Din və məhəbbət
- faciələrə aparan ziddiyyət
Telman ORUCOV
(Əvvəli ötən şənbə
saylarımızda)
Bir vaxt var idi ki, biz bir-birimizin ləyaqətlərinə
inanan cütlük idik. Mən sənin ağlına əmin olmaya
bilərdimmi? Hansı ölkə, hansı
şəhər sənin onun sakini olmağını
arzulamazdı?
Sənin
bizim cinsin məhəbbət düşkünlüyünü
çox cəlb edən nüfuzun, sənin havan, sənin
davranış qaydan, ağlının itiliyini ifadə edən
gözlərindəki işıq, sənin çox asan və
bəlağətli dediklərin, bütün məsələlərə
razı qalmağı təmin edən cavabı verən
danışığın, qısaca deyilsə, hər şey
sənin xeyrinədir. Bu məsələdə sən
digər alimlərdən fərqlənirsən, onlar
bütün biliklərinə,
hazırcavablılıqlarına baxmayaraq, qadını fəth
edə bilən danışıq aparmaq qabiliyyətinə
malik deyillər. Qadın isə daha az
beyin payına malikdir (Bu sözləri Eloizanın özünə
aid etmək böyük ədalətsizlik olardı - tərcüməçi).
Mənə həsr etdiyin kiçik nəğmə, hər
şeyin ən kiçik eskizi min gözəlliyə malik
olmaqla, dünyada sevgililər qalana qədər uzun müddət
yaşamağa qadir olacaqdır (Məgər Eloizanın öz
məktubunda ifadə etdiyi hisslər də uzun əsrlər boyu
yaşamağa qadir deyilmi? - tərcüməçi).
Bu nəğmələr mənə
ünvanlansa da, digər qadınların da şərəfinə
oxunacaqdır. Onların seçimi və təbii
ifadələri sənin məhəbbətindən
danışmaqla, digərlərinə də öz
ehtiraslarını bəyan etməyə kömək edəcəkdir.
Çox sayda qadın sənin mənə bəslədiyin
hisslərin özləri üçün olmasına iddia etdilər
və öz gözəlliklərini qiymətləndirməkdə
bu, onlara köməklik göstərdi. Mən
çoxlarının sənin ehtirasın üçün ah
çəkdiklərini görmüşəm. Digərləri isə ümidsizlikdən və
paxıllıqdan məni qınayırlar ki, sənin
ağlının bəxş etdiklərindən başqa, mənim
heç bir məlahətim yoxdur və ya sənin sevgilin
olmaqdan başqa onlardan da heç bir üstünlüyüm
yoxdur. Mən düşünürəm ki, öz ləyaqətlərinə
görə sənə borclu olmaqla yanaşı, xüsusən
xoşbəxtəm ki, sənin kimi sevgilim vardır və həzz
alan bir adama vurulduğuma görə bundan
gizli qaydada həzz alırdım, bu vaxt o, məni öz məşuqəsi
kimi ilahə səviyyəsinə qaldırırdı. Mənə
ünvanladığın bütün tərifləri sevinclə
oxudum və necə az şeyə layiq
olduğumu ifadə etmədən, sənin yazdığın
kimi bircə ona inanıram ki, sənə həzz verdiyimə
daha çox əmin olmalıydım.
Həmin xoşbəxt vaxt haradadır? Mən öz
sevgilimə ağı deyirəm və mənim bütün
sevincim keçmişin ağrılı xatirəsindən
başqa bir şey deyildir. Mən onu
sevirdim; mənim məhəbbətim onun cinayəti və cəzalandırılması
üçün bir səbəb oldu. Gözəlliyim
ilk dəfə onu heyran etdi. Bir-birimizdən
həzz almaqla biz sakitliyin və xoşbəxtliyin ən parlaq
günlərindən keçdik. Əgər
o, cinayət idisə, həmin cinayətə mən hələ
də vurulmuşam. İradəmin əleyhinə
olandan savayı, mənim heç bir
peşmançılığım yoxdur, ona görə də
mən indi günahsız olmalıyam. Onlar
öz kor qəzəbləri ilə gecə yatan vaxtı sənə
zorakılıq şəklində olan bir sürpriz verdilər.
