Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
Şirməmməd HÜSEYNOV
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə düşünmüş,
bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq,
düşünək, bu günümüz üçün fəxr
edək!
TARİXÇİYƏ
QARŞI SİYASİ
“Sovetlər ittihadı”nda cərəyan edən vəqayi
bütün dünyanın nəzər diqqətini cəlb etməkdədir. Çılğın
“təcrübə” bütün sürətilə kəndi məntiqi
nəticəsinə yaqlaşıyor. Sovet
rejimi olduğu kibi, komunizm diktatorluğu dəxi tarixçə
məhkum olduqları uçuruma doğru yuvarlanıyor.
Köylü Rusiyayı bir həmlədə sənayeləşdirmək
kibi müəzzəm planilə Stalin diktatorluğu bu
içtinabı qabil olmayan aqibətin önünə
keçə biləcəkmidir?
İxtisas
və fənn əhilləri, obyektiv məlumata istinad edərək,
Stalin “beş sənəliği”nin
çökəcəyini qəti surətdə elan ediyorlar.
Şu halda Sovet rejimilə birlikdə komunist
diktatorluğunun inqirazı da mühəqqəqdir. Gərçi
başqa türlü düşünənlər də yox
degildir. Az da olsa “bolşevik təcrübəsinin”
müvəffəq ola biləcəgini təxmin edənlər
də vardır. Fəqət bu təqdirdə belə
“kapitalist dünyasilə sosyalist aləmi” arasında qanlı
bir toqquşmanın zühuru təxmin olunuyor ki, bu dəxi
“Sovetlər ittihadı”nın hərb nəticəsi
olaraq parçalanmasına mucib ola bilir.
Siyasi rus mühacirliginin müməssilləri Sovet
rejiminin möhtəməl aqibəti haqqında birinci
görüşdə iştirak ediyorlar. Keçənlərdə
Parisdə vüqu bulan ümumi konfranslarından birində, rus
liberalizminin müməssili P.Milyukov, Sovet industralizasyonunun təxsis
olunan beynəlmiləl müəlliflərə aid əsərləri
təhlil edərək bunlardan bu təşəbbüsün əqamətə
uğrayacağını dava edənlərə haqq veriyordu.
Bolşeviklərin yaxın bir gələcəkdə
düşəcəklərinə inandıqdan sonra,
bolşevik əleyhdarı rus qüvvətləri
üçün, istər-istəməz,
aşağıdakı sualı qoymaq zərurəti vardır. O halda şimdiki hökuməti
dəyişəcəkmi?
“Cümhuriyyətçi
Demokratlar İttihadı”nın lideri
Milyukov, yuxarıda məzkur konfransında, bu canlı məsələyə
dəxi təmas eyləmişdir. Rusiya daxilində
bolşeviklərə qarşı fəal bir surətdə
mücadilə edən qüvvətlər varmıdır?
Kəndisi tərəfindən bu şəkildə
qoyulan suala, onun verdigi cavab olduqca mübhəmdir. Böylə
bir mücadilənin mövcudiyyətini bildirən havadisin ələlümum,
Minsk (Belorusiya paytaxtı), Xarkov (Ukrayna), Tiflis və Bakı
(Qafqasya) kibi mərkəzlərdən xəbər verildiklərindəki
məna üzərində “məlum səbəblərə
görə” Milyukov o zaman, “Pək də durmaq istəməmişdi”.
Fəqət Parisdə bu mövzu üzərində təfsilata
girmək istəməyən Milyukov Prağda daha cəsarətlə
hərəkət etmişdir.
“Cümhuriyyətçi
Demokratlar İttihadı”nın Prağ
şöbəsi naminə Meysner tərəfindən verilən
“Rusiyadakı vəziyyət və mühacirligin vəzifələri”
nam konferansın münaqişəsi əsnasında Milyukov pək
mühüm bir bəyanatda bulunmuşdur.
“Rus
kültürü” ilə münəvvərlərinin
qırbaç altında vücuda gəldigini söylədigi
üçün dinləyənlərin protestosunu cəlb edən
beloruslu bir tələbəyi himayəsinə alan
Milyukov kəndi tərəfdarlarını “Rusiya millətlərinə
diqqət və etina ilə yanaşmaya” dəvət etmiş.
