QARABAĞ
ŞİKƏSTƏSİ
Bir xalq kimi, bir milləttək,
Biz sevirik "Şikəstə!"ni.
Bu ellərdə qoca, cavan
Hamı sevir bu bəstəni.
Bu nəğməni
Oxuyanlar çox olubdu.
Yaddaşlarda çox qalıbdı.
Təkrar olmaz kaman səsi,
Qarabağın Şikəstəsi.
İnciməsin xanəndələr,
Bu incini yaxşı bilən danəndələr.
Ötüb keçsə neçə illər,
Ötüb keçsə qərinələr,
Təkrarlanmaz Xanın səsi.
Qarabağın Şikəstəsi.
"Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi-
Qarabağın Şikəstəsi."
Bu sözləri mən demirəm,
Vurğun deyib, o söyləyib.
Gözəlliyi hərarətlə Vurğun sezib.
Onu gözəl şərh eləyib.
Demirəm ki, oxumurlar.
Xeyli çoxdu oxuyanlar.
Xana xeyli oxşayanlar.
Yenə təkrar eləyirəm:
İnciməsin xanəndələr,
Bu incini yaxşı
bilən danəndələr.
Şikəstəni Xan oxuyub.
Lap Kreml Sarayında
Kəlmələrdən gül toxuyub,
Şikəstəni Xan oxuyub.
Yadımızdan çıxarmayaq,
Həm də insafsız olmayaq,
Qarabağda "Heyratı"nı
usta Yaqub,
Şikəstəni Xan oxuyub!
Şikəstəni Xan oxuyub!
Yanvar,
2017
SƏN ALLAH
Xeyli vaxtdır uzaqlaşıb getmisən,
Bu qədər uzaqda gəzmə, sən Allah!
Bilirsən ki, həsrətini
çəkirəm,
Çətindi, həsrətə dözmə,
sən Allah!
Adını ucunda saxlayan diləm,
Şəninə nəğmələr deyən
bülbüləm.
Yolunun üstündə çiçəyəm,
güləm,
Gəzəndə tapdayıb əzmə,
sən Allah!
Dağların qoynunda, dağlar
elində
Qərq oluram qınaqların selində.
Arzum olub əlin olsun əlimdə,
Əlimi
əlindən üzmə,
sən Allah!
Nə gəzib dolanıb, gəzirsən gendə,
Bu qədər nainsaf
olarmı bəndə?!
Hansı
zaman söhbət məndən düşəndə
Qaş çatıb dodağın
büzmə, sən
Allah!
Bəhanə taparsan bilmirəm
nəyi,
Yerli-yersiz eləyirsən gileyi.
Bilib-bilmədiyin sadə hər şeyi,
Belə
ipə-sapa düzmə,
sən Allah!
ÖMÜR VƏ ÖLÜM
Ömür Allah payıdır,
Canlılara bəxş olur
Vaxt ilə,
müddət ilə.
Ölüm isə qərardır:
Hökm ilə, qüdrət ilə.
Həm də bu qanunları
Heç kəs dəyişə bilməz.
Güc göstərmək istəsən
Səmtini də dəyişməz.
Əgər vaxtı çatdısa
Əzrail olur hazır.
Xüsusi
tapşırıqla
Mələklər qərar yazır.
Ömür hədsiz şirindir,
Qədrini bilmək gərək.
Ağlı olan kimsələr
Bəhrəsini görəcək.
Həm ömrü, həm ölümü
Görüb keçir canlılar.
Amma bəzi nadanlar
Bunu çətin
qanırlar.
Özlərini cahanda
Hədər, baqi sanırlar.
Həm ömrü, həm ölümü
Xəlq eləyən varlıq var.
Bu qanunlar deyir ki,
Başa
düşün adamlar!
Başa
düşün adamlar!
Yanvar,
2017
DEMƏZLƏR
Dədə demək indi dəbə düşübdü,
Hər "mənəm" deyənə dədə deməzlər.
Əgər el vermirsə, bu
kamil adı,
Nə dilə
gətirər, nə də deməzlər.
Gərək qəbahətin düz
qana insan,
Qərar elindisə, nə səmir, nə səs.
Xahişin mənası əbəsdi,
əbəs,
Söz keçmirsə
heç bir yerdə deməzlər.
Məhəng yoxsa qiymətli
daş seçilməz,
Paslı
dəmir tül pərdəyə bükülməz,
Xalq deyirsə, üzdən həya tökülməz,
Abır-ismət gedə-gedə deməzlər.