Onda sənin Eloizan harada idi? Mən
öz sevgilimi müdafiə etsəydim, necə şad
olardım. Öz həyatımın
bahasına da olsa, səni zorakılıqdan qoruyardım.
Məhəbbət məni burada titrədir və
hətta sözlərdən də mülayim şəkildə
məhrum edir. Sən bilirsən ki, sənin
biabır olmağından başqa heç nə məni həyəcanlandıra
bilməz. Bədbəxt Eloiza! Bundan uzaqlaşmaq arzusu sənə
xoş ola bilərdi. Sənə
təklif edilən əli uzaqlaşdıra biləndə, sən
buxur yandırdın, o vaxtdan sənin ürəyin
boşaldı və tabe oldu. Ancaq sən
özünü həsr etdiyin və qurban verdiyin vaxtdan tərk
olundun və yaddan çıxdın. Ürəyin də
fatehin ehtiramını qazanmaq üçün belə tezliklə
təslim olmuşdu (Abelyara müraciətlə-tərcüməçi).
Ancaq mən indiyədək sənin tərəfindən
sevilmək istəyimi gizli surətdə qoruyub saxlayıram.
Sən isə məktubunda bütünlüklə
mənim olduğuna etiraz edirsən. Mən
özümü sənə təklif etdim, sən mənim
ürəyimə, mən isə səninkinə malik oldum;
heç nəyi geri istəmə. Haqq
qaydasında sənə məxsus olan ehtirasımı
daşımağa da borclusan.
Sən həm də, nəhayət, məni sevməyini
dayandırmağa borclusan. Məni niyə tərk
edəndə aldatmadın? Sən ən
azı ölən ehtiras barədə zəif bir işarə
versəydin, mən bu aldadılmadan xoşlanardım. Səni görməyi ciddi qaydada arzulayıram, lakin
bu, qeyri-mümkündür. Mənim
bütün arzularım ürəyin diktə etdiyi belə məktublardır,
onları da əl kifayət qədər sürətlə yaza
bilməz. Mən özümü necə də
aldadırdım ki, sən bütünlüklə mənimkisən
və çalışırdım ki, həmişə sənin
qanunlarının altında yaşayım. Yalnız ölüm mənə bunları tərk
etdirməyə qadirdir və onda mənim külüm burada
rahatlıq tapacaq və sənə sonuncu itaətimi və həsr
olunmağımı göstərmək üçün sənin
külünün gəlməsini gözləyəcəyəm.
Mən indi buradayam və burada da qalacağam. Bura bədbəxt
məhəbbətimin və qəddar qohumumun məni məhkum
etdiyi yerdir. Allaha nişanlanmış
adamların arasında (Rahibələr özlərinin
İisusa nişanlandıqlarını iddia edirlər - tərcüməçi)
mən isə kişiyə nişanlandım. Mən insan arzusunun quluyam. Dini
icmanın başında mən təkcə Abelyara vuruldum.
Mən necə də monstram! Ey Allah! Məni
maarilfləndir, mən etiraf edirəm ki, günahkaram, lakin
öz günahlarıma görə ağlamaqdan uzağam,
yalnız öz sevgilim üçün ağlayıram.
Xeyirxah
Allah! Bütün bunlar nədir? Mən səhvlərimə görə
özümü danlayıram, səni isə öz səhvlərinə
və niyyətinə görə ittiham edirəm. Mən
köhnə ehtirasın qəlbinə hakim kəsildiyinin
gücünü daha möhkəm hiss edirəm. Mən hisslərimə məğlub oldum. Məhəbbət mənim ağlımı narahat
etdi və iradəmi pozdu (Sonra Abelyara müraciət
qaydasında yazır - tərcüməçi). Mən qərara gəlmişəm ki, səni daha
sevməyim, məni sənə bağlayan zəncirləri
qırıb dağıtmağa çalışanda mən
özümü aldatdım və bütün cəhdlərim
sənə daha sıx bağlanmağıma xidmət etdi.
Yazığın gəlmək xatirinə bədbəxtə
kömək et ki, öz arzularından
imtina etsin - özündən və bu mümkünsə, hətta
səndən imtina etsin!
