Gənc yazarların poeziya
gecəsi keçirildi
Dünən Binəqədi Gənclər Evində Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi 4 aylıq “Bölgələrdən səslər-3” layihəsinin yekun tədbiri - eyniadlı kitabın təqdimatı və “Gənc yazarların poeziya gecəsi” təşkil edilib.
Tədbirə millət vəkilləri, Binəqədi Gənclər
Evinin rəhbərliyi,
yazarlar, layihə iştirakçıları və
media nümayəndələri qatılıblar.
Mərasimin açılış nitqində
şair-publisist, DGTYB-nin
qurucusu Əkbər Qoşalı “Bölgələrdən
səslər” layihəsi
haqqında geniş məlumat verib. Qeyd edib
ki, artıq ənənə halını
almış layihənin
məqsədinin paytaxtdan
kənarda yaşayan istedadlı gəncləri
üzə çıxarıb
ictimaiyyətə təqdim
etmək, onların öz yaradıcılıq
nümunələrini geniş
auditoriyada tanıtmasına
şərait yaratmaqdır. “İndi
bölgələrdə yeni
nəsil ədəbiyyatı
yaranır” - deyən Ə.Qoşalı şairə
Rəsmiyyə Sabirin tərtibçisi olduğu
almanaxda Azərbaycanın
28 rayonunda yaşayan gənc yazarların yaradıcılığından seçmə nümunələr
toplandığını nəzərə
çatdırıb.
Ə.Qoşalı çıxışında gənclərə
səslənərək deyib
ki, hazırda gənclərdən arzu olunan xalqına, vətəninə bağlılıq,
milli ədəbiyyata sadiqlikdir. O, Qarabağ probleminə də toxunaraq, deyib ki, Azərbaycanın yaxın keçmişində
baş vermiş bu cür ağır
faciəni, bütün
Türk dünyasının
ortaq dərdi Qarbağı dünya ictimaiyyətinə tanıtmaq
gənc qələm sahiblərinin öhdəsinə
düşür. Onlar yazacaqları
bədii əsərlərlə
ədəbiyyatın təsir
gücündən istifadə
edərək bu həqiqətlərin boğulmasına
imkan verməməlidirlər.
Gənc
yazarlar İntiqam Yaşar və Ülkər Piriyevanın aparıcılığı ilə
davam edən tədbirdə almanaxda şeirləri yer alan şairlər
öz yaradıcılıq
nümunələrini səsləndiriblər.
Gəncləri təbrik edən millət vəkili Sona Əliyeva belə layihələrin ədəbiyyatın inkişafında müstəsna rol oynadığını deyib: “Artıq üçüncü dəfədir keçirilən bu layihə bölgələrimizdə yaşayan gənc istedadların üzə çıxarılmasında böyük əhəmiyyətə malikdir. Hansısa regionda yaşayıb öz istedadını daha geniş arenaya göstərmək istəyən gənclər üçün mənəvi dəstəkdir. Şeirləri dinlədikcə bir daha əmin oluruq ki, bu yazarlar içərisində gələcək nəsillərin sevə-sevə oxuyacağı, adını ədəbiyyat tariximizə həkk edəcək şairlər mütləq çıxacaqdır. Mən həmçinin, bu işdə həmişə gənclərə dayaq olan Azərbaycan Yazıçılar Birliyinin də rolunu qeyd etmək istərdim. Birliyin “Gənc Ədiblər Məktəbi” layihəsi ilə həmişə istedadlı gənclərə dəstək verilir, onların inkişafına yol açılır”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov layihədə zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirib, son zamanlar ədəbiyyata, kitaba olan marağın artmasından məmnunluğunu ifadə edib: “Ədəbiyyatın missiyası çox möhtəşəmdir, əbədidir. Ədəbiyyat bütün missiyaları ilə yanaşı, həm də dilin qoruyucusudur. Şairlər var ki, həmişə aktual olurlar. Məsələn, mənim üçün həmişə aktual olan şair Sabirdir. Mən inanıram ki, bu gənclərimiz arasında da aktual şairlər çıxacaqdır. Şeir insanın içindən gəlib keçməlidir. Əgər belə olarsa, sizi həmişə oxuyacaqlar”.
Əməkdar jurnalist, İctimai Yayım şurasının üzvü Azər Həsrət kitabın redaktoru olduğu üçün məmnun olduğunu deyib: “Əkbər bəy bəlkə də bunu bir şeir toplusu kimi gənclərə tribuna vermək üçün düşünüb, ancaq mən fikirləşirəm ki, birlik 3-cü dəfə bu addımı atmaqla Azərbaycanın bölgələrində nə qədər böyük bir potensialın olduğunu aşkara çıxarıb”.
Şair Elçin Mirzəbəylinin fikrincə, bu qurum ömrü uzun olan, Azərbaycan ədəbiyyatını Türk dünyasında tanıdan, ritorikadan, pafosdan uzaq, hər zaman ciddi işləri ilə gündəmdə qalan bir təşkilatdır. Bəstəkar Sevinc Tofiqqızı, qiraətçi Ülkər Piriyeva isə öz ifaları ilə gecəyə lirik-poetik ovqat qatıblar.
Sonda layihədə fərqlənənlərə diplom və müxtəlif hədiyyələr verilib.
ŞAHANƏ
525-ci qəzet 2017.- 1 iyul.-
S.12.