"Füyuzat"ın iki yazarı haqqında orijinal tədqiqat

 

Proqramına, turançılıq, türkçülük ideyasına, dilə, dinə, sənətə, ədəbiyyata münasibətinə, mühərrirlərinin əqidəsinə, onların cəmiyyət həyatında tutduğu mövqeyinə, ictimai rəyin, milli şüurun formalaşmasında oynadığı roluna görə Azərbaycan mətbuat tarixində ən çox və ən kəskin tənqidə məruz qalan, eyni zamanda, elə yuxarıda sadaladığımız cəhətlərinə görə həm də, şəninə ən çox tərif söylənilən dövrü nəşrlərdən biri və bəlkə də birincisi türk-islam dünyasının parlaq zəka və əməl sahiblərindən Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi köməyi ilə 1906-cı ilin noyabrından 1907-ci ilin noyabrınadək Bakıda buraxılandəbi, fənni, siyasi, ictimai, müsəvvər, həftəlik məcmuəyi-islamiyyə" - "Füyuzat"dır. Sovet hakimiyyəti illərində, bir qədər dəqiqləşdirsək, ötən əsrin otuzuncu illərindən sonra "Füyuzat" füyuzatçılar düşmən elan olundu məcmuəyə kəskin hücumlar başlandı.

 

Tanınmış bir ədəbiyyatşünas alimin "Füyuzat"a ünvanladığı "Sinfi mübarizədə - əksinqilabçı, milli məsələdə pantürkist, mədəniyyət sahəsində kosmopolit, dinə münasibətdə - ortodoks islampərəst" fikri - damğası sovet dövrünün məcmuəyə münasibətini tam əks etdirir.

 

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra "Füyuzat"a füyuzatçılara münasibət dəyişdi bu zəngin xəzinə milli-mənəvi irsimizin, mədəni sərvətimizin mənbəyi kimi yeni dövrün tələblərinə uyğun tədqiqata cəlb olunmağa başlanıldı. Vaxtı ilə Cəlil Məmmədquluzadə, Əlabbas Müznib, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Qafur Rəşad tərəfindən yüksək qiymətləndirilən məcmuə müstəqillik illərində Rəfiq Zəka, Yaşar Qarayev, Kamal Talıbzadə, Əziz Mirəhmədov, İsa Həbibbəyli, Şamil Vəliyev, Xeyrulla Məmmədov, Rasim Kamaloğlu (Mirzəyev), Kamil Vəliyev, Azər Turan, İslam Ağayev kimi görkəmli alimlərin tədqiqatlarında layiqli dəyərini almışdır. Filologiya elmləri namizədi Ofelya Bayramlı 2006-cı ildə, obrazlı ifadə ilə desək, öz adını əbədi olaraq "Füyuzat" tarixinə yazdırdı: məcmuənin tam mətninin ərəb əlifbasından latın əlifbasına transliterasiyasını ön sözlə birlikdə hazırlayıb çap etdirdi. Mövcud tədqiqatlar məcmuə füyuzatçılarla bağlı bütün suallara cavab verildiyni, qaranlıq məqamların tamamilə işıqlandırıldığını, məcmuənin, onun mühərrilərinin irsinin hərtərəfli tam şəkildə tədqiq olunduğunu, dəyərləndirildiyini iddia etməyə əsas vermir. Görkəmli ədəbiyyatşünas, fədakar elm dövlət xadimi professor Vilayət Quliyevin bu yaxınlarda işıq üzü görən "Füyuzat"ın iki yazarı" adlı monoqrafiyası (Bakı, "Elm təhsil" nəşriyyatı, 2017, 224; prof. Asif Rüstəmlinin elmi redaktorluğu ilə) fikrimizə ciddi əsasdır.

 

"Füyuzat" məcmuəsinin ilk nömrəsinin çapdan çıxmasının 110 illiyinə ithaf olunmuş kitaba "Ədəbiyyatşünaslıq andına sədaqət" adlı ön sözündə akademik İsa Həbibbəyli monoqrafiyanı "ciddi, düşündürücü əhəmiyyətli bir elmi əsər", "oxunaqlı təsirli bir "JZL", "Füyuzat"ın fəal əməkdaşlarından Həsən Səbri Ayvazovun Əhməd Kamalın həyat yaradıcılığına həsr olunmuş "həm tale romanı olan orijinal bir tədqiqat" adlandırır.

