Berlin Humboldt Universitetində Azərbaycanla
bağlı tədbir
keçirilib
Berlin Humboldt Universitetində
Azərbaycan tarixi kafedrasının, AvroQafqAsiya
Cəmiyyətinin, Erkən
Tarix Muzeyinin, Şərqi Avropa üzrə Alman Mədəniyyət Forumunun
təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə reallaşan “Almanların Vürtemberq və Qafqaz arasında vətən axtarışı” fotosərgisinin
açılışına həsr olunan tədbir keçirilib.
Tədbiri açan Azərbaycan tarixi kafedrasının müdiri və AvroQafqAsiya cəmiyyətinin
sədri professor Eva-Maria Aux sərgi və onun təşkilatçıları
barədə məlumat
verib. Professor bildirib ki, XIX əsrdə Azərbaycanda və Gürcüstanda məskunlaşmış
almanların iqtisadi, mədəni və məişət həyatını,
onların yerli əhali ilə münasibətlərini əks
etdirən fotoşəkillərdən
ibarət sərgi cari il martın
19-dək Berlin Humboldt Universitetində, daha sonra Almaniyanın
bir sıra başqa şəhərlərində,
ardınca Bakıda, Göygöldə, eləcə
də Gürcüstanda
və Ukraynada açılacaq.
Tarix fakültəsinin dekanı
professor Qabriele Metsler təmsil etdiyi universitetdə Azərbaycan
tarixi kafedrasının
fəaliyyət göstərməsinin
Azərbaycanın tarixi
və mədəniyyətinin
alman gəncləri arasında tanıdılması,
eləcə də Azərbaycan dilinin tədrisi baxımından
əhəmiyyətini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin
xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti
üzrə xüsusi nümayəndəsi, Almaniyanın
ölkəmizdəki keçmiş
səfiri Haydrun Tempel çıxış
edərək Azərbaycanda
diplomatik fəaliyyəti
zamanı onda yaranmış təəssüratlarını
bölüşüb, ölkəmizdə
alman irsinin qorunmasına dair faktları təqdim edib. O, Azərbaycanda tarixin bütün
səhifələrində almanlara
qarşı tolerant münasibətin
mövcud olduğunu, Azərbaycan Demokratik Respublikasında alman icmasının öz deputatı ilə təmsil olunduğunu bildirib.
Azərbaycanın Almaniyadakı səfirliyinin
müşaviri Almaz Məmmədov çıxış
edərək Azərbaycan-Almaniya
ikitərəfli münasibətlərinin
tarixi və bu gününə nəzər salıb. O, 2017-ci ilin
iki dövlət arasında diplomatik münasibətlərin 25 illiyi
və Azərbaycanda alman məskənlərinin
200 illiyi ilə yadda qalacağını vurğulayıb. A.Məmmədov Cənubi Qafqaz
regionunda alman məskənlərinin salınmasının
200 illiyi haqqında Azərbaycan Respublikasının
Prezidenti tərəfindən
Sərəncam imzalandığını
qeyd edib.
Diplomat Azərbaycanda
hökm sürən multikultural mühit və dini tolerantlıqdan
danışaraq, ölkəmizdə
məskunlaşmış almanlara
münasibətdə mövcud
olan xoş rəftarın və hazırda alman irsinin dövlət səviyyəsində qorunmasının
iki ölkə arasında cari münasibətlər üçün
möhkəm əsas yaratdığını bildirib. Ölkəmizin
regionda aparıcı gücə çevrildiyini və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
bütün regionun
inkişafı üçün maneə olduğunu qeyd edən A.Məmmədov
Almaniyanı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həllinə töhfə vermək üçün
səylərini artırmağa çağırıb.
Çıxışlardan sonra tədbir
iştirakçıları üçün ziyafət verilib
525-ci qəzet.-
2017.- 25 fevral.- S.13.