Braziliyada Xocalı soyqırımına həsr olunmuş fotokitab sərgisi

 

Braziliyada Xocalı soyqırımına həsr olunmuş fotosərgi açılıb. Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində açılan sərgi ölkəmizin Braziliyadakı səfirliyi tərəfindən təşkil edilib.

Səfirlikdən 525.az-a verilən məlumata görə, tədbirdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid müxtəlif dillərdə dərc edilmiş kitablar da sərgilənib.

Braziliya ictimaiyyətinin tanınmış şəxslərinin, o cümlədən parlamentin aşağı yuxarı palatalarının nümayəndələrinin, yerli diplomatik korpusun üzvləri müxtəlif universitetlərdən müəllim professor heyətinin iştirak etdiyi tədbirdəXocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış videoçarx nümayiş etdirilib, portuqal dilində bukletlər paylanılıb.

Tədbiri açan səfir Elxan Poluxov Xocalı faciəsi, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib.

O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan kampaniyanın dünyada uğurla həyata keçirildiyini bildirib.

Diplomat kampaniya nəticəsində Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığını tanınmaqda davam etdiyini diqqətə çatdırıb.

Sonra səfir dünyada hələ ikili standartların mövcud olduğunu dilə gətirərək, Xocalı soyqırımının təşkilatçılarının məsuliyyətə cəlb edilməsinə, eyni zamanda, dünyada belə dəhşətli hadisələrin təkrarlanmasına yol verilməməsinə çağırıb.

 

525-ci qəzet.- 2017.- 22 fevral.- S.3.