 

Onlarca mötəbər mənbəyə, tarixi sənədlərə, məqalə kitablara istinad edilərək qələmə alınmış "Füyuzat"ın iki yazarı" kitabında əslən Krım yarımadasının Alupka qəsəbəsindən olan milli ədəbiyyat ictimai-siyasi fikir tarixində, yazıçı, dramaturq, publisist, tərcüməçi, ədəbiyyatşünas alim, dövlət xadimi diplomat kimi parlaq iz buraxmış Asan Səbri Ayvazov (1878-1938) Osmanlı ordusunun miralayı Əhməd Rasimin oğlu, türk publisisti, şair, tənqidçi, pedaqoq, gənc türklər hərəkatının tanınmış simalarından Əhməd Kamal Akünalın (1873-1942) həyat yaradıcılığı, xüsusi ilə onların "Füyuzat" məcmuəsindəki fəaliyyəti yüksək peşəkarlıqla hərtərəfli dərindən araşdırlır. Dövrün 30 nəfərə yaxın görkəmli xadiminin, o cümlədən, Krımdan, Türkiyədən, İrandan olan yazıçı, şair publisistin əməkdaşlıq etdiyi "Füyuzat" məcmuəsindən professor Vilayət Quliyevin məhz krımlı Asan Səbri Ayvazovun Türkiyədən olan Əhməd Kamal Akünalın həyat yaradıcılığından bir kitabda bəhs etməsi təsadüfi deyil, çox təbiidir. Əvvəla, xarici ölkələrdən "Füyuzat"la əməkdaşlıq edənlərin ən fəalları elə Asan Səbri Ayvazov Əhməd Kamal Akünal olmuşlar. A.S.Ayvazovun məcmuənin işıq üzü görən 32 nömrəsində 24 (!), Əhməd Kamalın "Füyuzat"la 5 aylıq əməkdaşlığı dövründə 13 məqaləsi, 5 şeiri dərc edilmişdir! Onlar Əli bəy Hüseynzadə ilə birlikdə məcmuənin istiqamətini yönləndirən, əsas ağırlığını üzərinə götürən ədəbi simalardır. Bu iki publisistin yaradıcılıq tale yolları da bir-birinə bənzəyir. Görünür, bütün bu amillər tədqiqatçını iki görkəmli qələm ustasının həyat yaradıcılıq yolunu bir kitabda, akademik İsa Həbibbəylinin təbirincə desək, "elm ağırlıqlı JZL"də birləşdirməyə sövq etmişdir.

 

 Monoqrafiya "Asan Səbri Ayvazov" və "Əhməd Kamal" adlı iki hissədən ibarətdir. Krımlı yazarın çətin keçən uşaqlıq həyatı, boya-başa çatdığı mühit, gəncliyinin İstanbul dövrü barədə kifayət qədər məlumat verdikdən sonra tədqiqatçı yazır ki, ictimai-siyasi proseslərə fəal qoşulan H.S.Ayvazov erkən yaşlarından mətbuatla da əməkdaşlıq etməyə başlamış, Qahirədə çıxan "Müvazene", "Türk" və Baxçasarayda buraxılan "Tərcüman" qəzetlərində məqalələrlə çıxış etmişdir. Hasan Səbri Ayvazovun fikri inkişafında, məsləyinin formalaşmasında İsmayıl Qaspiralı, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi xadimlər, XX əsr Azərbaycan ədəbi, mədəni mühiti, mətbuatı mühüm rol oynamışdır. Professor Vilayət Quliyev Hasan Səbri Ayvazovun müasirləri, yaradıcılığındakı başlıca mövzular, publisistin sənətkarlıq məharəti, məqalələrinin dil, üslub rəngarəngliyi, oxucuların beyninə və hisslərinə təsir etmək bacarığı barədə məhəbbətlə söz açır, yazılarından sitatlar gətirərək fikir və mülahizələrini əsaslandırır. Hasan Səbri Ayvazovun türkçiliyə, Azərbaycan mədəniyyətinə, mətbuatına, "Həyat"ın və "Füyuzat"ın ideallarına bağlılığını, mehr-məhəbbətini, heyranlığını duymaq, hiss etmək üçün onun "Füyuzat"ın 2-ci nömrəsində "Həyat"ın qürubundan və "Füyuzat"ın tüülundan hasil olan təəssüratım", 6-cı nömrəsində "Krımlılar nə üçün tənqid edilmiyor" adlı məqalələrini və türkiyəli tanınmış tədqiqatçı Ömər Özcan tərəfindən tapılan Əli bəy Hüseynzadəyə Krımdan ünvanlandığı məktubu oxumaq kifayətdir. "Həyatın" bağlanmasına dərindən kədərlənən, "Füyuzat"ın tüüluna bütün varlığı ilə sevinən Hasan Səbri Ayvazovun duyğularının tərcümanı kimi V. Quliyev yazır: "Özünü yetim qalmış hiss edən, səsini, sədasını, fəryad və fəğanını insanlara çatdırmaq imkanını itirdiyindən, hüzn və ələmə qapılan Asan Səbri belə üzücü ab-havada gələcəyə ümidlə baxa bilmək üçün bir səbəb, vəsilə tapdığına sevinirdi. Həmin səbəb "Həyat"ın yerinin boş qalmaması, onun ardıcılı, varisi kimi ədəbi-bədii və fəlsəfi ağırlıqlı "Füyuzat"ın meydana çıxaraq əvvəlki dəsti-xətti, əski milli maarifçilik missiyasının davam etdirməsi, üstəlik, bəzi məsələlərdə ortaya daha güclü və səbatlı mövqe qoyması ilə bağlı idi".

