandırmışdır.
Bəli,
bütün bu keyfiyyətləri gördükdən
sonra deyə bilərik ki, Bəhruz Kəngərli Azərbaycanın ustad rəssamlarından biridir.
1914-cü ilin
iyununda rəssamın
Naxçıvanda ilk böyük
sərgisi təşkil
olunmuş, burada nümayiş olunan rəsm əsərləri
hər kəsi heyran etmişdi. 1914-cü ildə
"İqbal" qəzeti
Bəhruz Kəngərli
haqqında yazırdı:
"Cavan rəssamımız
gələcəkdə iftixarımız
olacaqdır".
Ümummilli lider Heydər Əliyev də Bəhruz Kəngərli yaradıcılığına daim
diqqətlə yanaşmışdır. Ulu öndərimizin
təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz
Kəngərli Muzeyi yaradılmışdır. 2002-ci ilin yayında muzeyin açılış
mərasimində xalqımızın
böyük oğlu Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığını yüksək qiymətləndirərək
demişdir: "Bəhruz
Kəngərli nadir istedada
malik insan idi. O, Azərbaycan xalqının professional rəssamlıq
sənətində ilk rəssamdır.
Onun əsərləri Azərbaycan
rəssamlıq sənətinin,
mədəniyyətinin ən
görkəmli nümunələrindədir.
Biz bununla fəxr
etməliyik. Fəxr etməliyik
ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur".
Ulu öndər Bəhruz Kəngərlinin
zəngin yaradıcılıq
irsini göz önünə gətirmiş
və sözlə təsvir etmişdir: "Bəhruz Kəngərli əsərləri həddindən
artıq qiymətlidir.
Birincisi onun rəssamlıq ustadlığına görə,
ikincisi yaratdığı
obrazlara görə - mən insan obrazlarını deyirəm.
Xüsusən o ağır dövrün
1918, 1919, 1920-ci illərin çətin
dövründə xalqımızın
ağır vəziyyətdə
olmasını az da olsa, öz
əsərlərində əks
etdiribdir". Bu elə bir qiymətdir
ki, hər birimizə bələdçilik
edir. Yəni Bəhruz Kəngərlinin
kim olduğu,
Azərbaycan mədəniyyəti
tarixində hansı mövqedə dayandığı
tamamilə aydınlaşır.
Görkəmli sənətkarın sənət
dünyası, əbədiyaşar
yaradıcılığı muxtar respublikamızda indi də yüksək
qiymətləndirilir. Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif Talıbovun "görkəmli rəssam Bəhruz Kəngərlinin
120 illik yubileyinin keçirilməsi haqqında"
imzaladığı 2012-ci il
12 yanvar tarixli sərəncam bunun bariz ifadəsidir. Naxçıvan şəhərində
yaradılmış Bəhruz
Kəngərli Muzeyi binasının 2013-cü il iyun ayının
24-də əsaslı yenidənqurmadan
sonra açılışı
olmuşdur. Bəhruz Kəngərlinin əsərlərindən ibarət
albom-kataloq hazırlanmışdır.
Bu gün muzeydə
Bəhruz Kəngərli
irsinə aid 900-dən çox
eksponat mühafizə
olunur. Muzeydə rəssamın 341 rəsm əsəri mövcuddur. Bu rəsm əsərlərindən
58-i orijinaldır.
Muxtar Respublikamızda
biz Bəhruz Kəngərli
yaradıcılığına diqqət və qayğının daha bir nümunəsinin
2016-cı il 24-27 may tarixlərində
muxtar respublikamızın
paytaxtı Naxçıvan
şəhərində keçirilən
"Naxçıvan bəşəriyyətin
beşiyi" III Beynəlxalq
Rəsm Festivalının
keçirilməsi müddətində
əyani şahidi olduq. Festival çərçivəsində
mayın 25-də Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi Sədri
Vasif Talıbovun
2015-ci il 14 noyabr tarixli Sərəncamına
əsasən Naxçıvan
şəhərində Bəhruz
Kəngərli adına
Rəssamlar Parkının
açılışı muxtar respublikamızda rəssamlıq sənətinə
verilən yüksək
dəyərin ifadəsidir.