“Çünkü bolşevik hakimiyyətinin düşəcəgi
sırada millətlərin alacaqları vəziyyət pək
mühüm bir rol oynayacaq: ehtimal ki, kənar vilayətlər
daha əvvəl təşəkkül edəcəklərdir”
- demişdir. Daha sonra rus lideri demiş ki: “Rus cəmiyyəti
millətlərə ümumi lisan bulmaya borcludur -
çünkü yenidən həyat bulacaq Rusiyanın
tutacağı istiqamət əzəmi dərəcədə,
bu keyfiyyətdən asılıdır (“Posledniye Novosti”, ¹
3572)”
Milyukov məruf bir siyasi olduğu qədər, bəlkə
daha ziyadə məruf bir tarixçidir. Yuxarıya
aldığımız bəyanatda tarixçi Milyukovu görməmək
qabil degildir. Biz tarixçi olmaq həsəbilə, o
başqalarından daha iyi görüyor ki, əsrimizdəki
ictimai və siyasi amillərin inkişafı “Vozrojdenya” qəzetəsindəki
rus imperialist-monarxistlərinin qorumaq istədikləri “tarixi
Rusiyayı” müdafiə etməyə qətiyyən imkan
vermiyor.
Siyasi
qüvvətlərin ümumi cərəyan və istiqamətlərini
təhlil ilə tarixi vaqeələr arasında yapılan qiyas
tarixçi Milyukovu millətlərlə anlaşmaq tərəfinə
sövq ediyor: o millətlərlə ki daha keçən sənə
eyni Prağda, eyni C.D.İ. tərəfindən təşkil
olunan bir konferans əsnasında siyasi-Milyukov tamamilə
başqa bir lisansla qonuşmuşdu.
Hazirundan birisinin “milliyyətlərlə nədən
anlaşmazsanız?” deyə verdigi suala, Milyukov o zaman “onlarla
bizim müştərək lisanımız olamaz!” deyə cavab
vermişdi.
Siyasi-Milyukov, zatən şimdiki halda dəxi
tarixçi-Milyukova müxalifdir. Millətlərin tam istiqlala haqlı
olduqlarını tarixçi Milyukov müdrikdir, o eyni zamanda
“Rusiya millətlərinin” bolşevizmin düşəcəgi əsnada,
rus millətindən daha əvvəl təşəkküldə
edəcəkləri imkanını da qəbul ediyor.
Bununla bərabər siyasi Milyukov demokrasinin ən
böyük və müqəddəs, deyə elan etdigi milli
istiqlal haqqını tam bir şəkildə qəbul edəmiyor. Onun təmsil
etdigi Cümhuriyyətçi Demokratlar İttihadı “millətlərin
tam istiqlallarilə Rusiyadan ayrılmaq haqqını” şimdi
belə həzm edəmiyor.
Fəqət, nə olsa da, “siyasi” “tarixçi”yi təskin
ediyor.
“Əvvəlcə millətlərlə anlaşmaq, onların
almış olduqları inadçı vəziyyətdən
dolayı müşküldü...”,
şimdi isə - Milyukova görə “əvvəlcə inad
göstərən seperatistlərə mənsub bəzi
mühafilin haləti-ruhiyyələrində bəzi təbəddülat
təmayülləri” varmış.
İştə bu “təmayülləri” “iyi surətdə
qarşılamayı və təşviq etməyi”
siyasi-Milyukov tarixçi-Milyukova sərih surətdə təmin
ediyor.
Hankı məhafil və hankı “təmayüllərdən”
bəhs olunduğu Milyukova məxsus diplomatik bir sirr olaraq
qalıyor. Fəqət biz, vəqt ikən, tarixçi Milyukova
anlatmaq istəriz ki, siyasi Milyukovun məxəzi məchul
şübhəli xəbərlərinə gönül verməsin.
Kəndi istiqlalları üçün cəhd
edən millətlərin haləti-ruhiyyələrində “təyini
müqəddərat haqqının tamamiyyətindən” zərrə
qədər inhiraf etmək meyli və təmayülü bizim
bildigimiz heç bir mühafildə nə var nə də
mütəsəvvürdür.
Qızıl
imperializmin zəvalə məhkum olduğu böylə bir
zamanda, bir zamanda ki, millətlər kəndi insani haqq və
hürriyyətlərini qazanmaq üçün qəhrəmanca
çarpışıyorlar və böylə bir zamanda ki,
millətlər kəndi dövlətlərini daha əvvəl və daha
müvəffəqiyyətlə təşkil edəcəkləri
hiss və etiraf olunuyor - kəndi müqəddəratlarını,
ən təbii hürriyyət və istiqlal haqlarını
inkar edən bir siyasətin müməssillərilə
bağlamaq meyl və arzusunu millətlər qətiyyən
ibraz etməzlər!