 

Milli ədəbiyyat tarixinə, həm də nasirdramaturq kimi düşən Hasan Səbri Ayvazovun bu istiqamətdəki fəaliyyətinə diqqəti çəkən Vilayət Quliyev onun "Füyuzat" məcmuəsində dərc olunmuş "Nədən bu hala qaldıq" üç pərdəli pyesinin mövzu və sənətkarlıq problemlərindən də bəhs edir. Təqdirəlayiqdir ki, V. Quliyev Hasan Səbri Ayvazovun "Füyuzat" bağlandıqdan sonrakı taleyini də izləməkdə davam edir, onun Krımdakı pedaqoji fəaliyyətindən, Misirə, Moskvaya, İsveçrəyə səfərlərindən, İsmayıl Qaspiralının vəfatından sonra "Tərcüman"a, eləcə də "Millət" qəzetlərinə redaktorluğundan, Krım Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirakından, Krım Parlamentinə rəhbərliyindən, 1922-ci ildə Krımda baş verən dəhşətli aclığın arada qaldırılması məqsədi ilə yardım üçün Türkiyəyə getməsindən, 1926-cı ildə Bakıda Türkoloji qurultayın işində fəaliyyətindən kifayət qədər əhatəli məlumat verir.

 

Krımda bolşeviklərin hakimiyyəti bərpa olunduqdan sonra baş verən ictimai-siyasi proseslər, təbəddülatlar Hasan Səbri Ayvazovun dünyagörüşünə, fəaliyyətinə və düşüncə tərzinə də təsirsiz ötüşmür. Vilayət Quliyev əski "Füyuzat"çının şübhə, tərəddüd və qorxularla dolu həyatındakı dəyişiklikləri, iztirab, üzüntü və sıxıntıları, xilas üçün dostlarından dönə-dönə və acizanə, çarəsiz imdad və yardım diləməsini mövcud rejimin təbiəti ilə məharətlə əlaqələndirir və qeyd edir ki, 16 il davam edən təqib və təzyiqlər məntiqi sonluqla bitir, 1937-ci ilin aprelin 5-də Krım-tatar ədəbiyyatının canlı klassiki Hasan Səbri Ayvazov həbs olunur. Zindanda ona həbsxana qeydləri yazmaq üçün "münasib şərait" yaradılır və o, bir çox hallarda həyat və yaradıcılıq kredosu ilə uyuşmayan xatirələrini yazmağa məcbur edilir. Bir il sonra - 1938-ci il aprelin 17-də 60 yaşının tamamına bir neçə gün qalmış güllələnir.

 

(Ardı var)

 

525-ci qəzet  2017.- 4 iyul.- S.6.