Elşad Eyvazlının “Böyüməyən
uşaqlar”ı Xarkovda təqdim olundu
Dünən Ukraynanın Xarkov şəhərində jurnalist Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının təqdimatı çərçivəsində “Xocalı, yaddaşlardan silinməyəcək” adlı tədbir keçirilib.
Modern.az saytı xəbər verir ki, Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov çıxışı zamanı “Böyüməyən uşaqlar” kitabının özəlliyini diqqətə çatdırıb.
““Xocalıya ədalət” kampaniyası çərçivəsində çap olunan bu kitabda Xocalı soyqırımı zamanı dəhşətli günlər yaşayan uşaqların xatirələri var. Onlar ovaxt uşaq olublar, indi böyüyüblər. Lakin 1992-ci ilin hadisələri həmin uşaqların beynində o qədər güclü və unudlmaz xatirələr buraxıb ki... Bu kitabda uşaqların qəlb döyüntülərinin səsini eşitmək olur”.
Tədbirdə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Azərbaycanın Ukraynadakı səfirliyinin müaşviri Elman Bağırov, Xarkov Universitetinin professorları, “Dostluq” cəmiyyətinin İdarə Heyətinin üzvləri, tələbələr iştirak ediblər. Sonda tədbir iştirakçılarına “Böyüməyən uşaqlar” kitabı təqdim olunub.
Fəxri konsul Əfqan Salmanov “Böyüməyən uşaqlar” kitabının Ukrayna dilində nəşr edilməsinə görə Murad Ömərova təşəkkür edib.
Artıq məlumat fotomateriallarla
birgə
"Dostluq" cəmiyyətinin
internet saytında yerləşdirilib.
Qeyd edək ki, "Böyüməyən uşaqlar"
kitabı “Xocalıya ədalət” kampaniyası
çərçivəsində QHT Şurasının dəstəyi
ilə bir neçə dildə çap olunub.
Eyni zamanda, Milli Məclisin deputatları Fuad Muradov, Rövşən Rzayev Cavanşir Feyziyev, Qarabağ icmasının rəhbəri
Bayram Səfərov də bu işə
ciddi dəstək veriblər. Kitab əsasında film də çəkilib.
Kitabın yaxın zamanlarda rus, fransız və erməni dillərində də çap olunması gözlənilir.
"Böyüməyən
uşaqlar" kitabının
müəllifi Modern.az saytının
rəhbəri, Parlament
Jurnalistlər Birliyinin
sədri Elşad Eyvazlıdır. Kitab Xocalı soyqırımı
faciəsi zamanı hər iki valideynini
itirən 25 uşağın
acı həyat hekayəsindən bəhs edir.
Xatırladaq ki, “Böyüməyən
uşaqlar" kitabı
“Dostluq” cəmiyyətinin
sədri Murad Ömərovun maliyyə dəstəyi ilə Ukrayna dilinə tərcümə olunub.
Kitabın bu
ilin fevralın 25-də Kiyevdə Ukrayna Azərbaycanlılarının Birləşmiş
Diasporunun sədri Hikmət Cavadovun təşəbbüsü ilə daha böyük şəkildə
təqdımatı olacaq.
525-ci qəzet.-
2017.- 23 fevral.- S.3.