Bəhruz Kəngərli
adına Rəssamlar Parkının
açılış mərasimində
çıxış edən
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov Azərbaycan
realist rəssamlıq sənətinin
banisi Bəhruz Kəngərlinin yaradıcılıq
irsini yüksək qiymətləndirərək demişdir:
"Əgər Əcəmi
memarlıq sənətində
yeni bir məktəbin əsasını
qoymuşdursa, görkəmli
fırça ustası
Bəhruz Kəngərli
də Azərbaycan rəssamlığında realizm
məktəbini yaratmışdır.
Onun sənəti daim yaşayan sənətdir, yaradıcılığı rəssamlıqda
yeni məktəbdir.
Naxçıvan şəhərində
Bəhruz Kəngərli
adına Rəssamlar Parkının
istifadəyə verilməsi
və abidəsinin ucaldılması da Bəhruz Kəngərli yaradıcılığına və
şəxsiyyətinə göstərilən
ehtiramın daha bir ifadəsidir".
Ali Məclisin sədri həmçinin açılış mərasimində
Azərbaycanda təsviri
incəsənət sahəsində
çox qüdrətli
şəxsiyyətlər fırçası
ilə öz sözünü deyən dahi rəssam Bəhruz Kəngərli haqqında bu müdrik fikirləri söyləmişdir: "Realist rəssamlığın vəzifəsi
yalnız həyatın
və ya təbiətin surətini çıxarmaq deyil, onu ifadə etmək və yaşatmaqdır. Öz dövrünün
reallıqlarını böyük
şövqlə kətana
köçürən Bəhruz
Kəngərli də rəssamlıq sənətini
xalqın həyatına
yaxınlaşdıraraq ölkəsinin
tarixi keçmişini
və yaşadığı
dövrün ictimai-siyasi
hadisələrini dolğun
şəkildə əks
etdirə bilmişdir.
Bəhruz Kəngərlinin ustalıqla yaratdığı
"Qaçqınlar" silsiləsi
erməni daşnaklarının
azərbaycanlılara qarşı
törətdikləri soyqırımı
siyasətinin acı nəticələrini əks
etdirir. Rəssam qaçqın ömrü
yaşayan insanların
faciəsini əks etdirərək o dövrdə
tarixşünaslıqda qələmə
alına bilməyən
həqiqətləri sənətin
dili ilə gələcək nəsillərə
çatdırmışdır. Bəhruz Kəngərlinin təbiət
təsvirləri və
Naxçıvanın tarixi
abidələrinin əks
olunduğu əsərləri
də böyük sənətkarlıqla işlənmişdir.
Rəssamın bu qəbildən
olan əsərləri
Naxçıvanın qədim
tarixinə bələdçi
rolunu oynayır.
Naxçıvan şəhərindəki Nuh peyğəmbərin məzarüstü türbəsi
bərpa olunarkən görkəmli rəssamın
"Nuh qəbri" silsiləsindən əsərlərinin
də əsas kimi götürülməsi
sənətin yaradıcı
gücünün ən
yaxşı nümunəsidir".
Azərbaycan incəsənəti tarixində
həmişəyaşar Bəhruz
Kəngərli kimi sənətkarlar bəşəri
idealı insanlar olublar. Bir qərinəlik ömründə
əbədiyaşar əsərlər
yaradan, incəsənət
tariximizin unudulmaz nümayəndəsi Bəhruz
Kəngərli müasirimiz
olaraq, bizimlə bərabər addımlayır.
Toğrul CƏFƏRLİ
Naxçıvan Dövlət
Universitetinin "Təsviri
incəsənət tarixi
və nəzəriyyəsi"
üzrə II kurs magistrantı
525-ci qəzet.- 2017.- 22 fevral.- S.4.