Elşad Eyvazlının “Böyüməyən uşaqlar”ı Xarkovda təqdim olundu

 

Dünən Ukraynanın Xarkov şəhərində jurnalist Elşad Eyvazlının “Böyüməyən uşaqlar  kitabının təqdimatı çərçivəsində “Xocalı, yaddaşlardan silinməyəcək” adlı tədbir keçirilib.

Modern.az saytı xəbər verir ki, Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov çıxışı zamanı  “Böyüməyən uşaqlar” kitabının özəlliyini diqqətə çatdırıb.

 ““Xocalıya ədalət” kampaniyası çərçivəsində çap olunan bu kitabda Xocalı soyqırımı zamanı dəhşətli günlər yaşayan uşaqların xatirələri var. Onlar ovaxt uşaq olublar, indi böyüyüblər. Lakin 1992-ci ilin hadisələri həmin uşaqların beynində o qədər güclüunudlmaz xatirələr buraxıb ki... Bu kitabda uşaqların qəlb döyüntülərinin səsini eşitmək olur”.

Tədbirdə  Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Azərbaycanın Ukraynadakı səfirliyinin müaşviri Elman Bağırov,  Xarkov Universitetinin professorları, “Dostluq” cəmiyyətinin İdarə Heyətinin üzvləri, tələbələr iştirak ediblər. Sonda tədbir iştirakçılarına “Böyüməyən uşaqlar” kitabı təqdim olunub.

Fəxri konsul Əfqan Salmanov  “Böyüməyən uşaqlar” kitabının Ukrayna dilində nəşr edilməsinə görə  Murad Ömərova təşəkkür edib.

Artıq  məlumat fotomateriallarla birgə  "Dostluq" cəmiyyətinin internet saytında yerləşdirilib.

Qeyd edək ki, "Böyüməyən uşaqlar" kitabıXocalıya ədalətkampaniyası çərçivəsində QHT Şurasının dəstəyi ilə bir neçə dildə çap olunub.

Eyni zamanda, Milli Məclisin deputatları Fuad Muradov, Rövşən Rzayev Cavanşir Feyziyev, Qarabağ icmasının rəhbəri Bayram Səfərov bu işə ciddi dəstək veriblər. Kitab əsasında film çəkilib.

Kitabın yaxın zamanlarda rus, fransız erməni dillərində çap olunması gözlənilir.

"Böyüməyən uşaqlar" kitabının müəllifi Modern.az saytının rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıdır. Kitab Xocalı soyqırımı faciəsi zamanı hər iki valideynini itirən 25 uşağın acı həyat hekayəsindən bəhs edir.

Xatırladaq ki, “Böyüməyən uşaqlar" kitabıDostluqcəmiyyətinin sədri Murad Ömərovun maliyyə dəstəyi ilə Ukrayna dilinə tərcümə olunub.

Kitabın bu ilin fevralın 25-də Kiyevdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun təşəbbüsü ilə daha böyük şəkildə təqdımatı olacaq.

 

525-ci qəzet.- 2017.- 23 fevral.- S.3.