Tofiq Nurəlinin şeirləri
Anlamaq
Sanki vaxtın altından qazıyıb çıxarıblar,
Uçuq
qəbirdən çıxan
sınıq kəllə
kimidi...
Durub qarın içində son
tufanı gözəyir-
Nə təsəlli istəyir, nə də var bir ümidi,
Elə bil bu ağacın heç baharı olmayıb.
Bilir, bir də alnına
bahar yazılan deyil...
Min günəşin içinə
atsan qızınan deyil..,
Fələk çıxara bilməz
canındakı soyuğu
Heç
nə doldura bilməz içindəki oyuğu
Elə bil bu ağacın heç baharı olmayıb.
Həyat
necə vurubsa sanki düz sinəsindən
Dünyalar köçüb gedib
onun dörd dövrəsindən..,
Tükü də tərpənmir
heç qarğaların
səsindən
Budaqların yerində quru çubuq, çır-çırpı,
Dövran
onu bərk əzib, zaman onu bərk çırpıb
Elə bil bu ağacın heç baharı olmayıb.
Nə çinar bacısından,
nə palıd qardaşından
Bir xatirə də yoxdu zalımın yaddaşında,
Sanki dünya məzardı: öz əliylə dəfn edib-
Çarəsiz və tək tənha durub məzar başında ...
Elə bil bu ağacın heç baharı olmayıb.
Mən ona çox astadan “sən tək deyilsən” dedim,
“baharın çox
olacaq, bir az əyilsən” dedim...
Zəhimli bir sükutla elə gəldi üstümə -
Yaxşısıdı budu, burdan astaca çıxım
gedim...
Anladım ki, anlayıb dünyasının get-gəlini...
...Bir əkinçi bir payız burda kəsdi kəlini...
Anlayıb baharın da min-bir minnəti vardır,
Hər minnəti çəkməyin
min-bir zilləti vardır...
Odunçunun əlində baltadan
da çəkinmir,
Dörd
canını bürümüş
xatadan da çəkinmir,
Bu məğlub məğrurluğu
günahmı təmizləyir?
Durub qarın içində son
tufanı gözləyir...
Elə bil bu ağacın heç baharı olmayıb.
Durub qarın içində son
tufanı gözləyir..,
Bəlkə son da deyir heç, sondan sonrasıdı bu..,
Qəlbimdə həyəcanlar dartışır
bir-biriylə:
Nələr dünyasıdı bu,
Nələr dünyasıdı bu?..
Gecikmək və ya nəsillər qatarı
Bizim biletimiz o qataraymış,
Boş getdi yerimiz..,
Xoş getdi yerimiz-
bilmirəm
Mən gördüm o qatar
elə bil həvəssiz-
lap yavaş getdi,
Tamburda beş-altı sərxoş
getdi..,
Bizim biletimiz o qataraymış-
Bu gələn qatardan gözlərini çək,
Bu qatar bizləri
götürən deyil,
Bizim biletimiz yanıb, əzizim...
Çırpıb yumruğumu vaxtın
üstünə
elə boş-boşuna
əlimi əzim?!
Bizim biletimiz o qataraymış..,
Bizim biletimiz yanıb əzizim!..
Bir az az, bir az çox..,
nə fərqi axı,
onsuz da çatmadıq
getdi o qatar ...
İndiki
qatarsa tanımır bizi,
Bizə
bu qatara bilet verməzlər...
İndi
kimin üstə ataq günahı ?!
İndi
adım kimi bilirəm əzbər
Bizim biletimiz o qataraymış...
Böyük bir zamanı verdik küləyə-
qatarı, vaqonu düz tanımadıq...
Bizi kim aldatdı,
heç bilirsənmi?!
Bilməyin özü də
çox gecdi artıq ,
Bizim biletimiz o qataraymış ...
Lap elə birtəhər minək bu dəfə-
Hərə bir tərəfdən
lağ eyləyəcək...
Axı hər qatarın öz sərxoşu var..,
Gördün ki biri lap ağ eyləyəcək-
Götürüb qatardan atacaq bizi...
Bir yaxşı fikirləş
indi əzizim...
Bizim biletimiz o qataraymış,
Bizim biletimiz yanıb əzizim...
Bu gedən qatarlar bir üzə gedir..,
Qayıdan deyildir bizim də qatar...
...Boş qalan yerlərə baxıb gizlicə
Bir az xoflanır
da qatardakılar:
-bəlkə qabaqkına minib gediblər,
Bəlkə hər qatarda onlara yer var?!!
