Ulduz” jurnalının növbəti sayı çıxdı

 

DƏRGİNİN “OXUCULARA KİTAB HƏDİYYƏSİ” OLARAQ BU DƏFƏ SONA VƏLİYEVANIN “DÜNYA TANRI BİÇİMDƏDİR” ŞEİRLƏR TOPLUSU SEÇİLİB

 

BugünlərdəUlduzjurnalının iyun sayı işıq üzü görüb.

 

Jurnalın bu sayı da ənənəvi olaraq, ekspet rəyi ilə başlayır. Tanınmış şair nasir Sona VəliyevaYolçu yolda gərək...” yazısı iləUlduz”un 50 illiyi may sayı haqqında düşüncələrini bölüşüb.

 

Qeyd edək ki, “Ulduz”un oxuculara kitab hədiyyəsilayihəsi xoş bir ənənə halını alıb. Bu layihə üzrə hər ay bir yazıçının kitabı jurnalı əldə edən oxuculara hədiyyə olunur.  Yazıçılarla jurnalın redaksiya heyətinin birgə təşəbbüsü ilə gerçəkləşdirilən layihədə bu dəfə Sona VəliyevanınDünya Tanrı biçimdədirkitabı oxuculara hədiyyə edilib. Vektornəşriyyatında çap olunan kitabda müəllifin son illərdə yazdığı şeirləri toplanıb.

 

Ulduz”unÖzüylə söhbətrubrikasının qonağı yazıçı Alpay Azərdir. Onunözüylə söhbəti”niBubu müharibə”, “Susanlar danışanlarhekayələri izləyir. Şair Elşən ƏzimBir gün sonrapoeması ilə bu sayda çıxış edib.Qısa fikirlər xəzinəsirubrikasında bu dəfə C.Məmmədovun təqdimatında A.Şopenhauer, N.Berdyayev, M.Haydegger, V.Nalimov, Y.Lotman, X.A.Livraqa, Y.Tuvim, A.N.Asya, K.Kastaneda, Q.Laub U.Eko kimi mütəfəkkirlərin aforizmləri yer alıb.

 

Bu sayda BDU-nun Filologiya fakültəsində fəaliyyət göstərənSözYaradıcılıq Birliyinin üzvlərinin yaradıcılıq nümunələri ədəbiyyatşünas Məti Osmanoğlunun təqdimatı ilə çap olunub.

 

Vüsal Nuru jurnalda bu dəfəZamanın arxasındayazısı ilə çıxış edib. Tərcümə saatırubrikasında Xatirə Nurgülün tərcüməsində Mariya SvetayevanınDəfnə çələngiəsəri, Leyla Əsədullayevanın tərcüməsində Edgar Allan Poe Robert Burnsun şeirləri dərc olunub.

 

Təranə Vahidİtkixüsusi rubrikasındaAyaq səsləri, səsi səssizliyiessesi iləUlduzjurnalının mərhum əməkdaşı Rəfiqə xanımı xatırlayıb.

 

Elmar VüqarlıElməddin Nicatın gecikməsiməqaləsində şairin yaradıcılığını təhlil edib.

 

Şeir vaxtıbölməsində Əntiqə Səməndər, Vasif Süleyman Faiq Balabəylinin şeirləri çap olunub.

 

Elxan Yurdoğlunun mərhum şair İlqar Qulusoyla bağlıÖlümlə əylənən şairim, ölümünlə əyləndirmədin biziadlı xatirələri dərc olunub.

 

Ruhəngiz Sultanova “Elm, fantastika uşaq təxəyyülüməqaləsi, Firuz Mustafa “Fantast yazıçının Marsda dəfniyarımçıq povest haqda hekayəsi, Zaur SahilƏsgər məktubuçıxış ediblər.

 

Sözjurnalının baş redaktoru Sevda Əlibəylinin mərhum şair Allahverdi Məmmədli haqqında yazdığıGöz açıb görərsənyazısı şairin şeirləri jurnalın bu sayında yer alıb.

 

Debütrubrikasında Lamiyə İsazadə öz şeirləri, “Nəsrbölməsində Təranə Fazilqızıİlan ovsunu”, “Avtobusda hadisə”, “Bataqlıq”, Aləm KəngərliVelosipedhekayələri ilə çıxış ediblər.

 

Tribuna”da professor Aynur SabitovanınAmerika maarifçiliyiməqaləsi, “Yeni imzalarrubrikasında Nahidə Sabirlinin Nuranə Abbaslının şair İslam Sadiq haqqında təqdimat yazıları yer alıb.

 

Dərgidə kitabrubrikasının qonağı gənc şair Xəzər SüleymanlıGünahkarbaşlığı altında şeirləri ilə çıxış edib.

 

ŞAHANƏ

525-ci qəzet  2017.- 1 iyul.- S.13.