Əgər
sən sevgili bir atasansa, məşuqənə kömək et, uşağa təskinlik ver. Əgər sən
mənim xahişimi yerinə yetirsən, mən
dindarlığımı davam etdirəcəyəm.
Mən burada məktubu yekunlaşdırmağı
düşünürdüm, lakin bu vaxt sənin əleyhinə
şikayətlənirəm ki, ürəyimi boşaldım və
sənə bütün paxıllıqları və məzəmmətləri
danışım.
Mən Göylərə yalvarıram ki, sən mənim
üstümdə belə hakimiyyətə malik olmayasan, hətta
burada da mən səni dünyada heç vaxt sevmədiyin kimi
sevirəm. Mənim 22 yaşım var idi, burada başqa kişilər
də mövcud idi. Mən isə sevgilim
Abelyardan məhrum oldum və indi mən özümü
qadın monastırında diri-diri basdırıram. Mən ötüb keçən gözəlliyimin bu
qalıqlarını, bu dul qalmış gecələri və
darıxdırıcı günləri sənə görə
qurban verirəm. Onlara sahib ola bilmədiyin vaxtdan Göylərə təklif etmək
üçün onları sənin üstündən
götürürəm, heyif ki, belə olur! Lakin
bu, mənim ürəyimin, mənim günlərimin, mənim
həyatımın ikinci dərəcəli qurban verilməsidir.
Mən qətiyyətsiz olsam da, indiyədək səni
sevirəm, lakin artıq heç nəyə ümid bəsləmirəm. Mən
sevgilimi itirsəm də, məhəbbətimi indiyədək
qoruyub saxlayıram. Mənim ürəyim həbsimdən
heç də daşa dönməmişdir.
Hə,
Abelyar, mən burada daşıdığım zəncirlərə
and içirəm, onların çəkisini azalt, onları mənim
üçün dözülməli olan et.
Qoy biz şərqilərimizi və himnləri
oxumağı tərk edək. Qoy biz ürəklərimizi
Allaha doğru qaldıraq, lakin onun mərhəməti
üçün biz həm də heç bir vasitəyə
malik deyilik.
Allah özünün yaratdığı böyük
adamların ürəyi üzərində xüsusi hüquqa
malikdir. Mərhəmət anı gəlib çatana qədər
mənim barəmdə düşün, - məni unutma, - məhəbbətimi,
sədaqətimi və daimiliyimi xatırla. Məni öz
məşuqən kimi sev; öz uşağın, öz
bacın, öz arvadın kimi əzizlə! Yaddan
çıxarma ki, mən hələ də səni sevirəm
və həm də mübarizə aparıram. Mən dəhşətli hisslər içərisində
titrəyirəm və ürəyim indi dediyimə qarşı
üsyan qaldırır. Mən
yazdığım kağızı göz yaşları ilə
isladıram, uzun məktubumu səni arzulamaqla, əgər sən
də bunu arzu edirsənsə, bitirirəm. Həmişəlik
xudahafiz!
II məktub. Abelyardan Elonzaya
Mən təsəvvür edə bilsəydim ki, sənə
yazılmamış məktub sənin əlinə düşəcək,
onda mən daha da ehtiyatlı olardım ki, səndə bizim
keçmiş bədbəxtliklərimizin xatirəsini yenidən
oyatmayım.
Mən özümün təhqir olunmaqlarım
seriyasını dostuma yazmağı rəva gördüm ki,
başına gələn itki ona daha az təsir
göstərsin. Əgər mən sənin
özünə yazsaydım, axıtdığın göz
yaşlarını qurutmaq niyyətini güdərdim. Mən öz dərdimi səninki ilə
qarışdırmağı və ürəyimi sənin
qarşında açmağı nəzərdə
tutardım. Qısası, bütün
öz narahatlıqlarımı və könlümün sirrini
sənin gözlərin qarşısında açardım, axı
onları dünyanın qalan hissəsindən gizlətmişdim.
İndi sən məni öz qərarlarımın
əleyhinə, birbaşa onlara əks olanları
açmağa məcbur edirsən.
