Xocalı gecəsi

 

Bir qaçqının dediklərindən

 

Sığındığı ağacdan yıxıldı.

Görən, harası sındı?

Bəlkə yaralandı?!

Dağlar, daşlar ağladı ona.

Bu vurhavurda

haray salaraq

özünə yer axtaran

quşlar ağladı ona.

Sürüşdü qarın üstə

yarası isti - isti.

Sanki payız sonu

Tökülən yarpağın üstə.

Səsini çıxarmadı belə.

Bu anda

ölümündən çəkinməyən bir insan

ona hayan oldu.

Yaralarını sarıdı.

Sonra

ana balasına sarılantək

onu qucaqladı.

Dözə bilmədim bu dəhşətə,

kövrəldim ağladım.

Güllə qarışıq səs

bürümüşdü meşəni.

Yarpaqlar pıçıldayırdı

ürəyimdən keçəni:

Xalqımın

gələcəyi,

sabahı,

axı idi söylə,

sənin suçun, günahın?!

Vəhşiləşmiş yağılar

saldılar səni bu günə,

Taleyini düyünə?!

 

Ələddin ƏZİMLİ.

 

525-ci qəzet.- 2017.- 23 fevral.- S.8.