Tost axtarışı
Payızın ən acı küləklərində
Düşmək istəməyən, ey
sarı yarpaq
Sənin
sağlığına içirəm
bunu...
Atamın,
anamın yatdığı
torpaq
Sənin
sağlığına içirəm
bunu...
Ey ölmüş məhəbbət,
itmiş səadət
Sənin
sağlığına...
Bəlkə içməyim?...
Ölənin, itənin sağlığı
varmı?
Bəlkə arzuların?..
- onlar da
ölüb..
Bəlkə ümidlərin?..
- sağ deyil
axı...
Eləcə lal-dinməz içmək
olarmı?!
Çiynimə yazılmaz onun günahı?!
Kimin sağlığına
içəsən indi?
Kimin sağlığına?
Eh, kimin, kimin?
İçmək istəyirəm,
Sağlıqsa yoxdu...
...Soyuqdu,
əzizim,
...yaman
soyuqdu...
İçmək istəyəsən, sağlıq
olmaya -
Müsibətə bax!
...Sənin sağlığına,
...ey sarı yarpaq!..
...sənin sağlığına,
ey qara torpaq!..
Söz qapısı
Gedim eee,
gedim..,
Gedim o çaylarla qoşa axmağa-
çırpına-çırpına
dərələr
boyu
par-par parlamağa
ay işığında..,
oxumağa gedim-
zildən
ya pəsdən...
Mən dəqiq bilirəm,
hələ
bu səsdən
olmayıb,
olmayıb
bu yer üzündə...
O ay işığında,
parlayan çayda,
ulduzların oxuduğu
yerdə,
qəbristan yolunda,
qaya yanında-
bu gecənin canında
bir
qapı var!
Tapıb
o qapını döyməyə
gedim...
O qapını hər göz görməz!!
O söz qapısıdı!
Tapıb
döysəm söz qapısın
Tanrı
çıxar qabağıma!..
Sonra mənə
ölüm yoxdu.
...Düşüb yolların
ağına
gedim eee,
gedim...
Baba dağı
Tahir müəllimə məktub
Ay müəllim, Baba dağı
necədi?
Kəllər gədiklərdən aşırmı
görən?
Gecələr dünyanı leysan
döyəndə
Sellər dərələrdən daşırmı
görən?
Qayasında çox laçınlar
qovmuşam,
Yuvasından göyərçinlər qovmuşam,
Qırt
oturan bildirçinlər
qovmuşam-
Biri günahımdan
keçirmi görən?
İlk sözümü şimşəklərə
yazmışdım-
Heç
bilmirəm neçə
kərə yazmışdım...
Sinfimizdə bəxtəvərə yazmışdım..,
O ağı qaradan seçirmi görən?
Leysanından tutub göyə
çıxardım-
Leysan məni döyə-döyə
çıxardım...
Heç
bilmirəm göyə
niyə çıxardım-
Leysanlar bu sirri açarmı
görən?
Sevdiklərim köçdü getdi
dünyadan,
Mənə bir eşq borclu getdi dünyadan...
Bu üzüboz,qovdu-qaçdı
dünyadan
İlk eşqin
gözü su içirmi görən?
Mən də gəlib enişlərə çatmışam-
İlkinliyə dönüşlərə çatmışam...
Dağ qartalı,mən bilmirəm,qardaşım..,
Dağlardan-dağlara köçürmü görən?
Ay müəllim, Baba dağı necədi?!
Zirvələrin ay çırağı necədi?!
Qarşısında günahlarım neçədi -
Pirim günahları ölçürmü görən?!
Əkizlər
Hava yaman kədərlidi:
qaş-qabaqlı
bir az yorğun,
göylər də ki huşa gedib,
yağış elə dərdli yağır
sanki ömrü puça gedib...
Bir qocayla bir uşaq baxır gülümsəyərək...
Mənaları ayrıdı bu sısqa gülüşlərin...
Görürəm ikisinin də yoxdu qabaq dişləri...
Qocanın dodaqları tərpənir seyrək-seyrək...
Bir qocayla bir uşaq baxır gülümsəyərək..,
mənə elə gəlir ki bu gülüşlər yersizdi...
boğuq ildırım səsi düşür tutqun göylərə...
Aman Allah, əkizdi...
bu qocayla bu uşaq bu yağışla əkizdi.
525-ci qəzet 2017.- 1 iyul.- S.23.