Livanlı yazıçı Əmin Rihaninin 140 illiyinə töhfə

 

Bugünlərdə ərəb məhcər ədəbiyyatının (xaricə mühacirət etmiş ərəb yazıçı və şairlərinin yaradıcılıq məhsulları belə adlanır) görkəmli nümayəndələrindən olan Əmin Rihaninin elmi, bədii və publisist yazılarından ibarət "Rihaniyyat" külliyyatından seçilmiş inciləri Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, inadkar elmi tədqiqatçı Əfsanə Məmmədova tərəfindən Azərbaycan dilinə tərcümə edilərək ilk dəfə toplu şəklində nəşr olunub.

Kitabda ümumilikdə otuz beş əsər tam, on altısı isə qısa parçalar şəklində yerləşdirilib. Kitab geniş ön söz ilə başlayır. Daha sonra oxucuya müəllifin həyat yaradıcılığı barədə, əsərlərinin motivləri, o dövrün xüsusiyyətləri haqqında kifayət qədər məlumat verilir. Beləliklə, oxucu Əmin Rihanini başa düşmək, anlamaq üçün əvvəlcədən psixoloji baxımdan hazırlanır.

Yazıçı, publisist Əmin Reyhani Azərbaycan oxucularına vaxtilə Azərbaycan Şərqşünaslar Assosiasiyasının prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru olmuş, nüfuzlu elm xadimi, professor, məşhur ərəbşünas Aida İmanquliyevanın ilk elmi tədqiqat obyektlərindən biri kimi ərəbşünas şərqşünaslara tanışdır. Bir çox elmi tədqiqatların müəllifi olan Aidə xanım İmanquliyeva hər zaman Şərqlə Qərbi mənəvi birliyə, ortaq düşüncəyə, ümumi ictimai-siyasi baxışa dəvət edən ərəb yazıçıları ilə öz həmrəyliyini bildirmiş, onların yaradıcılıqlarını tədqiq təbliğ edərək ictimaiyyətə çatdırmış, bu qaydanın düzgünlüyü uğrunda elmi aləmdə öz sözünü demişdir. zamansa mədəniyyət sivilizasiyaların qovuşacağına - ideya məfkurə birliyinə, gələcəyinə Aida xanım bütün qəlbi ilə inanırdı. Bu səbəbdən Şərq-Qərb ədəbi-fəlsəfi, mədəni dəyərlərinin sintezindən yaranan əsərləri, Ə. Rihani kimi işıqlı insanların ideyalarını geniş formatda, Sovet məkanında uğurla təbliğ edirdi.

"Əmin ər-Rihani livanlıdır. Ərəb ədəbiyyatında romantizmin banilərindən biridir. Rəngarəng janrlarda müxtəlif əsərlər yazmışdır. O, şair, nasir, publisist, tənqidçi, tarixçi, tərcüməçidir", - deyən Aida xanım İmanquliyeva Ə.Rihaninin hərtərəfli yaradıcılığa, dünyagörüşə malik bir şəxs olduğunu faktlarla sübut etməklə onun simasında Şərqin kamilliyə çox yaxın olan ziyalısının obrazını canlandırırdı. Tərcüməçi Əfsanə Məmmədovanı da ruhlandıran, yəqin ki, həm Ə.Rihaninin, həm Aida xanıma olan hörmət əminlik hissi olmuşdur.

Dahi mütəfəkkir Ə. Rihaninin 140 illik yubileyi ərəfəsində nəşr olunan "Rihaniyyat" külliyyatından seçmələr Azərbaycan ərəbşünaslığı, şərqşünaslığı üçün böyük töhfə kimi qiymətləndirilə bilər. Topluda Rihaninin ərəb ingilis dillərində yazılmış müxtəlif kitablarında yer almış çoxsaylı fəlsəfi ideya fikirləri bir araya gətirilib. Əsərlər əsasən insan hüquq azadlıqları, tolerantlıq, mənəvi ictimai intibah, Şərq Qərb fəlsəfi fikri, ruh cism vəhdəti ideyası s. kimi mövzuları əhatə edir. Kitabda öz əksini tapmış əsərlərdə cəmiyyətin inkişafında elmin rolu yüksək qiymətləndirilir tərəqqinin təməlinin təlim-tərbiyədə, təhsilin, maarifçiliyin inkişafında olduğu göstərilir. Maarifçilik ideyalarını bütün əsərlərində təbliğ edən Ə. Rihani insanın ancaq elm vasitəsilə cəhalət fanatizmdən qurtularaq kamillik zirvəsinə yüksələ biləcəyini deyirdi. Qeyd edilən mövzu bu gün çox aktualdır inkişafın elmə əsaslandığını daha bariz şəkildə göstərir. Elm mənəviyyat - həyatın cövhəridir desək, yəqin ki, yanılmarıq. Yalnız bunların vəhdəti inkişafı təmin edir.