GÜC QALMAYIB
Baxmaq üçün gözəllərə
Gözümdə güc qalmayıb.
Arxasınca getmək üçün
Dizimdə güc qalmayıb.
Neyləyim ki, yaxın gəlsin,
Heç özüm də bilmirəm.
Kəsərsizdir söhbətim də,
Sözümdə güc qalmayıb.
Ətrafıma boylanıram,
Hanı, mən tək olanlar?!
Ürək tutan görüş
üçün
Canı oda salanlar.
Əli bir yana
çatmayıb,
Qovrulanlar, yananlar.
Qınamıram mən heç
kəsi,
Özümdə güc qalmayıb.
Bir balaca soyuq olsa,
Qulunc olur kürəyim.
Qalın
paltar, isti geyim,
Gərəyimdi, gərəyim.
Yalvarıram, yoncuyuram,
Zorla vurur ürəyim.
Qənbəri məzəmmət etməyin,
Nəbzimdə güc qalmayıb.
QIZLARIN
Məhləmizdə bir dəstədi, maşallah,
Biri incə,
biri qönçə
qızların.
Oğulsansa düz danışma,
səhv elə,
Çıx əlindən pələng-pəncə
qızların.
Bilirəm ki, Fainadır komandor,
Səbinə qoçaqdır, oddur,
alovdur,
Yeganə
işini layiq tutandı,
Hamısı igiddir, məncə qızların.
Dilarə
pəhləvan, qoçaqdır,
qoçaq,
Bəstəboy Humaydı, rəfiqə
bacı.
Rübabə qaşını çatır
qıyqacı,
Xəyalında xoş düşüncə,
qızların.
Kimdən
eşitsələr artıq
hədələr,
Onu gərək
pambıq kimi didələr.
İstəsən ki, sənə qulluq edələr,
Qazan rəğbətini
öncə qızların.
Xoşagəlməz əməllərdən
qaçarlar,
Buyuranda
qanadlanar, uçarlar,
Qənbər üçün geniş
süfrə açarlar,
Vardır hünərləri encə
qızların.
Aprel,
2016
OLMUŞAM
Başımı yastığa qoyanda
balaca nəticəm üzümün ağ
tüklərinə toxunub
sual verdi:
-Baba, tüklərin niyə ağ və
uzundur?
Ağ tüklərin tarixi var, ay bala,
Mən də sizin kimi uşaq
olmuşam.
Duman kimi dərələrə
çökmüşəm,
Dağların belinə qurşaq olmuşam.
Yurda düşüb alaçıq
da qurmuşam,
Quzuların mələşinə durmuşam,
Köhlən minib cıdır
vaxtı yormuşam,
Cavanlıqda xeyli qoçaq olmuşam.
Elm öyrənməyə cəldliyim
olub,
El-oba içində mərdliyim olub,
Bir az ciddiliyim,
sərtliyim olub,
İndi pilədən də yumşaq olmuşam.
May, 2016
VERMİSƏN
Nə deyim İlahi, özün bilərsən,
Bizi xəlq
edərək ömür
vermisən.
Bu boyda dünyanı xəlq etmək üçün
"Kün!"- deyə bir kəlmə əmr vermisən.
Dil-ağız da verdin, kamal da verdin,
Boy-buxun da verdin,
camal da verdin,
Söz kimi bir cahi-cəlal
da verdin,
Dözümlü olmağa səbr vermisən.
18 min aləm nicatlı etdin,
Özün qüdrətinlə imdadlı
etdin,
Kimini uçmağa qanadlı etdin,
Kimiyə yem üçün xəmir vermisən.
Birinə
bəxş etdin pay gözəlliyi,
Buyurdun aləmə yay gözəlliyi,
Birinin üzünə ay gözəlliyi,
Birinin üzünə
kömür vermisən.
Bəzini
yaratdın mülayim,
həlim,
Qalır
qayğısına obanın,
elin,
Bəzini
xəlq etdin verməyə zülm,
Qəlbinə polad, ya dəmir
vermisən.
May, 2016
EY TÜRK OĞLU
Ey türk oğlu, qeyrətə gəl,
Nəslinə qoy böyük heykəl.
Sənə böhtan deyənlərə,
Sənə düşmən deyənlərə,
Sübut
eylə hünərinlə
Soyqırımı nə deməkdir.
Onlar çoxdan göstəriblər
Soyqırımı necə olur.