Biz kəndi
tərəfimizdən “tarixçi”yə “siyasi”nin
hisslərinə qapılmamayı tövsiyə edəriz.
Hürriyyətlərini əldə etmək üçün
çalışan millətlər boyunlarındakı
qızıl əsirlik zəncirini atdıqdan sonra onu yeni bir zəncirlə
təbdil etmək istəməzlər!
M.Ə.Rəsulzadə
9.I.1931
“Odlu-Yurd”,
Şubat (fevral) 1931, ¹ 25
İçtinab
- saqınma, çəkinmə
İnqiraz
- sonu kəsilmə, məhv olma
Əqamət
- yaşamağa
Məruf
- məşhur
Qiyas -
müqayisə
Hazirun -
iştirak edənlər
Məhafil
- məclislər, toplanmış heyətlər
İnhiraf
- dönmə, sapma
AZƏRBAYCANDA
Azərbaycan
Komunist Firqəsində təmizlik
Bakıda çıxan “Vışka” qəzetəsi ilə
(¹ 369) vaqe olan mülaqatında, Azərbaycan komunist firqəsi
mərkəzi kontrol komisyonu təşkilat qismi
müdürü Podolski, Azərbaycanda komunist firqəsi təmizliginə
həziranın 1-də başlanıb eylülə qədər
davam edəcəgini söyləmişdir.
Gizli cami
inşası
Azərbaycan sovetlərinə seçki propağandası
getdigi zaman məmləkətin müxtəlif qəzalarında,
xalqın camiləri klub və qiraətxanayə çevirdikləri
xəbər veriliyordu. Bu xəbərləri bilaxirə Qarayev təkzib
etdi və zorla klub yapılan camilərin “təxliyə” edilməsini
əmr eylədi. Bu hadisə Azərbaycan
köylərində vəziyyətin heç də
“allahsızlar” lehində olmadığını göstəriyordu.
Şimdi Bakı qəzetələrində oxuyoruz ki,
(Vışka, ¹ 359) Azərbaycanın paytaxtında Türk əhalisi
2 yerdə, hökumətdən gizli olaraq cami inşa etməkdədir. Camilər gecələri
yapılmış və “allahsızların” xəbəri
olmadan tamam olmuşdur.
Bakı-Moskva
petrol borusu
Rusiya hökuməti baş mədəniyyat idarəsinə
Bakı ilə Moskva arasında petrol borusu inşası
üçün lazımi istikşatata başlamasını əmr
etmişdir.
Boru, Moskvadan başlayıb Ədil çayı sahilində
olan Saratovdan keçərək, Dağıstan Cümhuriyyətinin
şimdiki paytaxtı Şamil qala (sabiq Petrovski)də
bitəcək və 2000 kilometro uzunluğunda olacaqdır.
Borunun inşası üçün Amerikanın
mühüm mütəxəssislərilə bir çox
böyük firmalar cəlb edilmişdir.
Boru ildə
Bakıdan Moskvaya 100.000.000 put petrol sövq edəcək həcmdə
olacaqdır. Sırf Bakı xam petrolundan ibarət olacaq bu
miqdar dəniz vəzifəsi ilə Bakıdan Şamil-Kalaya gətiriləcək
və Moskvada inşa ediləcək böyük benzin, yağ v.s. emalatxanalarda emal ediləcəkdir
(Bakinskiy raboçiy, ¹ 115).
Bu surətlə Moskva, Bakını sənaye mərkəzi
halından çıxarıb sırf sağmal inək kibi xam
mal mərkəzi halına salmaq planını tətbiq ediyor. Vaxtilə bu
projeyi çar hökuməti tətbiq etmək, petrol
emalatını Moskvaya köçürmək istəmişdir.
Fəqət o zamankı texnika ilə bu
baxalığa mal olduğundan vaz keçilmişdi.
Şimdi petroldan benzin, yağ, qaz, ğazelin, liğroin v.s.
emalatını Bakıdan uzaqlaşdırmaq, benzin
fabrikalarını Batuma, Suxuma və Moskvaya köçürmək
planını bolşevik Rusiya tətbiq etmək istiyor.
