Braziliyada Xocalı
soyqırımına həsr olunmuş foto və kitab sərgisi
Braziliyada Xocalı
soyqırımına həsr olunmuş fotosərgi
açılıb. “Xocalıya ədalət!” beynəlxalq
kampaniyası çərçivəsində
açılan sərgi
ölkəmizin Braziliyadakı
səfirliyi tərəfindən
təşkil edilib.
Səfirlikdən 525.az-a verilən məlumata görə, tədbirdə,
həmçinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə aid müxtəlif dillərdə
dərc edilmiş kitablar da sərgilənib.
Braziliya ictimaiyyətinin
tanınmış şəxslərinin,
o cümlədən parlamentin
aşağı və
yuxarı palatalarının
nümayəndələrinin, yerli diplomatik korpusun üzvləri və müxtəlif universitetlərdən müəllim
və professor heyətinin
iştirak etdiyi tədbirdə “Xocalıya
ədalət!” kampaniyası
çərçivəsində hazırlanmış videoçarx
nümayiş etdirilib,
portuqal dilində bukletlər paylanılıb.
Tədbiri açan
səfir Elxan Poluxov Xocalı faciəsi, “Xocalıya ədalət!” beynəlxalq
kampaniyası və Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
haqqında ətraflı
məlumat verib.
O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə
2008-ci ildə başlanan
kampaniyanın dünyada
uğurla həyata keçirildiyini bildirib.
Diplomat kampaniya
nəticəsində Xocalı
soyqırımının bir
çox ölkələr
tərəfindən tanındığını
və tanınmaqda davam etdiyini diqqətə çatdırıb.
Sonra səfir dünyada hələ də ikili standartların mövcud olduğunu dilə gətirərək,
Xocalı soyqırımının
təşkilatçılarının məsuliyyətə cəlb
edilməsinə, eyni zamanda, dünyada belə dəhşətli
hadisələrin təkrarlanmasına
yol verilməməsinə
çağırıb.
525-ci qəzet.-
2017.- 22 fevral.- S.3.