Çingiz
Abdullayev “Novruz mühazirələri”ndə
Fevralın 21-də Təhsil
Nazirliyi “Novruz mühazirələri”nə start verib.
İçərişəhərdə-
“Muğam klub”da keçirilən “Novruz mühazirələri”nin
ilk görüşündə xalq yazıçısı
Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat
şəkli: zamanın gerisində, yoxsa...” mövzusundan bəhs
edib.
Tədbirdə təhsil nazirinin
müavini Firudin Qurbanov, millət vəkilləri, təhsil
ekspertləri, yazarlar, KİV nümayəndələri
iştirak edib.
Xalq yazıçısı həyat
və yaradıcılığının maraqlı məqamlarından
danışıb, gənclərin dövlətin gələcəyində
əsas rol oynadığını, onların hərtərəfli
inkişafında kitaba, elmə olan marağın
dayandığını deyib. Müasir dünyada texnologiyaların
sürətlə inkişaf
etdiyini bildirən yazıçı gənclərdə
dünyagörüşünün formalaşmasında təhsil
və mütaliənin
vacibliyini vurğulayıb.
Sonra görüş iştirakçılarını
maraqlandıran suallar cavablandırılıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov xalq yazıçısına
“Novruz mühazirələri”ndə
iştirakına görə
təşəkkürünü bildirib.
“Novruz mühazirələri”nin keçirilməsinin əsas
məqsədi təhsil
və elmin bu və ya
digər sahələrinə
dair mövzuların gündəmə gətirilməsi
və populyar dildə təqdim olunmasıdır.
Qeyd edək ki, Təhsil
Nazirliyi ötən ildən başlayaraq “Novruz mühazirələri”
keçirir. Mühazirələrdə
tanınmış alimlər,
beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr,
Azərbaycan iqtisadiyyatının
uğurları, biliyin
qiymətləndirilməsi fəlsəfəsi,
səriştə əsaslı
təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə
informasiya texnologiyaları
sahəsinin inkişafı,
postmodernizm və təhsil mövzularından
bəhs ediblər.
S.QARAYEVA
525-ci qəzet.-
2017.- 23 fevral.- S.3.