Mənalı ömrün şərəfli naxışları

 

Geniş diapazonlu alim, xeyirxah müəllim, mötəbər jurnalist, istedadlı şair, peşəkar tərcüməçi, vətənini və millətini ürəkdən sevən vətəndaş Nəsir Əhmədli...

 

Bunların hər biri haqda ayrıca danışmaq olar. Özü geniş. Əlavə edək ki, Nəsir müəllim olduqca sadə, təvazokar, sözü özü ilə öyünməyən insandır. Məhz buna görə o, çalışdığı təhsil ocağının müəllimləri tələbələri üçün hər zaman ləyaqətli örnək olaraq qalır. Bu ehtiramı Nəsir müəllim öz mədəniyyəti, kübarlığı, elmi, savadı hazırcavablığı ilə qazanıb. Nəsir müəllimi tanıyanlar yaxşı bilirlər ki, Nəsir müəllim olan yerdə darıxmaq olmaz. Onun duzlu-məzəli söhbətləri, şux zarafatları, incə yumoru hamıya məlumdur.

 

Adların təsadüfi olmadığını, insanın gələcək taleyində müstəqil rola əhəmiyyət kəsb etdiyini iddia edənlər az deyil. Çoxları bu fikirdədir ki, adlar insan taleyidir onun ömür yolunda müəyyən əhəmiyyətə malikdir.

 

"Nəsir" adının ərəb dilindən gələn mənası "kömək edən, köməkçi, tərəfdar" kimi izah olunur. Görünür, həqiqətən adlar təsadüfi qoyulmur. Bunu Nəsir müəllimin nümunəsində açıq-aşkar görmək olar. Belə ki, Nəsir müəllim öz adını tamamilə doğrudub. O, çox adamlarln köməyinə gəlib, çoxlarının dadına çatıb. əsası odur ki, o özü bu təmannasız xeyirxah əməllərindən zövq alır.

 

Filologiya elmləri doktoru, Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Jurnalistlər Birliklərinin Mətbuat Şurası İdarə heyəninin üzvü, qayğıkeş tələbkar pedaqoq Nəsir müəllim öz zəhməti ilə ucalan insandır. O, 1942- ci ildə Azərbaycanın dilbər güşəsində, saza sözə qiymət verən Tovuz rayonunun  Alakol kəndində dünyaya göz açmışdır. Özünün dediyinə görə, hələ məktəb illərindən ürəyində jurnalist olmaq arzusu baş qaldırıb beləliklə, jurnalistikanın cazibə qüvvəsi onun taleyini müəyyənləşdirib. Arzuların sorağı ilə o, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. Ömrünün ən önəmli məqamları bu qocaman ali tədris müəssisəsi ilə bağlıdır. Hal-hazırda  beynəlxalq jurnalistika kafedrasının professorudur, 100-ə yaxın məqalənin, üç monoqrafiyanın, bir dərsliyin, beş dərs vəsaitinin müəllifidir, üç elmlər namizədinə rəhbərlik edib, bir elmlər doktorunun opponenti olub. 2006-cı ildə Media açarı - 2006 Ali Media mükafatına, müxtəlif diplom fərmanlara layiq görülüb.

 

Amma Nəsir müəllimin həyat yolu heç hər zaman hamar olmayıb. O, bu şərəfə, bu inama çatana qədər uzun yollar keçmiş, qədər çətinlikləri, məhrumiyyətləri dəf edib.

 

Bu gün ədəbi mədəni həyatımızda, həmçinin media aləmində öz səsi, öz nəfəsi öz dəst-xətti olan bir Nəsir Əhmədli fenomeni mövcuddur. Ümumiyyətlə, Nəsir Əhmədli dilimizin keşiyində duran, onun təəssübünü çəkən, zənginləşdirən məhəbbətlə tərənnüm edən yorulmaz alim sənətkarlardan biridir.

 

Onun "Jurnalistin nitq mədəniyyəti" adlı dərsliyi artıq çoxlarının masaüstü kitabına çevrilmişdir. Mavi ekranda, mətbuatda, sosial şəbəkələrdə  keçirdiyi ustad dərsləri, bir növ, həmin kitabın davamıdır.

 

Sözə ehtiram, sədaqət - Nəsir Əhmədlinin həyat norması, yaradıcılıq kredosudur. Bu keyfiyyətlər onun publisistikası ilə yanaşı, eyni zamanda poeziya yaradıcılığında da özunü tam aydınlığı ilə əks etdirir. Nəsir müəllimi həqiqətən söz sərrafı, söz zərgəri adlandırmaq olar. Şair Nəsir Əhmədli sözdən ilmə vurur, naxış toxuyur, poetik lövhələr yaradır. Bədii yaradıcılıq sahəsində böyük iddialari olmasa da, yazdıqlarından mənəvi rahatlıq tapır. Onun ustalıqla yazdığı, manifest şeirlərdən biri "Gedəmmərəm" adlanır.

