Şuşa Şəhər
Kitabxanasının 120 illiyi qeyd edildi
Fevralın 27-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında Şuşa Şəhər
Kitabxanasının yaranmasının
120 illiyinə həsr
edilmiş tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları
Şuşa şəhərinin tarixinə,
mədəniyyətinə və
görkəmli şəxsiyyətlərinə
dair foto və kitab sərgisi
ilə tanış olublar.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycanda kitabxanaların
yaranma tarixi ilə bağlı məlumat verib.
Sonra iştirakçılar Şuşa şəhərinin
tarixini və mədəniyyətini özündə
əks etdirən videoçarxı izləyiblər.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bildirib ki, Şuşa
şəhəri Azərbaycanın
tarixi yaşayış
məntəqəsi olmaqla
bərabər, həm
də mədəni qüdrətini yaşadır.
Şuşa şəhəri hazırda ermənilərin
işğalı altında
olsa da, onun mənəvi və mədəni dəyərləri yaşayır,
unudulmur. "Şuşa Azərbaycan tarixinin ləyaqətli və şərəfli bir səhifəsidir.
Qarabağın tarixi və
mədəniyyəti Azərbaycan
xalqının yaddaşından
silinməyəcək. Əminəm
ki, Prezidentimiz İlham Əliyev tərəfindən aparılan
məqsədyönlü siyasət
sayəsində işğal
altında olan ərazilərimizi geri qaytaracağıq. Bu bizim mənəvi və vətəndaşlıq
borcumuzdur", - deyə
nazir vurğulayıb.
Nazir deyib ki, bu gün
Azərbaycanın Birinci
vitse-prezident Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Qarabağ həqiqətlərinin
tanıdılması istiqamətində
böyük layihələr
həyata keçirir. Aparılan işlər
nəticəsində işğal
altında olan Qarabağ mövzusu beynəlxalq arenada həmişə aktualdır.
Əbülfəs Qarayev deyib:
"Bədnam ermənilərin
məkrli siyasəti nəticəsində Şuşa
Şəhər Kitabxanasının
fondu dağıdılaraq
150 min nüsxədən artıq
mənbə məhv edilib. Bu rəqəm
sadəcə bir kitabxanaya vurulan zərbə kimi yox, ümumilikdə Azərbaycan tarixinə qarşı törədilən
zorakılıq və
tariximizin mənimsənilməsi
yolunda atılan addım kimi qiymətləndirilməlidir. Bu gün biz hər
an, hər dəqiqə
Azərbaycan mədəniyyətinə
qarşı erməni
təcavüzünün şahidi
oluruq və mübarizəmizi davam etdiririk. Hər bir Azərbaycan
vətəndaşı, Qarabağ
sakini bu təbliğatda fəal olmalıdır. Milli mədəni
sərvətlərin mənimsənilməsinə
qarşı, o cümlədən,
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında
öz bilik və bacarığını
əsirgəməməlidir".
Qeyd olunub ki, bu
gün itirilmiş Şuşa Şəhər
Kitabxanasının zəngin
xəzinəsi əlimizdə
olmasa da, Bakıda fəaliyyətini
davam etdirən filiallar daim öz fondlarını zənginləşdirir və
möhtəşəm qayıdış
gününə zəngin
bir kitabxana ilə qayıtmaq ümidi ilə yaşayır: "Müharibədə
düşmənə qalib
gəlmək
üçün biz gənc nəsli maarifləndirməli və kitaba marağı daha da artırmalıyıq. Çünki kitabxanalar informasiya mənbəyi olaraq çox güclü bir silahdır. Bəzən kitablarda olan dəyərli bilgi hər hansı hərbi silahdan da güclü ola bilər".
Sonda nazir Şuşa Şəhər Kitabxanasının 120 illiyi münasibətilə Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) bir sıra əməkdaşlarını nazirliyin "Fəxri mədəniyyət işçisi" döş nişanı və fəxri fərmanlarla təltif edib.
Tədbirdə çıxış edən Şuşa rayon icra ha kimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı Elman Məmmədov, icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasova çıxış edərək Şuşanın tarixi və görkəmli şəxsiyyətlərindən söz açıblar. Bildirilib ki, Azərbaycanda ilk kütləvi kitabxana 1894-cü ildə Nəriman Nərimanov tərəfindən yaradılandan sonra ikinci belə böyük kitabxana məhz Şuşada fəaliyyətə başlayıb. Şuşada ilk qiraətxana Pənah xan tərəfindən yaradılmış, Mir Mövsüm Nəvvab tərəfindən ilk daş basma üsulu ilə kitab çapı da məhz Şuşada həyata keçirilmişdir.
Tədbirdə müasir dövrdə Şuşa MKS nəzdində fəaliyyət göstərən kitabxanaların durumu və vəziyyəti barədə məlumat verilib.
Şuşanın mədəni mühiti, tarixi məkan və turizm imkanları ilə bağlı fikirlərini bölüşən natiqlər doğma yurda qayıdacaqları günün uzaqda olmadığına inamlarını ifadə ediblər.
Tədbir Şuşa Şəhər
Uşaq Musiqi Məktəbi
şagirdlərinin ifası ilə başa
çatıb.
525-ci qəzet.- 2017.- 28 fevral.- S.7.