Qazax
partizanlar
Bakıda
nəşr olunan “Yeni yol” qəzetəsinin (¹ 98) verdigi məlumata
görə 1922 sənəsindən bəri Azərbaycanın
Qazax qəzasında Sovet hakimiyyətilə müsəlləh
mücadilə edən və məruf Ələkbər bəy
ilə İsmayıl bəyin komandası altında olan
“Müsavat partizanları” ilə “Çeka” qüvvətləri
arasında Qazax qəzasının Zəyəm nayihəsində
müsadimə olmuş, nəticədə partizanlardan 6
kişi şəhid düşmüşdür. Müsadimə zamanı “Çeka” qüvvətləri
komandan müavini Yadigarov dəxi
öldürülmüşdür.
Türk
sözləri lüğəti
Bakıda
çıxan türkcə “Komunist” qəzetəsinin (¹ 123)
yazdığına görə “Azərbaycanı öyrənən
cəmiyyət” - “Türk sözləri böyük
lüğəti” nam əsəri bitirmişdir. Bu il son baharda əsərin ilk cildi intişar ediləcəkdir.
Lüğət Dalin rusca lüğəti
misalında olub 65.000 Türk-Azəri xalq sözlərini ehtiva
etməkdədir.
Yun
hazırlığı
Bu il Azərbaycanda bahar yun hasilatı 453 ton
olmuşdur. Bu miqdar əvvəlcə dövlət
kooperativ idarəsi olan “Köy birligi” tərəfindən təsəvvür
olunan hasilatın 30% təşkil etməkdədir.
“Sabir
kütübxanəsi”nin onuncu
ildönümü
Milli Azərbaycan
Cümhuriyyətinin 1-ci ildönümü münasibətilə
1919 sənəsi Mayısının 28-də Bakıda, Milli
Xalq şairi “Sabir” adına böyük bir kütübxanə
təsis edilmişdi. Məzkur kütübxanənin minlərlə
əzası, 10 minlərlə oxucuları bu il
28 Mayıs 1929-da kütübxanənin 10-cu
ildönümünü təsid eyləmişlərdir.
Kütübxanə, daimi əzalar tərəfindən
intixab edilmiş bir şura vasitəsilə idarə ediliyor, nəzdində
ədəbiyyat dərnəgi, qadınlar qismi, qiraətxanə
v.s. vardır.
Bakı qəzetələrinin yazdıqlarına görə
hal-hazırda kütübxanənin 12.311 cild kitabı
vardır.
1929 sənəsində oxunan 73.991 kitabın 18.391 cildi bədii
ədəbiyyata dair, 55.600 cildi isə fənni və elmə
aid əsərlər olmuşdur. Kütübxanənin
4000 kişiyə yaxın daimi əzaları içərisində
yalnız 102 komunist vardır (Komunist, ¹ 123).
Kütübxanədəki statistik oxucu kütləsinin
get-gedə fənni, elmi, incəsənət və ədəbi
əsərlərə həvəs göstərməkdə
olduğunu, fənni əsərlərə olan həvəsin
bilxassə artmaqda olduğunu, komunizmə dair əsərlərə
isə kimsənin maraqlanmadığını göstərməkdədir.
Beş
illik plan
Rusiya
Sovet hökuməti tərəfindən qəbul olunan “beş
illik inşaat planı” mövcibincə 5 il içərisində
Azərbaycanda Bakı-Culfa dəmir yolu ikmal ediləcək,
Nuxa və Qarabağdan Yevlax stansiyonuna, Daşkəsəndən
Gəncəyə, Qubadan Xaçmaza, Muğan pambıq məntəqəsindən
Bakı-Culfa dəmir yolu xəttinə dəmir yolları
çəkiləcəkdir.
Dəniz
işlərində 1933 sənəyə doğru Bakı dəniz
vəsaiti nəqliyyəsi 11.050.000 ton quru yük, 7.350.000 ton
petrol məhsulatı, 230.000 yolçu daşınacaq bir hala gətiriləcəkdir.
Azərbaycan
şose yollarına 5 il müddətində
38.000.000 manat sərf ediləcək və şose
yollarının uzunluğu 2 misli artacaqdır.
Həbsi
sərxoş
Bakıdan gedən bir təftiş heyəti başda
stasyon müdiri Diyaçkov olduğu halda, Akstafa dəmir yol məmurlarını
və bolşevik firqəsi əzalarını həp sərxoş
bir halda bulmuşdur.