Od-ocaqlar
necə sönür,
Ev-eşiklər viran qalır.
Sarıqamış döyüşündə,
Çanaqqala döyüşündə
Türklər necə qırıldılar,
Nələr insan yox oldular.
İndi
çoxdu erməniyə
züy tutanlar,
Sarıqamış qırğınını unudanlar.
Züy tutanlar eşitsinlər,
Artıq türkün haqq səsini.
Onlar baxsa da görməzlər
Xocalı faciəsini.
Onlar yumub gözlərini
Qəsdən bilməz göstərirlər.
Nə Şamaxı, nə Qarabağı
Bir desinlər, görən varmı
Züyçülərin heç vicdanı?!
Onlar niyə bilmirlər ki,
11 yaşlı Ülviyyəni
Diri-diri
basdırdılar
Ağdabanda.
Musanı
da yandırdılar
Yanar odda.
Bəs hardaydı haqq-ədalət
O zamanda.
Köçəryanın fitvasilə
Qarət
olub yandırıldı
Böyük bir kənd Ağdabanda.
Onda görən niyə heç kəs
Olmadı bənd.
Bu qətliama, bu divana-
Görən hara baxırmışlar
Züy tutanlar görən onda?!
Görünməmiş bir vəhşilik:
Ermənilər bu qətliama
Sevinirdi.
Meyitlərin üzərində
Oynayırdı.
Şadyanalıq eləyərək
Al-qırmızı geyinirdi.
Ağdabanda neçə ana
Oğul deyib mələyirdi.
Dağlar-daşlar
Bu dəhşətli faciədən
inləyirdi.
Ey türk oğlu, qeyrətə gəl,
Düşmənlərə sən güc göstər.
Nəslinə qoy böyük
heykəl!
EVİN ABAD
Qalın
qarı yara-yara
Bir köç
gəlib düşdü
bura.
Tez açdılar barxanasın,
İki kürək
çıxardılar.
Süpürdülər qalın qarı,
Kiçik alaçıq qurdular.
Komalaşıb oturdular,
Alaçığın daxilində.
Burdan keçən bir ağsaqqal
Düşənlərdən etdi sual:
- Siz kimsiniz, hardan
belə
Gəlmisiniz bu yad elə?
Cavan oğlan ona dedi:
- Biz çox uzaqdan gəlmişik,
Bu yeri abad görmüşük.
İstəyirik bir ev
tikək,
Bu ev olsun
bizə kömək.
Ağsaqqalsa belə dedi:
- Bura yurddu, bura
məskən,
Evin abad, ay ev
tikən!
Evin abad, ay ev
tikən!
2016
KÖHNƏLMİŞƏM
Ay təlatüm edən könlüm,
Tərlanmısan, köhlənmisən?!
Ayrı
düşüb dostlarından
Düşünmə ki, təklənmisən.
Elə bil ki, sirri
bilib,
Nadan gəda
mənə gülüb.
Ürəyimə vəhi gəlib,
Bir balaca səhvlənmişəm.
Lənətullahlar qudurub,
Şeytan qəlbini doldurub.
Yenə
düşmən baş
qaldırıb,
Cəng etməyə köhnəlmişəm.
2016
QALIB
Çay
daşdı, apardı
düşərgələri,
Yerində çubuqdan alaçıq
qalıb.
Meşə ətəyində quraşdırılmış,
Heç nəyə yaramaz bir uçuq qalıb.
Düşərgə düzəltmək dəbdi bölgədə,
Başqa birisi də gəlib bəlkə də...
Yəqin istəyirmiş tikə, düzəldə,
Bacara bilməyib, yarımçıq qalıb.
Sağ sahildə xeyli çoxdu düzənlər,
Axşam-səhər seyr edərdi gözəllər.
Bir tərəfdə sel gətirmiş xəzəllər.
Bir tərəfdə ya daş, ya palçıq qalıb.
Bu tayda kol-koslu yamaclar idi,
Amma işlədilən
düz yollar idi.
Çaydan addamağa körpü
var idi,
Körpü yoxa çıxıb, yol açıq qalıb.
Qənbər təbiətlə etmə
zarafat,
Dilini həmişə
saxla farağat.
Sən də xeyli müddət
gəzmisən babat,
İndi fikrin niyə dolaşıq qalıb?
Qənbər
ŞƏMŞİROĞLU
525-ci
qəzet.- 2017.- 23 fevral.- S.7.