Milli Kitabxanada Xocalı tədbiri

 

Dünən Milli Kitabxanada Hərbi Prokurorluqla AMEA-nın Tarix İnstitutunun birgə layihəsi olan "Soyqırım muzeyi" kitabının, Müdafiə Nazirliyinin nəzdindəki Sənədli Tədris Filmləri Kinostudiyasında hazırlanan "Əsrin faciəsi" sənədli filminin Milli Kitabxana tərəfindən hazırlanmış "Xocalı soyqırımı" adlı Elektron məlumat bazasının təqdimat mərasimi "Xocalı soyqırımı - 25" adlı kitab sərgisinin açılış mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq soyqırım qurbanlarını bir dəqiqəlik sükutla yad edib.

"Əsrin faciəsi" sənədli filmi nümayiş olunduqdan sonra söz mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyevə verilib. V.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli "Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında" Sərəncamından danışmış, respublikada silsilə tədbirlərin keçirildiyini bildirib. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq bir sıra ölkələrdə Xocalı soyqırımıyla bağlı müvafiq qərarların qəbul edildiyini, lakin bu cinayətin hələ hüquqi qiymət almadığını söyləyib.

Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov Hərbi Prokurorluğun Soyqırım Muzeyi barədə məlumat verib, muzeyin dörd bölmədən - tarix, deportasiyalar-repressiyalar, soyqırımlar terror bölmələrindən ibarət olmaqla 320 kvadmetrlik sahəni əhatə etdiyini, muzeyin XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar soyqırımlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edildiyini, Hərbi Prokurorluqda yaradılmış Soyqırım memorial Muzeyinin Azərbaycan xalqının gələcək nəsilləri üçün qan yaddaşının qorunmasına soyqırım qurbanlarının xatirəsinin əbədiləşməsinə xidmət edən mükəmməl möhtəşəm tarixi abidə olduğunu söyləyib.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı əks etdirən külli miqdarda arxiv sənədlərinin gətirilərək toplu şəklində nəşr olunduğunu, təkcə XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906, 1918-1920, 1948-1953 1988-1993-cü illərdə kütləvi qırğınlara, soyqırımlara etnik təmizləmələrə məruz qaldığını, Xocalı faciəsinin 200 illik qanlı tariximizin son soyqırım olduğunu söyləyib.

Çıxışçılar professor, tarixçi-alim, millət vəkili Fəzail İbrahimli, “Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi, ədliyyə polkovniki Rauf Məmmədov b. Soyqırım Muzeyinin yaradılmasının zəruriliyindən, xalqımıza qarşı törədilən soyqırım deportasiyalar barədə həqiqətləri bütün dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin ictimaiyyət arasında onların təbliğinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova tərəfindən təqdim olunan "Xocalı soyqırımı" adlı Elektron məlumat bazası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda tədbir iştirakçıları "Xocalı soyqırımı-25"adlı kitab sərgisi ilə tanış olublar.

 

525-ci qəzet.- 2017.- 22 fevral.- S.2.