Çekistin
ölümü
Zakatala qəzasında
9 ildən bəri Sovet hökumətinə qarşı
mücadilə edən və Sovet qəzetələrinin məlumatına
görə, bu vaxta qədər tək başına 50 məsul
komunist öldürmüş olan məruf “Qaçak Şua”
mayısın sonlarında vaqe olan bir vuruşmada Çeka
qüvvətləri rəisi Hacı Nəsibovu
öldürmüşdür. Təyid olunmayan
bir xəbərə görə “Qaçak Şua” kəndisi də
şəhid düşmüşdür.
Məhkəmədə
bir hadisə
“Zarya Vostoka” qəzetəsinin (¹ 137) yazdığına
görə sabiq cümhuriyyət müddei-ümumisi (prokuroru)
Zöhrabbəyov mühakimə edilirkən şahidlərdən
gizli polis məmuru Sultanov məhkəmə rəisi Poladxanov
ilə müddəi-ümumi Ağayevi, məhkəmə əzaları
ilə polisləri öldürmək qəsdilə atəş
etmiş və kəndisi də intihar eyləmək istərkən
tutulmuşdur.
Zöhrabbəyov, ismi zikr edilməyən məruf bir
“qaçağı” gizlətməklə ittiham olunuyordu.
Mühakimə davam edəməmişdir.
“Odlu-Yurd”,
avqust 1929, ¹ 6
“MİLLİ
GECƏ” HAQQINDA
Milli Azərbaycan
gecəsi!..
Təfsilatı qismi məxsusumuzda verilmişdir. Fəqət
bu təfsilat ancaq gecənin texniki “həvadisini” qeyd edən
bir müxbir raporundan ibarətdir. Gecəyə
gəlməmiş bulunanlar bu rapor üzərinə onun
haqqında məlumat alır, fəqət hazır olanların
o gecə duyduqları fövqəladə həyəcan
haqqında qabil degil, həqiqi bir fikir edinəməzlər.
Milli qiymətlərlə, xüsusiyyətlərin nə
böyük bir yaradıcılıq qüvvətinə malik
olduğunu “Unyon Fransez” salonunda təmsil edilən o gecəki
Azərbaycan həyatı nə parlaq bir müvəffəqiyyət
və qüdrətlə göstəriyordu.
Bu gecə isbat ediyordu ki, yabancı istila üzərinə
vətənlərindən ayrı düşən azərilər
vətənin ancaq cismindən ayrılmışlardır,
yoxsa vətənin əsil özəgini təşkil edən
mənəviyyatından heç də ayrı degildirlər.
Qarşımızda gərək proğram, gərək
“aktyor və akterisləri” etibarilə çox mütəvənni
bir səhnə vardı. Mini mini yavrulardan tutaraq, dəliqanlılar
və gənc qızlara qədər,
böyüklü-kiçikli bir gönüllüdən ibarət
olan bu səhnə, Azərbaycanın harsı və mədəni
həyatından ayrılmış və bizə nümunə
kibi göstərilmiş bir parça idi. Əvət,
bu bir səhnə degil, həyat kəndisidi. Milli Azərbaycan
həyatı!
Məmləkətinin səadət və fəlakətini
tərənnüm edın şairlərini unudan,
çocuqluğundan bəri alışdığı
doğma nəğmələrindən yadırqayan,
mühitinin bədii zövqlərini oxşayan mövzun hərəkətlərdən
nəşələnmiyən - bir sözlə milli hars və
bənligindən mənən uzaqlaşan bir mühacir, məmləkət
və vətən nöqteyi-nəzərindən qeyb
edilmiş bir insandır.
Kəndini qeyb etdirməmək - iştə Azərbaycan
mühacirətinə hər şeydən əvvəl tərəttüb
edən mühüm bir vəzifə Azərbaycan türk
xalqının milli haq və istiqlalının mədəniyyət
dünyası qarşısında davaçısı bulunan
siyasi Azərbaycan mültəcilərinə düşən vəzifə
sadə kəndilərindən olmayanları kəndi məsələlərilə
aşina etməkdən ibarət olamaz. Onların ən
böyük vəzifələrindən biri də oradakı
maddi maneələri yehrək, məmləkətlə
çox sıxı bir əlaqə və ruhi mərbutiyyət
təsis etməkdir. Bunun ən doğru
yolu isə toplu halda məmləkət mənaviyyatı ilə
yaşamaq, vətənin ruhi həyatilə səmimi ünsiyyətdə
bulunmaqdır.