Bizim üzərimizə düşən əzablar düşüncəsində bu həqiqətdir və bunu müşahidə etdikdə, bizim vəziyyətimizdə heç bir dəyişiklik gözlənilmir. Bizi şirnikləndirməklə çiçək açan həmin günlərimiz indi keçmişdə qalmışdır. Ancaq ağlımızdan onların xatirəsini ağrılı cəhdlərlə, bütün əlamətləri ilə pozmaqdan başqa, heç nə özünü xatırlatmır. Mən fəlsəfədə və dində mənə olan təhqirə dərman tapmağı arzulayıram. Məhəbbətdən özümü müdafiə etmək üçün sığınacaq axtardım. Mən özümə söz verdim ki, səni unudacağam və hələ də bu barədə səni sevmədən düşünə bilmirəm. Faydasız cəhdlərdən sonrakı vaxtdan özümü inandırdım ki, bu fövqəl təsir edən narahatlıq yalnız özümü azad etmək üçün mübarizə aparmaqdan ötəridir. Bu, kifayət qədər olan müdriklik hamıdan onu gizlətmək üçün idi, ancaq sən məni utandırdın və özümün də necə zəif olduğumu bildim.
Mən bir düşmən kimi səndən qaçmaq niyyəti ilə xeyli məsafədə səndən uzaqlaşdım. Ancaq hələ də ağlımda səni dayanmadan axtarıram. Mən sənin obrazını öz xatirəmdə səsləyirəm. Müxtəlif növ təşvişlərlə mən özümə xəyanət etdim, həm də özümə zidd çıxdım. Mən sənə nifrət edirəm! Mən səni sevirəm! Biabırçılıq hər tərəfdən mənə təzyiq edir. Bu an qorxuram ki, sənin duşundüyündən də daha laqeyd görünəcəyəm və həm də öz narahatlığımı açıb göstərməklə biabır olmuşam. Sən görürsən ki, mən necə bir qarmaqarışıq vəziyyətdəyəm, özümü necə məzəmmət edir və necə əzab çəkirəm. O vaxtdan ki, mən məhəbbət barədə heç nəyə ümid etmirəm, din mənə əmr edir ki, ləyaqətin arxasınca gedim. Lakin məhəbbət mənim təxəyyülüm və özümə münasibətim üzərində keçmiş həzləri ilə öz ağalığını saxlayır. Xatirə indi məşuqəmin yerini tutur. Hətta səhralarda da, harada ki, göydən üzərimizə şeh düşmür, ancaq biz artıq sevməməyə borclu olduğumuzu sevirik.
Sən məni öz ağan adlandırdın. Bu həqiqətdir ki, sən mənim qayğıma etibar etdin. Mən görürəm ki, səni elmlərə öyrətməkdə əbəs yerə ciddi idim, bu, sənə günahsızlığın, mənə isə azadlığım hesabına başa gəldi. Səni sevən əmin düşmənimə çevrildi və qisasını mənim üstümə tökdü. Mən ehtirasımı məmnun etməklə indi gücümü, həmçinin səni sevməyimi itirmişəm, ancaq yəqin ki, bəzi təskinliyə malik olacağam. Mən necə də səfiləm! Mən səni düşünəndə, hətta göz yaşları axıdanda, özümü daha çox təqsirkar hesab edirəm. Sənə malik olanda isə mən tam azad idim. Mən fasiləsiz olaraq sənin haqqında düşünürəm. Ey Allah! Əgər mən mehrab qarşısında uzansam, səndən xahiş edəcəyəm ki, mənə yazığın gəlsin. Lakin Göylər indiyədək məndə yaşayan ehtirasa qarşı amansızdır. Odun üstünü küllər yalnız aldadıcı qaydada örtdü və qeyri-adi mərhəmətdən savayı, heç nə onu söndürə bilməz. Biz aldadılmış adamlarıq, ancaq heç nə Allahdan gizli qalmır.
Mən ümid edirdim ki, biz ayrıldıqdan sonra sən öz hissiyyatını dəyişə biləcəksən. Aradan yoxa çıxmaq məhəbbətin sərdabəsidir. Mən öyünürəm ki, səni bir daha görməyəndə də, sən ağlımı narahat etməyəndə də xatirəmdə dincələcəksən.
(Ardı var)
525-ci qəzet 2017.- 1 iyul.- S.22.