Şərq Qərb fəlsəfəsi demişkən, Rihani öz yaradıcılığında iki cərəyanı birləşdirən unikal formalar axtaran, cəmiyyətə təqdim edən yazıçı idi. O, Şərq romantizmində ifrat sentimentallığı tənqid edir, eyni zamanda Qərb proqmatizminin əxlaqi, ictimai mənəvi dəyərlər baxımından geridə qaldığını vurğulayırdı. Rihaniyə görə, kamil insanın həyatı iki qanuna tabedir: ilahi qanunlar insan təxəyyülünün məhsulu hesab edilən əxlaq normaları. Onun fikrincə, mənəvi dəyərlər sistemindən məhrum olan millət məhvə məhkumdur. Romantik Şərqlə praktik Qərb arasında dərin uçurumu görən yazıçı Şərq mənəviyyatını Qərbə, Qərbin maddi-texniki tərəqqisini isə Şərqə gətirməyə çalışırdı. Özü o, bu çətin missiyanın öhdəsindən Şərq Qərb dəyərlərini ideallaşdırmaqla yox, onların müsbət cəhətlərini tapıb vəhdət yaratmaq yolu ilə gəlməyin mümkünlüyünü qeyd edirdi. Ə. Rihani əsərlərində Qərbdə əxlaqi mənəfi keyfiyyətlərin, xürafat mövhumata qapılmış Şərqdə isə yeni ideoloji elmi hərəkatın getdikcə zəiflədiyini təəssüf hissi ilə qeyd edirdi. Ədib Şərqlə Qərb arasındakı uçurumu bəşəriyyətin faciəsi hesab edərək bunun acı nəticələrinin hələ irəlidə olduğunu söyləyirdi. Onun bu proqnozunun dərəcədə düzgün olduğunu indi biz anlayırıq. Şərqlə Qərb arasında yaradılmış uçurumun dərinliyini görür, onların hətta müharibə meydanında belə toqquşmasının şahidi oluruq. Problemdən çıxış yolunu yazıçı hər iki mədəniyyətin qarşılıqlı mübadiləsində, dözümlülükdə görürdü. Ə. Rihani yazırdı: "Şərq Qərbin yekcins olmayan ümumi mədəniyyətindən doğan həqiqi sağlam qurtuluş dini, ictimai siyasi xəstəliklərə qarşı yeganə çarədir. Elə isə qərbli Allaha üz tutmalı, şərqli isə çiyinlərindəki bəzi ideoloji-mənəvi ağırlıqları yüngülləşdirməlidir".

Müəllifin seçib tərcümə etdiyi nümunələrdən görünür ki, o, həm Ə.Rihaninin həyat yaradıcılığını, həm onun qələmindən çıxmış əsərləri dərindən öyrənib bu biliklərin nəticəsi olaraq tərcümə maksimum dərəcədə orijinalı əks etdirir. Tərcümənin dili səlis, anlaşılan oxunaqlıdır. Əsas odur ki, tərcümə olunan Divan bu günümüzün problemləri ilə həmahəngdir. Deməli, günümüzdə ortaya çıxan çətin məsələlərin həllini tapmağa da yardımçı ola bilər.

Kitab eyni zamanda Azərbaycan Livan xalqları ölkələri arasında ikitərəfli siyasi-iqtisadi əlaqələrin ədəbiyyat zəminində möhkəmlənməsinə, genişlənməsi dərinləşməsinə töhfə kimi qiymətləndirilə bilər. Ümid edirik ki, dahi mütəfəkkirin 140 illik yubileyi ərəfəsində bu toplu Azərbaycan şərqşünaslığına qiymətli töhfə kimi geniş oxucu kütləsinin elm adamlarının marağına səbəb olacaq.

 

Rafiq ƏLİYEV

fəlsəfə elmləri doktoru, professor

 

525-ci qəzet.- 2017.- 23 fevral.- S.7.