Milli Azərbaycan gecəsi - iştə böylə bir
proğramı tətbiq eyliyor, böylə bir ehtiyacı həqqilə
tətmin ediyordu. Ürəklərin ta təkindən gələn bir həyəcanla
qopan o coşqun alqışlar arasında Sürəyya
xanım tərəfindən söylənən “məsəl”
məsələ uydurulmaq istəndigi üçün,
sırf ədəbi şəklə rəayətlə, məsəllərdəki
ənənəyi pozmayaraq, bir “şahzadə”dən bəhs
ediyordu, yoxsa, gecə Azərbaycan istiqlal və səmimiyyətinin
istiqbalə malik dəgərli bir müməssili bulunan
Dilşad xanımın müəssir ləhnilə söylənib
də salonu canladan bir alqış tufanı arasında “kəndilərini
kəsmək üçün enən xəncərə
hürriyyət istəriz! - deyə yazan” milli qəhrəmanların
yapdığı şanlı mücadilə nəticəsində
“gözəl qızın belindən çalınan göy,
qırmızı və yaşıldan ibarət üç rəngli kəmər”
mütləqa bulunacaq və təkrar “Azərbaycan” gözəlinin
belinə bağlanacaqdır.
Bu vədi
həqiqiləşdirən, bu ümidi qüvəvtləşdirən
o gecədə nə qədər vaqeə, nə qədər
səmimiyyət, nə qədər həyəcan, nə qədər
ruh, nə qədər əzm və iman vardı!!.
Musiqinin də,
şeirin də, təğənninin də, rəqsin də bu
gecə ayrı bir xüsusiyyəti vardı: qütsi məfkurə
xüsusiyyəti. Mövzular həp vətən,
millət və istiqlal ətrafında dolaşıyordu. Kiçik çocuqların belə tansları
“bayrağa dua” idi. “Şamilin duası” rəqs
olduğu kibi.
Sadə istiqlal bayramı degil, milli Azərbaycan türk
kültürünün də bayramını təşkil edən
“gecənin” bir xüsusiyyəti də qeydə şayandır. Azərbaycan
mühacirləri mədəni məmləkət rabitələrini
sadə böyüklər arasında saxlamaqla iktifa etməyib,
onlar bu ruhu burada böyüyən yeni nəslə də
aşılıyorlar, çünki milli məfkurənin, nəsillər
arasında bir ənənə halına keçmək surətilədir
ki, yenilməz bir qüvvət olduğunu bilirlər. Kiçiklərin bu gecə göstərdikləri
sevimli müvəffəqiyyətləri bu xüsusda nə
böyük ümidlər verməkdədir. Bütün
ənat və təfsilatını təsvirdən aciz
olduğum “gecə”nin istixdam etdigi iki
böyük qayəi əzəmi surətdə hasil oldu. Həm
İstanbuldakı azəri kolonisi ruhən çox möhtac
olduğu bir məmləkət havası içində candan
bir gecə yaşayaraq, mənəvi vətəninə
qovuşdu, həm də möhtərəm müsafirlər Azərbaycanın
nə kibi ruhi xüsusiyyətlərə malik bir Türk məmləkəti
olduğu haqqında bir fikir edinmiş oldular.
“Bir sənəlik nəşriyyatın işini bu “gecə”
bir gecədə gördü” - deyənlər bizcə
heç də yanılmamışlardır.
Azərbaycan
mütəşəbbüsləri bu kibi milli kültür
nümayişlərini daha ziyadə ümumiləşdirirlərə
və genişləndirilərsə, çox böyük bir
ehtiyacı rəf edəcəkləri kibi, çox müəssir
bir propağanda silahını da qullanmış
olacaqlardır!
Azəri
(M.Ə.Rəsulzadə)
“Odlu-Yurd”,
Temmuz (iyul) 1929, ¹ 5
Tərəttüb
- sıralanma, tərtibə salma
Mültəci
- pənah gətirən, pənah aparılan yer
Ləhn -
gözəl, ahəngdar səs
Təğənni
- oxuma
İstixdam
- xidmət
TÜRK
İLİ
Türk
ocaqları mərkəz heyəti tərəfindən
Türkiyə Cümhuriyyətilə bərabər
bütün Türk dünyasının əhvalını
xülasə etmək üzrə təsis olunan “Türk Səlnaməsi”nin keçən sənə martda
çıxması bəklənilən ilk nüsxəsi ancaq
şimdi nəşr edilə bildi.