 

Bir dənə çin olmamış...

Əli kimi sənətkarı,

Elməddini, Şəhriyarı,

Azərdəki barmaqları,

Sazı qoyub gedəmmərəm.

Nemət dolu süfrələri,

Hörmət dolu çöhrələri,

Canım, dostlar, müxtəsəri,

Sizi qoyub gedəmmərəm.

Yurd yerimiz gen olmamış,

Türk elləri tən olmamış

Arzu qoyub gedəmmərəm.

Nəsir sevir sədaqəti,

Bu torpağı, bu milləti,

"Tovuz" adlı bir cənnəti,

Düzü, qoyub gedəmmərəm.

 

Şeirdə yurd-oba sevgisi aydınca görünür. N.Əhmədlinin şirin Tovuz ləhcəsi ilə yazdığı bu sətirlərin dili gözəldir, üslubu da, deyilişi . Buradakı ovqat kolorit isə şeiri oxuculara daha yaxınlaşdırmağa imkan verir.

 

Ümumiyyətlə, Nəsir Əhmədli çalışqan insandır. O, erkən yaşlarından hər zəhmətə qatlaşıb, işin çətinliyindən qorxmayıb, əksinə bilmədiklərini öyrənməyə çalışıb. Onun tanrısı zəhmətdir. Bu zəhmət Nəsir müəllimi ucalığa, şöhrətə yetirib, onu sevən tələbələrə, həmkarlarına, oxuculara daha da sevdirib. Yuxarıda adı çəkilən şeirdə o, qürurla deyir:

 

...Neçə işim var yarımçıq,

Bir diləkdir hər yarımçıq,

Masam üstə yar-yarımçıq,

Yazı qoyub gedəmmərəm.

Məndə deyil ixtiyarı,

Atammaram dostu, yarı.

Dədə Qorqud yadigarı

Sözü qoyub gedəmmərəm.

 

Nəsir Əhmədli həm düşünən, həm düşündürən şairdir. Onun "Dalğın" təxəllüsü ilə yazılan bu şeirə diqqət yetirin:

 

Başdan-başa müəmmadır bu dünya,

Gizlisi , agahı , bilinmir.

Çox şeyləri uzaqdır, əl çatmır,

Əl çatanın izahı , bilinmir.

Bu dünyanı dərk eləmək - boş xülya,

Nəsir Dalğın duyammadı, kim duya?

Anlaşılmaz bir bazardır bu dünya,

Satanı kim, mətahı , bilinmir.

 

Nəsir Əhmədli alimliyi, şairliyi ilə yanaşı, tərcümə yaradıcılığı ilə respublikamızda səriştəli söz ustası kimi tanınır. Onun tərcüməsində oxucularımız M.Lermontov, R.Rojdestvenski, A.Axundova digər klassik müasir rus şairlərinin əsərlərini Azərbaycan dilində oxuyublar. Rus dilinin müstəqil öyrənilməsinə baxmayaraq, bu gün bir çox "rusdillilər" Nəsir müəllimə həsəd apara bilər. O da maraqlıdır ki, Nəsir Əhmədli həm namizədlik, həm doktorluq dissertasiyalarını birbaşa rus dilində yazıb, elmi ictimaiyyətə təqdim etmişdir.

 

Hal-hazırda 75-ci baharını qeyd edən Nəsir Əhmədli ömrünün müdrik parlaq çağını yaşayır. Azərbaycan poeziyasının bayraqdarı, xalq şairi Səməd Vurğun çox mənalı poetik dillə demişdir:

 

Baş ağardı, ancaq ürək,

Alovludur əvvəlkitək,

Bilirəm ki, deməyəcək,

Bir sevgilim,

Bir Vətən,

Şair, tez

Qocaldın sən!

 

Belə ki, başda saçın ağarması təbiətin qanunudur, uca dağlar başına qar yağar.  Tanınmış şairimiz Məmməd İsmayılın təbirincə desək, "Hələ yaşamağa dəyər bir az da". Odur ki, Nəsir müəllim bu gün jurnalist sözünün pərvazında, poeziyanın qanadlarındadır. Əvvəlkitək gənclik ehtirası ilə yazıb-yaradır, şərəfli ömrün salnaməsinə yeni-yeni səhifələr calıyır. Biz bu münasibətlə onu təbrik edir arzulayırıq ki, 25 ildən sonra bu gözəl insana "Necəsən" sualı ilə müraciət edəndə ondan "Əlayam" cavabını eşidək.

Qələminiz heç vədə yorulmasın, Nəsir müəllim!

 

Ayaz MUSAYEV

525-ci qəzet  2017.- 4 iyul.- S.5.