Türkçiligin
əməkdar xadimlərindən möhtərəm
Y.Akçura bəy tərəfindən toplanılan “Türk
ili” namini daşıyan və ərəb həriflərilə
bəlkə də ən son basılmış olan bu
mühüm əsər türk milliyyətpərvərligin mənşəi,
tarixi və fikri amillərini qeyd və təsbit etməsi həsəbilə
çox böyük bir ehtiyacı tətmin eyləməkdədir.
Əsasən məlum olsalar da, türkçülük hərəkatına
aid bir çox materyalları, daha toplu surətdə, ustada məxsus
metodik tərzdə, daha canlı olaraq verən bu qalın
cilitdə (650 əski “Türk-Yurdu” səhifəsi) Lehistan
mültəcilərindən milli türk şüuruna hizmət
etmiş Mustafa Cəlaləddin paşa kibi bilmədigimiz yeni kəşiflərlə,
az məlumatdar olduğumuz tərcümeyi-hal
vaqeələri də vardır.
“İlin”
ən canlı səhifələrini təşkil edən bu
qismi, türkçülügün tarixi, bizzat Y.B. tərəfindən
qələmə alınmış və bu “tarix” məşrutiyyət
dövrünə qədər yazılmışdır. Bu dövrdən sonrakı qismin yazılacağı
isə 1930-da çıxacağı möhtəməl ikinci
cildə buraxılmışdır.
Bu qismidən
maəda - “İldə” Türkiyə Cümhuriyyətinin
tarixi, Cümhuriyyət müəssisi Qazi paşanın tərcümeyi-hallarilə,
məşhur nitqlərinin gəncligə xitab edən qismi,
Cümhuriyyət müəssisləri haqqında pək zəruri
və statistik məlumat dərc olunduğu kibi, Türkiyə ədəbiyyatı,
iqtisadiyyatı və sair xüsusatına aid dəxi ixtisas əhli
tərəfindən yazılmış məaqlələr
vardır.
“Yıl” yalnız Türkiyədən bəhs etməz. Cildin 3-cü
qismi “Türkiyə Cümhuriyyəti xaricində bulunan
türklərə - təxsis edilmişdir. Bu qismin girməsi mütəsəvvir məqalələrin
həpsi texnik səbəblərdən dolayı, məətəəssüf
dərc edilməmişdir. Türkistan məqaləsilə
İran türkləri məqaləsi bu cümlədəndir.
Bununla bərabər bu qism dəxi 200 səhifəyi ehtiva etməkdədir
ki, bundan 80 səhifəsi Rəsulzadə M.E. bəyin qələmilə
yazılmış “Qafqasiya türkləri”nə təxsis
edilmişdir.
“Qafqasiya
türkləri” - Emin bəyin “Azərbaycan Cümhuriyyəti”
nam kitabındakı məlumatı ixtisarən ehtiva etməklə
bərabər, Azərbaycan tarixinə aid müfəssəl və
metodik məlumatla məmləkətin iqtisadiyyatına və
bu günkü vəziyyətinə aid dəxi epiyi məlumat
vardır. Ayrıca Dağıstana da məqalədə
bir fəsil ayrılmışdır.
Azərbaycandan maəda bu qismdə Qərbi Trakya
türkləri, Krım türkləri, Kazan türkləri və
sairləri haqqında da C.Seyid Əhməd, A.Seyid Battal bəylər
kibi səlahiyyətdar zəvatın məqalələri
vardır.
Türk məmləkətlərindəki milliyyət və
istixlas hərəkatları ilə əlaqədar olan zəvatə
işbu əsəri oxumalarını hərarətlə
tövsiyə edərkən, bu əsəri vücuda gətirən
möhtərəm müəllifilə Türk Ocaqları mərkəz
heyətinə də təşəkkür etməyi ehmal edəməyiz.
Azəri
(M.Ə.Rəsulzadə)
“Odlu-Yurd”,
1 mart 1929, ¹ 1
Təxsis - həsr etmə
(Ardı var)
525-ci qəzet 2017.- 1 iyul.- S.20.